Jurnalist: İnsan ilk növbədə yaşayışını təmin etmək üçün işləyir.
Erix Fromm: Bəli, lakin insanı xoşbəxt etmək üçün bu kifayət deyil. Əgər o qazancdan başqa heç bir maraq duymadan işi üçün gündəlik 8 saat vaxt keçirsə, bu onun üçün heç bir əhəmiyyət kəsb etməyəcək.
Jurnalist: İşə qarşı maraq dedikdə nəyi nəzərdə tutursunuz? Əgər insan fabrikdə işləyirsə, orada hansı bir maraqdan və mənadan söhbət gedə bilər?
Erix Fromm: Bu orta əsr sənətkarlarının yaşadığı yaratmaq sevincidir. Ya da məsələn, indiki Meksika kimi ölkələrdə olduğu kimi məhz nələrinsə yaradılması sevincidir. Elə bir işçilər var ki, bu sevinci özlərində tapırlar. İnsan poladəritmə zavodunda işləyə və ya hər hansı bir qəliz avandanlıq düzəldə bilər, lakin məsələ bundadır ki, özü üçün məna yarada bilər. Lakin faydasız məhsulla ticarət edən satıcı isə özünü yalançı hesab edir və həmin məhsula nifrət edir.
Jurnalist: "Faydasız məhsul" dediniz, məsələn adam avtomobil ticarəti ilə məşğuldur. onda necə?
Erix Fromm- Faydasız dedikdə, yəni ehtiyacın dəyərləndirilməsi mənasında deyirəm. Məsələn, gəlir əldə etmək üçün o insanlara lazımsız nələrisə satmaqla məşğuldur. Bu cür hallarda alıcıya mənasız görünməsə də, həmin malın satıcı üçün dəyəri olmur.
Jurnalist: Söhbət Amerikada yaşayan insanlara gəldkdə siz tez-tez "bazara olan orientasiya" adlanan ifadə işlədirsiniz. Bu terminlə nə demək istəyirsiniz?
Erix Fromm: Bununla mən yeganə bir üsulu nəzərdə tuturam. O yeganə üsul ki, insanlar onunla öz aralarında müqayisələr aparırlar, özü ilə bazardakı şeylər arasındakı nisbətin oxşarlığıdır. Biz öz şəxsiyyətimizi, daha doğrusu şəxsiyyət paketimizi nəyəsə dəyişmək istəyirik. Sizin tabe olduğunuz insanların belə problemləri yoxdur. Onların öz şəxsiyyətlərini və gülüşlərini satmağa ehtiyacları yoxdur. Lakin başqa bir situasiya da olur. Məsələn, rəqəmlərlə, insanlarla, işarələrlə insanları manipulyasiya edirlər. Başqa sözlə desək, insanları, işarələri istifadə edirlər, onların hər biri öz xidmətlərini satmaq məcburuyyətindədirlər. Bununla insan az və ya çox dərəcədə öz şəxsiyyətini satışa çıxarır.
Jurnalist: Yəni insanın öz dəyərinin fərqindəliyi, bazarın onlar üçün nə qədər ödəməyə hazır olmasında asılıdır?
Erixx Fromm: Tamamilə doğrudur. Yəni çanta ona ehtiyac olmasa satıla bilməz. İqtisadi terminlə desək çanta faydasız olur və çanta düşünə bilsəydi özünü çox pis hiss edərdi. Çünki ona tələbat yoxdur və o faydasızdır. Bu həm də özünü əşya ilə əlaqəli bilən insana da aiddir. O özünü "satan" zaman uğurlu deyilsə, deməli özünü əşya kimi hiss edəcək.
Əgər siz insanlardan cənnəti necə təsəvvür edirsiniz deyə sual etsəniz, onlar tam səmimi olsalar belə cavab verərdilər: Ora özünəməxsus ticarət mərkəzidir və ora hər həftə yeni mallar çıxarılır və insanın çoxlu vəsaiti olur ki, onları satın ala bilsin. Bizim zamanımızda bir çoxları üçün xoşbəxtlik başqalarından daha çox qazanclı olmaq həzzi və təminatıdır.
Jurnalist: Bəs xoşbəxtlik nə deməkdir?
Erix Fromm: Xoşbəxtlik həyatda hər kəslə yaradıcı, həqiqi və dərin əlqaəni formalaşdıran bir şeydir. Həm insanlarla, həm də təbiətlə ahəngdarlıqdır. Xoşbəxtlik kədəri istisna etmir. İnsan uyğunlaşandır. O bəzən xoşbəxtdir, bəzən kədərlidir. İnsanın reaksiyası çox əhəmiyyətlidir. Sosial münasibətlər əslində çox səthidir, sadəcə olaraq biz insanlarla yaxınlıqdan çəkinirik.
