Bakıda hava 23°
USD AZN
EUR AZN
10:36Surayye qizlarim qiillarim necesiz gormuyeli 08:56Xəyalə Murad Sabahınız xeyirli, gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41065

Mənalı Sözlər

 

Mənalı Sözlər

 


Təmiz əlləri olan insanların da kirli düşüncələri olur.

Ən insani davranış-bir insanın utanılacaq bir duruma düşməsinin qarşısını almaqdır .

Böyük adamların xətaları günəş tutulmasına bənzəyir.Onları hamı görür .

Boş zaman yoxdur, boşa keçən zaman var .

Keçmişimizə daş atmayaq ki, gələcəyimiz bizi topa tutmasın .

İnsan, danış, görüm kimsən .

Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür .

Dünyanı dəyişdirmək istəyirsinizsə, özünüzü dəyişdirin. 

Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən .

Qadınlar gülə bildikləri zaman gülər, istədikləri zaman ağlarlar .

Məğlubiyyəti döyüşə-döyüşə qəbul etmək - yarımçıq qələbədir!

Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!

Güc həqiqətə qalib gələ bilər, amma onu diz çökdürə bilməz!

Bəladan qaçmağa gecikənde onu qarşılamağa tələsməliyik!

İgid insan təhlükədən qorxmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır!

Sevgi gözləmədiyin anda yaranan hisslerdəndir...

Gecə ulduzlara ve qadınlara parıltı verir.

Qadın su kimidir, şəffafdır amma axdığı yerin formasını alır.

Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar.

Yaxşılıq etmək hələ yaxşı insan demək deyil. əsas niyyətin yaxşı olmağıdır.

Başqalarının xasiyyətini öz xasiyyətinə görə müqayisə etmə, o zaman həmin insanlara qarşı nifrətdən başqa heç nə tapmayacaqsan.

Dünyanı gəzmək və kamilləşməmək, hamamdan yuyunmadan çıxmaq ilə eynidir.

Qəlbdən gələn sözlər qəlbə çatar, dildən gələnlər isə qulaqdan o tərəfə kecməz.

Əgər bu gün özünə lazımsız bir əşya alırsansa, sabah özünə lazımlı bir əşyanı satmalı olacaqsan.

Qadın pişik kimidi, kişi isə it kimi. İt hürməyinə baxmayaraq əmrə tabe olur, pişik xumarlansa da heç bir əmrə tabe olmur.

Səbri olan yarpaqdan ipək düzəltməyi və çiçəkdən bal çıxarmağı bacarar.

Əgər istedad illər keçdikcə təkmilləşirse, deməli o əsl sınaqdan çıxmışdır, o həqiqi və böyükdür; əgər ehtiras və həyat eşqinin çoxluğundan parlayırsa, onda əhəmiyyətsiz və aldadıcıdır.

Daxilən biz hamıdan seçilməli, zahirən isə adamlarla eyni olmalıyıq.

İnsan öz hüququndan çox öz marağı üçün savaşır.

İnsanlara gözlədkilərindən daha çox mehribanlıq göstər və kömək ol.

Səni Sevirəm ” dedikdə, ciddi söylə bu sözləri...

Bağışla ” dedikdə, insanın gözünün içinə bax...

Başqalarının arzuları ilə oynama!

Sevəndə güclü və ürəkdən sev. Sən yana bilərsən, lakin, bunsuz həyatı tam yaşaya bilməyəcəksən.

Qohumlarına görə insanı nə təhqir et, nədəki onun haqqında fikir formalaşdır.

Aramla danış, lakin tez fikirləş...

Kimsə sənə cavabın vermək istəmədiyin sualı verirsə, gülümsə və cavab ver : “ Nəyə görə bunu bilmək istəyirsən ? ”

Yadında saxla, böyük sevgi və böyük uğur özü ilə böyük risk daşıyır.

İtirdikdə və yaxud uduzduqda bu sənə həyatın bir dərsi olsun.

Bu üç qaydanı yadda saxla :

Özünə hörmət
Başqalarına hörmət
Öz hərəkətlərinə görə cavabdehlik 

İmkan verməki anlaşılmazlıqlar dostluğunu pozsun. Səhv etdiyini anlayarkən, onu tez bir zamanda düzəlt.

Telefona cavab verərkən gülümsə, sənlə danışan insan bunu danışığından hiss edə bilər.

Bir şeyi yadda saxla, bəzən istədiyin şeyi əldə etməmək, istədiyin bir hadisənin baş verməməsi, sənə uğurla nəticələnə bilər.

Tərk edib gedən bir gün geri dönmək istəsə icazə verin dönsün...və kimi itirdiyini dərk etsin.

Həyatı göz yaşlarınla sevindirməkdənsə qəhqəhələrinlə cəzalandır.

Unutma...yaşadığın bu günün təkrarı olmayacaq.

Hər şeyi bilmən önəmli deyil. Önəmli olan həddini bilməndir.

Bilin ki, inam qazanmaq üçün illər lazımdır.İnamı itirmək üçün isə sadəcə bir saniyə.

Vərəqə toxunan qələm kibritdən daha çox yandıra bilər.

İtirilmiş günlərin ən pisi bir dəfə də olsun gülmədiyiniz günlərdir. 

Qonşunu sev, amma bağça divarını uçurma.

Müharibənin yaxşısı, sülhün pisi olmur.

Siz özünüzə inanın, başqaları da sizə inanacaqdır.

Sizə yol göstəriləndə bir şeyi unutmayın ki, o yolu tək getməlisiniz.

Ümüdünü itirmiş olanın başqa itirəcək heç bir şeyi yoxdur.

Verilməsi ən asan şey nəsihət, alınması ən çətin şey ibrətdir.

Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.

Zamanında bir addım atmayan insan sonradan 100 addım atmaq məcburiyyətində qalacaq.

Ağıllı adam ağlını işlədər. Daha ağıllı adam başqalarının da ağlından istifadə edər.

Dürüst insan hər zaman, ağıllı insan isə zamanında doğrunu söyləyər.

Səslərin sayı: 32
78
161662
loading...
Şərhlər
Offline
Mələksima
Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
25 iyun 2015 02:34
Offline
Qəribə
Gözəl sözlərdi təşəkkür....
23 iyun 2015 21:14
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Gultekin
Qadın su kimidir, şəffafdır amma axdığı yerin formasını alır.
sagolun gozel fikrlerdir
6 may 2015 09:27
Offline
Sevil Babayeva
Ağıllı adam ağlını işlədər. Daha ağıllı adam başqalarının da ağlından istifadə edər.
30 aprel 2015 18:41
Offline
H.M

Başqalarının arzuları ilə oynama!


Qadın su kimidir, şəffafdır amma axdığı yerin formasını alır.
15 yanvar 2015 11:33
Offline
Aysel İ.
İgid insan təhlükədən qorxmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır!
28 dekabr 2014 00:54
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Hacət-i Vuslat
Boş zaman yoxdur, boşa keçən zaman var .
22 dekabr 2014 11:27
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
♥♥S.Nur♥♥
MENALI SOYLERI BIR YERDE BIZE TEQDIM EDENE ESHQ OLSUN.EZIYYETINIZ UCUN SAQ OLUN.
4 iyul 2014 23:36
Offline
Mirdavudun Anasi
Deyerli sozlere gore tewekkurler.
31 may 2014 19:13
Offline
Deniz N-va
Birini de men yazim: heyat bir cigirdir gedende uzanir duranda qisalir {yeni yaxsi emmeller edende heyat gozel olur pis emmeller etdikde heyat qisa ve menasiz olur} request tesekkur.
18 may 2014 20:29
Offline
ПаПиНа пРиНцЕсСа
Dürüst insan hər zaman, ağıllı insan isə zamanında doğrunu söyləyər.... good
1 may 2014 15:05
Offline
Sedef
Hayatimiz da bogle guzel sozculerden olshsa keshke
29 aprel 2014 15:20
Offline
29 aprel 2014 12:52
Offline
❤PRENSES♥♥♥ YAGMUR✰
Yaxsi sozlerdi tesekkurler
29 aprel 2014 12:43
Offline
QARA QIZ
Unutma...yaşadığın bu günün təkrarı olmayacaq.
BEYENDIM HAMISI ELADI
13 aprel 2014 14:21
Offline
AFET
Tesekkurler cox gozel sozlerdi.
13 aprel 2014 14:20
Offline
Gulnarə
Hamisi gozeldir, deyerlidir....
24 mart 2014 11:10
Offline
Elvida
Yaxsi sozlerdi cox sagolun.
24 mart 2014 10:50
Offline
Minira Aslanzade
Gözəl sözlərdi təşəkkür
22 mart 2014 23:53
Offline
toma676
Nizami gencevini butun kitablarini oxumusam ve bele sozlerin coxunu onun kitablarindan oyrenmisem
22 mart 2014 23:44
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )