Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:48Surayye Qızlarım qizillarim necəsiz? Mən də evi bəziyirəm 12:40GÜLÇİN Şenbe günü doyunca yatmaq)) 11:51Sima sabah şənbədir oleyy)) 11:00PERI herkese gunaydinnn 10:16Xəyalə Murad İstirahətiniz xoş və mənalı keçsin! 10:16Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
39561

Yuxu yozmaları gərçəkdirmi?

 

Yuxu yozmaları gərçəkdirmi?

 

Yuxu nədir? Yuxu yozmaları gerçəkmidir? Yuxuda görülənlərin mənası nədir? Hər kəsin maraqlandığı bu sualları “197 Gün” kitabı ilə şöhrət qazanan Şəfa Univeristeti xəstəxanaından Dr. Sulatan Tarlacı cavab verdi. Yuxu yozmaları ən çox müraciət edilən mənbələr arasında yer aldı. Yuxuların hansı mənanı verdiyi, xəbərçi yuxu olub-olmadığı, yuxudan real həyata bağlı bir fikir ola bilirmi deyərkən, demək olara ki, “fal” olma yolunda irəliləyən yuxu yozumlarını,yuxu yozumlarının gərçək olub-olmadığını və yozumlanan yuxulardan doğurdan xəbər alıb-alınmayacağını Dr.Sultan Tarlacıdan öyrənməyə çalışdıq.

- Xəbərçi yuxuların müəyyən bir görülmə çoxluğu varmı? Bəlli bir çoxluğu yoxdur əslində ancaq düşündüklərimizdən daha çox olduğunu düşünürəm. Yuxularını dinləyənlər, mənalarını axtaran və yuxularına etibar edənlər əlbəttə daha çox görürlər. Ancaq cəmiyyətdə bu çoxluqda olur deyə əlimizdə tam dəlil yoxdur. Amma hər kəs ən azından həyatında 3-5 dəfə gələcəkdəki bir hadisəni öncədən bilidiyi yuxular görür. Ölkələrə və yaşanılan cəmiyyətə, dövrə görə yuxuda görülən obyektlərin mənalarında bir dəyişmə olurmu? Dünyəvi yuxu simvolları olsa da əslində yuxuların simvollarının mənalarını anladan yuxu yozumları kitabları yazılsa da hər kəsin yuxu simvolları özü üçündür. Yuxusunda qar gördüyündə biri bunu yaxşı xəbər və müsbət izah edərkən başqa biri üçün bu ölümün xəbəri ola bilər. Bu simvollar baxış şəkilinizə və qar üçün nəyi diqqətə aldığınıza görə dəyişir. Ağ yaxşılıq ola bilər, soyuq ölüm mənasına gələ bilir. Hər kəs yuxularını özünə görə həll etməyə çalışmalıdr. Gecə xəyallarımızın tərkibi əksərən gündüz xəyallarımızla şəkillənir.

 

Yuxu yozmaları gərçəkdirmi?

 

 

Yuxuda görülən dovşan, qələm, ev, dəniz kimi fərqli durumlara bir ad verilə bilərmi? Bunlar nə deməkdir? Yuxuda görülən obyektlərin mənaları tamamilə şəxsə və şəxsin keçmiş təcrübələri və məlumatı ilə əlaqəlidir. Yuxuda dovşan görmək ümumi mənada bərəkət, yaxşılıq, işlərin yolunda gedəcəyi, problemlərin aradan gedəcəyi kimi mənalara şərh edilsə də tüklü şeylərdən və dovşandan qorxan insanlar üçün eyni mənaya gəlməz. Yuxudakı rəmzlərin mənaları şəxsin məlumatına görə və o məlumatın əlamətinə görə dəyişir. Əgər biri dovşanların arxalarını da görə bilən heyvanlar olduğunu bilirsə ki, görürlər və görüş sahələri 280 dərəcədir, yuxudakı mesajı bu məlumatla şəxs keçmişinə də nəzər yetirmək şəkilində izah edilə bilir. Ya da dovşanların bir dəfədə çoxlu, 7-8 bala verdiyini bilirsə, bu məlumat da yuxuda özünü yuxarı çıxarıb başqa bir mənaya gələ bilir. Yuxu simvollarının mənaları tamamilə şəxsə xasdır. O mənalar da şəxslərin gündüz xəyallarından və istəklərindən əmələ gəlir. Gecə xəyallarını şərh etmək üçün şəxsin gündüz xəyallarına nəzər yetirmək lazımdır.

