Terri Foks "Ümid Marafonu"nda qanlı şortda qaçarkən. 1980-cı ilin iyul ayı
O, 143 gün boyunca qaçdı, nəhayət vəfat etdi. Terri 1958-ci ildə Kanadada doğulmuşdu. 1977-ci ildə sağ ayağında ağrılar hiss etmiş və həkimlər ona sümük xərçəngi diaqnozu qoymuşdular.
Həkimlər onun sağ ayağını dizdən yuxarı kəsmək məcburiyyətində qaldılar. Üç il keçdikdən sonra gənc atlet qərara gəldi ki, okeandan okeana bütün ölkə boyu qaçsın. Qaçışın məqsədi onkoloji xəstəliklər üçün yardım yığmaq idi. "Ümid Marafonu"nun təşkili zamanı arzu edirdi ki, hər bir kanada vətəndaşından bir dollar ala bilsin. Bir ildən çox müddət ərzində hər gün məşq etməyə başladı. O başa düşürdü ki, bu məsafəni sağlam adam belə, qabaqcadan hazırlıq görülmədən qət edə bilməz.
Terri 12 aprel 1980-cı ildə "Ümid Marafonu"nu başladı. O, ayağını Atlantik okeana salıb, onu bir daha Vankuverdə Sakit okeana batırmaq niyyətində idi. Terri hər gün 42 km qaçırdı. Ancaq xəstəlik get-gedə inkişaf etməkdə idi. O, qaçırdı, bununla yanaşı şiddətli ağrılar hiss edirdi. Amma bir ayağında protez olan halda yenə də inad göstərirdi. Onun güclü iradəsi var idi. O istəyirdi ki, milyonlarla xəstə insana yardım etsin və bu istək ona güc verirdi. Ancaq o, marafonu sona çatdıra bilmədi. Xərçəng ağ ciyərlərə yetişdi.
Terri Foks 1980-cı ilin sentyabr ayının 1-də marafonu dayandırmaq məcburiyyətində qaldı. 143 gün fasiləsiz qaçışdan sonra 5373 km qət edərək Tanderbey əyaləti yaxınlığında məsafəni kəsməyə məcbur oldu. On ay sonra 23 yaşına çatmadan dünyasını dəyişdi. 1981-ci ildə 24 milyon dollardan çox pul yığıldı. O, geniş bir kütlənin diqqətini özünə çəkə bilmişdi. İndi isə həm Kanadada, həm də 50 dən çox dünya ölkələrində Terri Foksun adına xeyriyə marafonu keçirilir. Yığılan gəlir isə onkoloji xəstəliklərin tədqiqatına xərclənir. Terry Fox Run dünyada vəsait yığımı üzrə təkbaşına kampaniya baxımından Ginnesin rekordlar kitabına düşmüşdür. 25 il inkişafdan sonra "Terri Foks fondu" 360 milyon dollara qədər yüksəlmişdir. Deməli, milyonlarca insanın ciddi-cəhdi sayəsində Terri Foksun zəhməti hədərə getmədi.
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Palantinlər
Dahi futbolçu karyerasına son qoyub arzusuna qovuşacaq
250-dən çox insanın ölümünə səbəb olan selfi
Aleyna Tilki yenə NARAZIDIR-FOTO
Düzgün pəhriz antidepressantları əvəz edə bilər
"Benim tatlı yalanım" serialı FİNAL edir-SƏBƏB
Bakıda ev qiymətinə mobil nömrələr satılır
Bülent Ersoyun nadir FOTOları
Zərərli vərdişlər
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
6 foks sirri
Demet Akalın və Hadise arasındakı Qalmaqal Böyüdü
Azərbaycanda qış ayında yaz havası
Erməni silahlı bölmələri gecə təxribata əl atdı
Daha sürətli olmaq istəyirsən? Çuğundur ye!
Eda Taşpınarın FOTOsu səs-küy yaratdı
Bilirsinizmi?
Murat Boz böyük qalmaqala son qoydu
Retro geyimlər
Demi Rouz ideal bədəninin sirrini bölüşdü-FOTO
Ən bahalı toy
Yeni ildə qeyri-iş günlərinin sayı
Minsk qrupunun ABŞ-dan olan həmsədri Azərbaycana gəlir
Məşhur ermənidən şok etiraf: "Ermənilər məhv olur, Qarabağdan qaçırlar"
Leyla Əliyeva və Arzu Əliyeva “Bakı Marafonu 2018”-də iştirak ediblər-FOTO
İrəvanın böyük müharibə mesajı
Ramin Bayramlıdan koronavirus testləri ilə bağlı MÜHÜM AÇIQLAMA
Moskvada koronavirusdan ölənlər fərqli formada dəfn ediləcək
Üç gün toy edən modelyer
Engin Altan “Diriliş Ərtoğrul”dan gedir
Yol polisi hansı halda sürücünün vəsiqəsini özündə saxlaya bilər?
Azərbaycanda körpələrə qoyulan Yeni Adların SİYAHISI
İnternetin yaradıcısı və yaranma tarixçəsi
Hilal Altınbilek paylaşımı ilə diqqət çəkdi-FOTO
ÜST-dən korona peyvəndi ilə bağlı SƏRT REAKSİYA
Hava haqqında - 16.10.2013
Serjin Putinə arxadan zərbəsi
Jaguar-dan ilk super universal
Qadına uşaqlıq köçürüldü
Dünyanın ilk “ağıllı” corabı hazırlandı
Bir sözlə 7 min dollar qazanan ulduzlar
Saç tökülməsinin qarşısını alan maska
Avtobuslarda sərnişinlərin ürəyindən olacaq YENİLİK - FOTO
Sobada püreli toyuq (foto resept)
İnternet televiziyalar kabellə yayımlanacaq? - RƏSMİ AÇIQLAMA
İtkin qardaşlar 7 ildən sonra Həcdə görüşdü-VİDEO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Bu icadlara inana bilməyəcəksiniz
Qarabağ problemi həll olur
- ŞƏRHLƏR