Tərkibi:
500 qram qırmızı çuğundur
400 qram kələm
1 ədəd soğan
1 xörək qaşığı tomat
1 xörək qaşığı şəkər
4 xörək qaşığı duru yağ
Duz, istiot
Hazırlanması:
Çuğunduru falqaya büküb sobada bişirin. Soğanı nazik uzun şəkildə doğrayın. 1 qaşıq sulu yağda qızardın.
Kələmi uzun şəkildə doğrayıb sıxın. Sulu yağda, az dərəcədə, 15 dəqiqə ağzı bağlı şəkildə pörtün. Az miqdarda su və tomat əlavə edib qarışdırın.
Çuğundurla soğanı kələmə əlavə edib qarışdırın. Sonra şəkəri, duzu, istiotu, sulu yağı əlavə edin. Zövqə görə göyərti vurun.