Bəziləri hətta öz həyat yoldaşlarına qarşı belə bu münasibətdədirlər. Biz səmimi yaxınlıq hissini səthi nəzakət hissi ilə əvəzləyirik. Düzdür, bu pis deyil, amma dərinliyi ilə seçilmir. Lakin mən düşünürəm ki, sizin suala başqa bir cavab da var: Orta statistik amerikalını götürsək əgər görərik ki, o şəxsi həyatının qayğısı daha çox məşguldur, yəni öz sağlamlığı, ailəsi və pulları ilə məşğuldur.
Onu yaşadığı cəmiyyət qətiyyən maraqlandırmır. O sadəcə olaraq bununla bağlı danışır. Yəni birinin narahatlığı bağlı danışanda deyəndə ağıla birinin başqası yaşadığı problem gəlir. Orta statistik vətəndaş heç vaxt ölkə və cəmiyyətlə bağlı problemlərə görə özünə əziyyət etməz. Orta statistik vətəndaş öz şəxsi həyatı ilə cəmiyyət içindəki fərdi ya
şamını sərt sərhədləyir. İctimai qayğıları dövlət mütəxəssislərinə saxlayır.
Müəllif: İslamın Səsi
XƏBƏR LENTİ
Hyustonun qızı ölüm ayağında
Əhvalınızı yüksəldəcək 9 qida
Ermənistanda hakimiyyət zorakılıqları genişlənir
Selana Gomezi ötüb keçdi-FOTO
Koronavirus nə vaxtadək yayılacaq? - Çinin baş epidemioloqu
90-60-90 - bu realdırmı?
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Prezident idmançılarımıza baş çəkdi
Azərbaycanda istilik sayğacları quraşdırılacaq
Qaymaqlı-qarağatlı keks (foto resept)
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Reza Deqati Xocalıdan danışdı: “Qulaqlarımda hələ də bədbəxt ananın dözülməz fəryadı eşidilir”
Eylatda hökmdarlar şəhəri
5 rayonda qaz olmayacaq
Ay tam tutulacaq: nə etməli?
Xanımlar üçün geyim nümunələri
Azərbaycanda çoxuşaqlı və aztəminatlı ailələrə yeni güzəştlərin tətbiqi üçün layihə hazırlanıb
"Ölü" su içirsiniz?
Bakıda valideyn uşağı üçün bağça tapa bilmir
Diş ağrısını azaldan üsullar
Ərdoğandan Azərbaycan xalqına BÖYÜK DƏSTƏK
Moruqlu peçenye (foto resept)
ÜST bütün dövlətlərə məktub göndərdi
“Hercai”nin baş rollarında onlar oynayacaqmış... - FOTO
Tom Kruz hamıdan gizlətdiyi oğlu ilə görüntüləndi - FOTO
Qənirə Paşayeva Dondar Quşçuda erməni mərmisi düşən evdə - VİDEO
Azərbaycan silah satacaq
Gecələr nə yemək olmaz?
Tarixi ada satışa çıxarılıb
Azər Türk Bankın müştəriləri banka gəlmədən ödəniş edəcəklər
Azərbaycanda təhsil alan afrikalı tələbə qız: "Məni ələ salırlar..."
Çox yaşamaq istəyirsən? Ətdən uzaq dur
“Avroviziya-2019”un keçiriləcəyi məkan açıqlandı
İstedadlı qadın rejissorların filmləri
Mikrobların ən çox olduğu yerlər
İngiltərədə ən yaxşı məşqçi və futbolçu seçildi
Cins geyim dəstləri
Qız uşaqları üçün otaq dekorasiyası
Tanınmış futbolçudan şok etiraf: "Xərçəng xəstəliyinə tutulmuşam"
Keramikadan hazırlanmış əl işləri
Tavada böyürtkənli piroq (foto resept)
0-2 yaş arası uşaqların zəka inkişafı
Yeniyetmələrin 71 faizi Facebookdan istifadə edir
Siqaretin qiyməti niyə qalxır?
Amerikalı alimdən şok proqnoz:-"Postpandemiya dövründə..."
Qurban bayramınız mübarək!
Sabahın HAVAsı
Bekhem Seriala Çəkildi - FOTO
İlk dərs gününə gözəl hava müjdəsi
Bel ağrısını azaldan hərəkətlər
- ŞƏRHLƏR