Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1108 AZN
18:23Emma Svon Axşamınız xeyir! 11:28Surayye Gunurtaniz xeyir xanimlar-Peri Simadan ses yoxdu 11:09Xəyalə Murad Hər birinizin günü uğurlu olsun! Xoş gəldiniz,Yağmur xanım 09:48Yağmur....) Gunayfın Allah salamı olsun sizlere yeni gune Elhemdurullah
38071

Ancelina Colidən iş geyimi stili (1)

Ancelina Coli ümumi qəbul olunmuş dəb anlayışında dəbi izləməsə də, ən stillə geyinən məşhurlar sırasındadır. Aktrisanın güclü tərəfi öz stilinə və prinsiplərinə sadiq qalmasıdır. O heç zaman ictimaiyyət qarşısına digər bəzi aktrisalar kimi vulqar "çılpaq" paltarlarda çıxmaz. Qiyafətlərindəki ciddi tərzi ona olan hörməti artırır. Beləliklə, sizə onun qarderobundan həyatın hər bir anı üçün geyim nümunələri təqdim edirik.

Ancelina Colidən iş geyimi stili (1)
Qara rəng xüsusilə Ancelina üçün sevimli rənglərdəndir. Aktrisanın sırf hansı səbəbdən həmin rəngə daha çox üstünlük verməsi də kimsəyə məlum deyil. Qırmızı xalça üçün Coli çox zaman qara təmkinli görünüş verən geyimləri tərcih edir. Hətta ayaqqabılar və çanta da qara rəngdə olur. Artıq Ancelina Coli kömür rəngində gecəlikdə yatırsa, bu xəbərə də təəccüblənmərik. Əsas odur ki, bu stil Coliyə yaraşır, onu eleqant göstərir. Bu geyimdə aktrisa möhtəşəm görünür. 
Ancelina Colidən iş geyimi stili (1)
Anceina Coli kimi dəbdəbəli görünmək sitəyirsinizsə "kişi" stili, yaxud smoking üslubda yığcam şalvar kostyumu qarderobunuza artıra bilərsiniz. Rəsmi tədbirlər zamanı Ancelina bu cür qara şalvar pencək, ağ köynək, qara klatç geyinir və stilini qırmızı dodaq boyası ilə tamamlayır. Gündəlik həyat üçün isə o daha rahat geyimləri seçir, o geyimlərdə özünü xeyli yaxşı hiss edir.
Ancelina Colidən iş geyimi stili (1)
Elə bilməyin ki, Coli ancaq qara rənglə nəfəs alıb verir, bəzi zamanlarda o ağ rəngli geyimlərə də yer ayırır. Qızmızı xalça üzərində aktrisa bie neçə dəfə ağ rəngli geyimlərlə parıldayıb. Son zamanlarda Coli xanım maksimum qapalı, ancaq dar modellərə üstünlük verir. Ancelina seçdiyi geyimlərlə incə bədən cizgilərini, eyni zamanda uzun ayaqlarını vurğulamağı xoşlayır. Buna görə də seçdiyi geyimlər sırasında sıx paltar və karandaş yubkalar olur. Ağ geyimdə Ancelina çox ciddi və nəcib təsir bağışlayır, buna görə də geyimini artıq aksesuarlarla bəzəmir. 
Ardı var...
Səslərin sayı: 1
5
1642
loading...
Şərhlər
Offline
Fatma xanım
Çox gözəl geyimlərdi bəyənirəm
28 iyun 2016 12:26
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Suada.....ζ ø√ξ •٠·˙˙
MaşAllah yaxşı qalıb
18 iyun 2016 13:28
Offline
Aysel İ.
Ancelina Coli çox bəyəndiyim aktrisaladandır. Xəbəri maraqlı oxudum. Təşəkkürlər Aviana xanım.
18 iyun 2016 12:08
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Aviana Sophie,
Çox gözəl xəbərlər seçib tərcümə edirsiz, gözəl Aviana xanım. Onsuz da tərcümələrə böyük ehtiyacımız var, yay gəldi. laughing
18 iyun 2016 11:44
Offline
Aviana Sophie
Bu xəbərim də aktiv oldu, göz dəyməsin blush
İşlərim tam bitsəydi, tərcümələri daha da çoxaldardım.
Bu saytı çox sevirəm, bölüşmək gözəldir. girl_ten
18 iyun 2016 11:20
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır