Ancelina Coli ümumi qəbul olunmuş dəb anlayışında dəbi izləməsə də, ən stillə geyinən məşhurlar sırasındadır. Aktrisanın güclü tərəfi öz stilinə və prinsiplərinə sadiq qalmasıdır. O heç zaman ictimaiyyət qarşısına digər bəzi aktrisalar kimi vulqar "çılpaq" paltarlarda çıxmaz. Qiyafətlərindəki ciddi tərzi ona olan hörməti artırır. Beləliklə, sizə onun qarderobundan həyatın hər bir anı üçün geyim nümunələri təqdim edirik.
Qara rəng xüsusilə Ancelina üçün sevimli rənglərdəndir. Aktrisanın sırf hansı səbəbdən həmin rəngə daha çox üstünlük verməsi də kimsəyə məlum deyil. Qırmızı xalça üçün Coli çox zaman qara təmkinli görünüş verən geyimləri tərcih edir. Hətta ayaqqabılar və çanta da qara rəngdə olur. Artıq Ancelina Coli kömür rəngində gecəlikdə yatırsa, bu xəbərə də təəccüblənmərik. Əsas odur ki, bu stil Coliyə yaraşır, onu eleqant göstərir. Bu geyimdə aktrisa möhtəşəm görünür.
Anceina Coli kimi dəbdəbəli görünmək sitəyirsinizsə "kişi" stili, yaxud smoking üslubda yığcam şalvar kostyumu qarderobunuza artıra bilərsiniz. Rəsmi tədbirlər zamanı Ancelina bu cür qara şalvar pencək, ağ köynək, qara klatç geyinir və stilini qırmızı dodaq boyası ilə tamamlayır. Gündəlik həyat üçün isə o daha rahat geyimləri seçir, o geyimlərdə özünü xeyli yaxşı hiss edir.
Elə bilməyin ki, Coli ancaq qara rənglə nəfəs alıb verir, bəzi zamanlarda o ağ rəngli geyimlərə də yer ayırır. Qızmızı xalça üzərində aktrisa bie neçə dəfə ağ rəngli geyimlərlə parıldayıb. Son zamanlarda Coli xanım maksimum qapalı, ancaq dar modellərə üstünlük verir. Ancelina seçdiyi geyimlərlə incə bədən cizgilərini, eyni zamanda uzun ayaqlarını vurğulamağı xoşlayır. Buna görə də seçdiyi geyimlər sırasında sıx paltar və karandaş yubkalar olur. Ağ geyimdə Ancelina çox ciddi və nəcib təsir bağışlayır, buna görə də geyimini artıq aksesuarlarla bəzəmir.
Ardı var...