Milli.Az Trend-ə istinadən bildirir ki, aprelin 22-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləcəri qəsəbəsində yerləşən və "Milli Qəhrəmanlar" abidəsinin yerləşdiyi parkda təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Mehman Qurbanov, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat nümayəndələri və milli qəhrəman Allahverdi Bağırovun ailə üzvləri iştirak ediblər. Dövlət Himni ilə başlayan tədbirdə ilk öncə milli qəhrəmanın abidəsi önünə gülqoyma mərasimi olub.Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov Milli Qəhrəman Allahverdi Bağırovun həyatı və keçdiyi döyüş yolundan danışıblar. Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Svetlana Bağırova daim dövlətin diqqəti və qayğısı ilə əhatə olunduqlarını deyib. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov isə bildirib ki, Allahverdi Bağırovun 70 illik yubileyinin Milli Qəhrəmanlar parkında keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunu aşılamaqdır. Tədbirin bədii hissəsində Biləcəri qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olunub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bu maşından artıq olmayacaq
Dünyanın Ən Yaraşıqlı 5 kişisi
Azərbaycan “Eurovision” finalında
15-20 yaşında boşanan cütlüklər - Statistika
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Ayrıldığınız sevgilinizlə yenidən barışmaq istəyirsiniz?
“Eurovision-2019”un aparıcısı supermodel olacaq
Azərbaycanla Ermənistan arasında humanitar məqsədli atəşkəs başlayıb
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu
Bu 5 tövsiyə uşaqların böyüməsinə kömək edir - UNİCEF
Toy və yas mərasimləri ilə bağlı MÜHÜM AÇIQLAMA
WhatsApp-da yalan xəbər yayanlar müəyyənləşdiriləcək
Günün qoroskopu: daxili səsinizi dinləyin
Yayın istisində canımızı yandıran sular
Çaydanlar
Yuxuda nadir hallarda gördüklərimiz
Rəngarəng çantalar
Həyatverici məhəbbət simvolu
Almalı piroq (foto resept)
Hamiləlikdə baş verən dəyişikliklər
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçiriblər
Eyni bədəndə iki ayrı həyat - FOTO
Foqtsun istefa səbəbi
Dəniz duzu ilə gözəlləşin
Qadınlarımız yarışdan 10 medallar qayıdır
Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək
Ağız quruluğu
Ermənistandakı rus hərbçilər müharibəyə hazırlaşır
Qar dənələrinin sehri
Redaktor brauzerdə işə salındı
Toyuqlu pomidor dolması (foto-resept)
Bakıya duman gəlir
Burak Özçivitin saçlarını ələ saldılar-FOTO
Uşaqlarda "burunda artıq ət" problemi
"M" və "N" hərfləri ilə başlayan adların mənası
Koronavirusdan sağalandan sonra qoxu hissinin bərpa olunmasının vaxtı açıqlandı
İstilərdən qorunmaq üçün necə geyinməli?
Finlandiyanın baş naziri Sanna Marin keçmiş futbolçuya ərə getdi
0-7 yaşına qədər körpənin inkişaf cədvəli
Nənələr üçün noutbuk satılacaq
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
İşçi razılığı olmadan başqa işə keçirilə bilər?
Qırıcılar Yəməni bombaladı: 45 ölü
Salatların bəzədilməsi
Ebru Gündeş 25 milyonluq villasından köçür-SƏBƏB
Castin Biber bu döymələrinə 100 saat vaxt sərf edib - FOTO
HAVA necə olacaq? 21 İyun
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
- ŞƏRHLƏR