Yuxu yozumu anlayışı nə qədər doğrudur? Yuxularda gələcəyi görmə barəsində vacib bir məcburiyyət, yuxulardan necə bir mesaj alınacağıdır. Yuxuda gələn həllər ya da gələcəkdən xəbər almalar, hadisəsi doğrudan-doğruya eynisini görmə ( film çəkilmiş kimi) tərzində ola biləcəyi kimi, simvolik ifadələrlə görmə tərzində də ola bilər. Dolayısı ilə yuxuların izah edilməsi başlı –başına bir problemdir. Məsələn: 10 il əvvəl bir jurnalda gördüyünüz kərtənkələ rəsmi ilə 1 il əvvəl bir enskolopediya oxuyarkən gördüyünüz, ya da çox önəm vermədən baxdığınız ayıdöşəyi otunun Latınca adı olan Asplenium ruta muraria yan yana gətirə bilər. Üstəlik kərtənkələlər də ayıdöşəyi otunu yeməyi sevirlər. Dolayısı ilə hər yuxunun şüurlu ya da fərq etmədən, beynimizə gedən siqnalların hansından gəldiyini anlmaq mümkün olmaya bilər. Yuxuların səhərə kimi silinib getdiyini hər kəs bilir. Amma çox vaxt bir yuxunu sadəcə qismən xatırladığımız, gecə yuxumuzda daha çox şeyin olduğu duyğusuna tutularıq. Səhər hələ canlı olan bir yuxuya əlaqədar xatırladıqlarımız, günün axışı içində kiçik qırıntılar xaricində necə silinib getdiyinidə bilirik. Əksərən, nə gördüyümüzü bilmiyərək yuxu gördüyümüzü bilirik. Nadir hallarda isə bəzi yuxular inadla yaddaşda qalır. İllərcə təkrarlana bilir. Yuxu tərkibini unutmağımızın bir səbəbi əksərən anlaşılan olmamasıdır. Buna əlavə olaraq oyaq şüurumuzdakı səbəbiyyət prinsipilə meydana çıxmamaları, yuxuların ümumən bənzərsiz olması ( oyaq olarkən şüurumuzda bənzər şeylərə elə də rastlanmaz), yuxudakı fikir məlumatların oyanıq şüurumuza tərcümə edilməsindəki çatışmamazlıqdır. Yuxularımız imic və görüntülərdən təşkil oldunduğu halda, oyanıq şüurumuzda düşüncələrimiz üçün “anlayışları” istifadə edirik. Yuxularımızı düşünmək yerinə yaşayarıq. Bu səbəblə xatırlamaq çətindir və əksikdir. Yuxularımız oynaınca, eynən ulduzların parlaqlığının günəşin ilk şüalarına təslim olması kimi, yuxularda müşahidələri önündə solqunlaşır. Oyanıq şüur, xatırlanması çətin olan yuxu yaddaşına asanlıqla əlavələr edə bilir. Ən doğru danışan insanlar belə yuxularına əlavələr və bəzəmələr edə bilir. Bir yuxunu şərh etmək, o yuxuya bir məna vermək, oyaq şüurumuza başa düşülür hala gətirmək deməkdir. Yuxu şərh edilməsi iki şəkildə ola bilər. Yuxu tərkibini bütünlükdə ələ alaraq, simvollara məna vermək, necə xəbərlər verməsinə baxmaqdır. Gələcəkdən xəbər verdiyi iddia edilən yuxular ümumilikdə simvolikdilər. Digər və ən çox edilən məhşur yuxu şərhi, hər bir işarənin sabit bir açar yolu ilə bilinən bir mənası olan başqa bir işarəyə çevirməkdir. Bu bir növ şifrəli yazının (kriptoqrafiya) deşifrə edilməsi kimidir. Bu vəziyyətdə, deşifrə edilən açar kəlmələr bir –birinə bağlanmaq nəticəsində gələcək zaman dilimnə çevrilir. Həm məhşur şərh, həm də simvolik izah elmi meyarları qarşılamazlar. Xüsusilə, deşifrə üsulunda hər şey yuxu yozumları kitabındakı açarların doğruluğuna bağlıdır və doğruluğuna kimsə zamin olmaz. Hz. Peyğəmbər (s.ə.s) yalnız bir neçə yuxunu yozumlamışdır. Bu gün əlimizdə demək olar ki, bir yuxu yozumu külliyatı var. Bu nə qədər doğru, bu kitablar nə qədər etibarlıdır? Bizlər çoxlatmağı və əlavə edərək çoxlatmağı sevən bir cəmiyyətik.

