Əsəbiləşmək - lüğətdə hirslənmək , hiddətlənmək, kiminləsə arası dəymək, düşmən olmaq, səbrsizlənmək, təhrikə qapılmaq, aşıb-daşmaq, təxribat etmək kimi mənalara gəlməkdədir. Belə görünür ki, hirs, insanı səbrli, şüurlu, yetkin bir insan olmaqdan çıxardır, onu əsəbi, hiddətli, qəlb qıran insan halına gətirməkdədir. Buna görə də, əsəbi olmaq həm insanın özü üçün,həm də cəmiyyət üçün arzuolunmayan xasiyyətdir. Bu xüsusiyyətə sahib olan insan həm özünə həm də başqalarına böyük zərər verə bilər. Belə insanlardan ibarət cəmiyyətlər həm öz aralarında, həm də digər cəmiyyətlərə də ziyan vururlar. Bilindiyi kimi bu xüsusiyyət insanın nəfsi-tərbiyəsilə, əxlaqi vəziyyətilə yaxından əlaqəlidir. Yəni sağlam və mükəmməl imana və bu imanın bəxş etdiyi əxlaqa , gözəl bir nəfs tərbiyəsinə sahib olan insanlar hirslərini məğlub etməyi onu düzgün idarə etməyi, istədikləri kimi istifadə etməyi bilirlər. Necə Uca Allah Ali İmran surəsində möminlərin xüsusiyyətindən bəhs edərkən 134-cü ayədə belə buyurmuşdur: "Onlar bolluqda və darlıqda sərf edərlər, hirslərni məğlub edərlər, insanların qüsurlarını bağışlayarlar. Allah yaxşılıq edənləri sevər"
Göründüyü kimi mömünün xüsusiyyətlərindən biri, yetkin bir müsəlman olmağın şərtlərindən biri əsəbinə hakim olub, onu tutmaq, hirsini məğlub edərək, bağışlamağı bilməkdir. Hirsə qapılıb hiddət göstərmək isə, narahatlıqların başlanğıcıdır; çox böyük zərərlərin və pisliklərin baş verməsinə səbəb olur. Necə ki, atalarımız:" Hirsli başda ağıl olmaz", deyiblər. Bir çox təcrübələrdən sonra deyilmiş bu sözdə mütləq bir həqiqət görünməkdədir. Belə ki, hirs insanı daxilən yeyib-bitirir. Qisas və intiqam almaq, kin saxlamağın nəticəsində davam edən qan davaları, neçə-neçə ailələri dağıtmış, yurdlarını söndürüb, can və mal azadlığından məhrum etmişdir.
İnsan oğluna əsaən iki böyük qabiliyyət bəxş olunub. Bunlardan biri yaxşılıq etmək, digəri isə yamanlıq etmək xüsusiyyəti. Əgər insan yaxşılıq etmək qabiliyyətini inkişaf elətdirərsə və özünü pislik etməkdən uzaq tuta bilərsə, həm dünyada, həm axirətdə qurtuluşa çatar. Əgər pislik etmək qabiliyyəti üstün gələrsə və özünü pisliklərə yönəldərsə, həm dünyası, həm də axirəti pərişan olar, işlərində qaçınılmaz itkilərə səbəb olar.
Halbuki hirslənib, əsəbiləşmələrə qapılmağın zərərlərini bilən imanlı insan, bu cür vərdişlərdən uzaq durmaq, səbr etməyi bacarır. . Necə ki, özünə hər cür nemətləri verən, insanlarda görülən hər şeyi nəzərə alan, hər kəsə bu dünyada gücü çatdığı qədər məsuliyyət yükləyən və bu səbəbdən də axirətdə yaxşılıqlarla və ya əzablarla qarşı-qarşıya qoyacaq qədər olan Uca Allahımıza iman gətirmiş olan kimsə O-nun əmrlərini yerinə yetirib, qadağalarından uzaq durmağı özü üçün bir vəzifə olaraq bilir.
Sevgili Peyğəmbərimiz hər zaman buyururdu: "Yaxşılıq hər zaman cənnətə qovuşurur. Yerdəkilərə mərhəmət göstərin ki, göydəkilər də sizə mərhəmət etsinlər. İnsanlara rəhm etməyənlərə Allah mərhəmət göstərməz. Qəlbində mərhəmət olmayan insan, ancaq şeytana uyan, üsyankarlardır".
Nə xoşbəxt bu yazdığımız xüsusiyyətləri hər an üzərlərində daşıyıb, sahib olan və onları itirməkdən qorxan insanlara. O insanlar həqiqi xoşbəxtliyə çatmış insanlardır...
Prof. Dr. Cihad Tunç
Tərcümə: Kübra İdrisova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İranda fövqəladə vəziyyət: məktəblər bağlandı
Beyonsdan kababçı Nüsrətə şok təklif
70 min dollar zibilliyə atıldı
Banka borcu olan şəxsin maaşından hansı halda tutula bilər?
Azərbaycanda ilaxır çərşənbəsi qeyd edilir
Messi ildə azı 18 milyon avro qazanacaq
Şəmkir 2016-ci ilin “Gənclər paytaxtı” seçildi
Boyun ağrılarının həlli
Ziyafət üçün geyim kombinləri
Ruhlardan qorunmaq duası
Azad Rəhimov vətəndaşları qəbul edib
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
Kılıçdaroğlu Ərdoğanla razılaşdı - Türkiyədə tarixi hadisə
"Spam"lardan necə yaxa qurtaraq?
Uşaqlar üçün tapmacalar
Türkiyədə İŞİD hesabatı: Azərbayacan ilk beşlikdə
Bakının məşhur supermarketlərində yalançı lotereya
Sürətli oxu - 7
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Teledərslərin sabahkı cədvəli açıqlandı - FOTO
Marsa da qar yağırmış
Yarımçıq işlərlə necə başa çıxmalı?
"Türkiyə Azərbaycanın yanındadır"
Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
İnstaqramdan möhtəşəm yenilik
Burnundakı sızanağı sıxan qız ölüm təhlükəsi ilə üz-üzə qaldı
HAVA necə olacaq? 21 İyun
Maraqlı sabun formaları
Mükəmməlliyə gedən asan yol
45 yaşlı aktrisa ilk dəfə ana olacaq-FOTO
Qənirə Paşayeva Qazaxıstan, İraq və Əlcəzair millət vəkilləri ilə görüşdə Xocalı soyqırımından danışıb
Yeni trend: Çirkin"derby" ayaqqabıları
Dekorasiya üçün gül qurutma üsulları
Düşbərə (foto-resept)
Hava müjdəsi
Sağlam üsulla qaralma
Qadın və beyin
Xərçəngdən qorunmağın təbii yolları
Xaosun harmoniyası və ya heç nə(2)
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
Aktrisadan 30 il sonra eyni poz - FOTO
Azərbaycanın istedadlı balaları
Adi çay xərçəng əleyhinə yeni terapiya üçün dayaq ola bilər
Humayın yuxusu
Böyük faciə necə baş verdi?
İspan dili 23-cü dərs
Südlü şərbətli şirniyyat (foto resept)
Ancelina Coli müflis olur -FOTO
Ronaldunun nişanlısını tənqid atəşinə tutdular
- ŞƏRHLƏR