Biz əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişdik. Bunu 3-cü sinifdə oxuyanda anladım ... Dəftərimdən qopardığım qoşa vərəqə iki söz yazmışdım: mənim adım + sənin adın.
Rəsm dərsində ox sancılmış ürək çəkirdik bayraq və gerb əvəzinə.. Körpə qəlbimiz öz sümük beşiyində yenicə qığıldayırdı onda. Onda hələ öyrənməmişdik rəqəmlərin yalnız əskinaz olduğunu. Onda bilmirdik ki, dördbucaq çəkə bilməyən dostumuz dörd divara düşəcək.
Bilmirdik ki, ampermetrdən "5" alan qız cərəyandan öləcək. Bilmirdik ki, ən dəhşətli hiperbola anamızın əllərindəki qırışlar olacaq. Bilmirdik hər şey boş çoxluqdur. Bu yaddaş kitabçasında adam öz əllərini unudur,..
Yaxın otur, bir az etiraf edəcəm, yaxın otur, əziz müəlliməm.
Azərbaycan dili dərsində "unutmaq" feilini şəxsə və kəmiyyətə görə dəyişirdik və mən həmişə 1-ci şəxsin təkində yalan danışırdım. Çünki mən unutmamışdım ...
İngilis dili dərsində başa düşdüm ki, məhəbbətin dili olmur aclığın irqi olmadığı kimi.
Biologiya bizdən gizlətmişdi ki, gözlərin iki funksiyası var -- ağlamaq və danışmaq. Əslində ürəyindili imiş baxışlar ...
Onda tarix Turqut Özal deyildi, Corc Buş da deyildi. Onda əkiz qüllələr hələ başını aşağı salmamışdı, onda əkiz qüllələrin başı göyə dəyirdi.
Fizika Çin işgəncəsi idi, bircə ümumdünya cazibə qanununu səni qucaqlayanda başa düşdüm
Nyutonun başına alma düşməmişdən qabaq sən mənim ürəyimə düşmüşdün, -- bu, ilahi cəzbetmə idi.
Coğrafiya dərsində bütün yollar sənə gedirdi, bütün çaylar sənə axırdı. Hərdən ayaqlarımı geyinib qaçırdım ekvator boyu, hara dönürdümsə, kompasın əqrəbi yenə də sənə baxırdı. Onda mən bilmirdim ki, Yerin nüvə qatından başqa nüvə silahı da var ...
Əziz müəlliməm, indi "həyat dərsi"ndən kəsir imtahanına gəlmişəm ... Dəftərimi yoxlayın, davranışıma qiymət verin, istəyirsiz valideynimi çağırıb iclasda şikayətlənin ...
Amma xahiş edirəm, məndən "sevməyi" soruşmayın, Çünki "sevmək" yadımdan çıxıb, evdə qalıb ...
Aqşin Evrən
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”
Prezident onlara fəxri adlar verdi - SƏRƏNCAM
“Kurtlar vadisi”nin aktyoru boşanır
Öncə anasınız, yoxsa həyat yoldaşı?
Günün qoroskopu: borcları qaytarın
Manatın məzənnəsi
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)
Tarixin ən qəddar hökmdarları
Rusiyanın COVID-19 əleyhinə peyvəndi dünyada ilk sertifikatlaşdırılmış vaksin olacaq
Qoltuqaltı qaraltılarının yaranma səbəbləri
"Məhkəmənin qərarı siyasi yönümlüdür"
36 saata tikilən ev-FOTO
"Arka Sokaklar" serialında böyük AYRILIQ-FOTO
Prezident ailəsində xoş gün
Yoluxanların sayı bu gün artdı
Azərbaycanda kreditlə bağlı şərtlər dəyişdi
Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin görüntüləri - VİDEO
Symantec-in gəlirləri azalır
Qvinet Peltrou izləyicilərini HEYRƏTLƏNDİRDİ-FOTO
Nazir: Devalvasiya qaçılmaz idi...
BÜRCLƏR bizə nə vəd edir? -14 İyun
Vərəm olduğunuzu göstərən 6 hal
Günün ulduz falı
Ərdoğan qalibdir, amma...
Emosional vampirlərin 5 tipi
Daha bir bank bağlandı
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Manat sabah bu qiymətə olacaq
Bakıda Hindistan toyu oldu-VİDEO
Mehriban Əliyeva: "Bu, doğum günü üçün ən yaxşı hədiyyədir"
Serialların dillər əzbəri olan sevgiləri
Ölkələrə görə dəyişən süfrə qaydaları
Koronaviruslu şəxslə kontaktda olan hər kəs karantindədir
"Məqsəd yaxşı oxumaq yox, stress atmaqdır"
MN-dən erməni nazirə cavab
Bərbər və gözəllik salonları belə işləyəcək - YENİ QAYDALAR
Kiçik çillə bitdi
"Yasin" surəsini oxumağın gizli təsirləri
Hande və Murad barışdı?
Məşhur aparıcının əri həbs olundu-SƏBƏB
Göbələyin faydaları
Facebook-da yayılan virusla bağlı XƏBƏRDARLIQ: səxsi məlumatlarınız oğurlana bilər
"Fransız" saç kəsimi
Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
Köynək düymələri
Mişel Platini "Qızıl Top"dan danışdı: "İki mükəmməl futbolçu var..."
Azərbaycanda mobil telefonlara görə "qonaq vergisi"
Prezidentdən Ağdamdakı Ortaq Mərkəzlə bağlı AÇIQLAMA
Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
- ŞƏRHLƏR