Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in Minsk qrupununhəmsədrləri ilə görüşüb. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ), Pyer Andryü (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrləbağlı vəziyyətin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov düşmən tərəfindən ölkəmizin yaşayış məntəqələrinin və mülki əhalinin atəşə məruz qalması faktlarını qarşı tərəfin diqqətinə çatdırıb."İtkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf hissi keçiririk. Biz qarşı tərəf kimi uşaq və qadınlarla müharibə aparmırıq. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə əsasən, eləcə də Azərbaycan xalqının sülhsevərliyini nəzərə alaraq hərbi əməliyyatları daynadırdıq. Amma əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs rejimi yenə də pozulmaqdadır".Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını və ərazilərin düşməndən azad edilməsi hüququnu özündə saxladığını bildirən general-polkovnik Z.Həsənov həmsədrlərin diqqətinə çatdırıb ki, baş vermiş son hadisələrdə Silahlı Qüvvələrimizin məqsədi təmas xəttinə yaxın Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulmasının qarşısını almaq və həmin atəş nöqtələrinin məhv edilməsi olub. Azərbaycan Ordusunun düşmənə qarşı həyata keçirdiyi tədbirlər ancaq müdafiənin ön xəttində olan qüvvələrimizin cəlb edilməsi ilə icra edilib. Müdafiə naziri döyüş toqquşmasında böyük itkilərə məruz qalan erməni hərbi qulluqçularının, eləcə də müxtəlif yerlərdən cəlb edilən muzdluların silah-sursatlarını ataraq öz mövqelərindən qaçdığını bildirib. General-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirlərini davam etdirir. Nazir bir daha qonaqların diqqətinə çatdırıb ki, münaqişənin tezliklə nizamlanmasının yeganə çıxış yolu işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasındadır.Tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışladıqlarını bəyan edən həmsədrlər bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı aparılan danışıqlar daha intensiv olmalı və münaqişənin tezliklə həlli istiqamətində mühüm addımlar atılmalıdır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Hava haqqında
Öskürəyə qarşı ballı qəhvə
Ədviyyatlar xərçəng yarada bilər
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Magistraturaya qəbul qaydaları sadələşdirilib
Azərbaycana yaz gəldi
JLo Baham adalarında istirahət edir-FOTO
Müəllim yıxıldı, utandı və arıqladı - FOTO
Zod qızıl yatağı qarşısındakı qapı Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
Dəbli və zövqlü koftalar
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
İnamı qalmayanlar üçün
Ayaqqabı modelləri
Azərbaycanda sərf edilən internet-trafikin həcmi rekord göstəriciyə çatdı
Azərbaycanlı futbolçu dünyanı şoka saldı-video
Güclü və sağlam dırnaqlara necə sahib olmalı?
Özcan Denizin keçmiş xanımından Gözlənilməz FOTO
Zəncəfilin faydası haqqında
Qidalarımıza həşərat öldürən maddə qatılır? - RƏSMİ CAVAB
BÜRCLƏR bizə nə vəd edir? -7 İyun
Monika Belluçi qala gecəsinə qatılıb-FOTO
Xınalıq sakininin unikal ev muzeyi
Rəsmi Bakıdan Pakistana TƏBRİK
Evinizin havasını bir anda dəyişəcək dekorasiya məsləhəti
Sabah hava necə olacaq?
Heyva şirniyyatı (foto resept)
Ermənistan İsrailin Azərbaycana silah satışını dayandırmasını tələb edib
Qızılgüllərdən gözəl kompazisiya
Saç boyamadan əvvəl...
Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"
Azərbaycana 1972-ci ilin sərt qışı gəlir?
Yaponiya Şəmkirin 3 kəndini içməli su ilə təmin edəcək
Bakıda daha bir hind toyu-FOTO
20 il eyni rəqəmlərlə lotereya oynayan qadın cek-pot uddu
Azərbaycanda vergi ödəyicilərinə XƏBƏRDARLIQ
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Məsafədən işləməyin müsabət və mənfi tərəfləri(2)
Roma küçələrinə vəhşi heyvanlar gəlməyə başladı
Sünnət
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Günün ulduz falı
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Qəbələyə qar yağdı-5sm
Yeni müharibə xəbərdarlığı
Soyuq havalarda uşaqları necə geyindirməli?
Britni Spirsin evi yandı
Niyə müharibə edirik?
2012-ci ilin qol saatları
Nazirlik ağacların qanunsuz kəsilməsinə qarşı nə edir?
Levənt Yüksəl evləndi - FOTO