 

Yuxu yozmaları gərçəkdirmi?

 

Yuxu yozumu mövzusu da o şəkildədir. Bu günki çox yuxu yozumu 1200 il əvvəlki yuxu yozumlarının yığması və əlavələridir. Yuxu lüğəti Hunayn ibn İshaq, Nablusi, ibn Kuteybə, İbni Şirin tərəfindən yazılmış və bu günkülər çoxlatmışdır. Məsələn məhşur yuxu şərhi yazan İbni Şirin yuxu simvollarını açıqlar amma şəxsin cəmiyyətdəki yerinə görə də yuxuların simvollarını fərqli izah edər. Hardasa təfsir kitabları qədər yuxu yozma kitabları verdır. Quranda da yuxuların önəminə diqqət çəkilir.: Saffat 37:102 və Yusif 12:6. Ayrıca Quranda kəhanət yuxusuna da yer verilmişdir: Hudeybiyə razılaşmasının nəticəsini yuxusunda Peyğəmbərimizə (s.ə.s) göstərmişdir. “Allah yuxunu yerinə gətirmişdir” (48:27). -Yuxuda niyə rəng olmaz? Əksinə yuxularda rəng olur və ağ-qara yuxu görmə halı daha azdır. - İnternet üzərindən edilən yuxu yozumlarında üstü örtülü “fal baxma” halı əsas mövzudur. Yuxu yozumunu bu qədər vacib edən amil nədir ? Yuxuları baçqa bir aləmə aşılan qapı ya da İlahi gizli mesaj olaraq düşünürlər. İslamda yuxular eyni zamanda Tanrıdan, mələk və şeytanlardan bir mesaj olaraq düşünüldüyündə önəm qazanırlar. İstişarə və ya istixarə yuxusu belə vardır. Sulaı soruş, aləmə göndər və yuxunda cavabını gözlə … Sufilər isə yuxularını yol alma və şəxsi inkişaf etmək üçün istifadə etmişdilər. Dr. Sultan Tarlacı bir də bunları qeyd etdi: 3200 il əvvəl Çanakkale Boğazı yaxınlardında “Troya” şəhərinin barışsevər və cəsur insanları, kral Priamosun rəhbərliyi altında uzun illər sülh içində bir həyat sürürdülər. Bir gün kral Priamosun yoldaşı Hekabe bir yuxu gördü. Yuxusunda, qarnında alov çıxır və alovun dumanı, bütün Troyanın divarlarını əhatə edirdi. Hekabe, bu yuxusunu əvvəl yoldaşına; daha sonra da bir kahinə anlatdı. Kahin belə izahı heç də xoş deyildir. Ona görə, Hekabe, hamiləydi və doğacaq olan uşaq, iləridə Troyalıların başına böyük dərdlər gətirəcək, şəhərin yox olmasına səbəb olacaqdır. Bu kəhanətə inana kral Priamos, uşaq doğulandan sonra öldürmək üçün bir adamına tapşırıq verdi. Müdafiəsiz yeni doğulmuş körpəni Troyalı adam onun o zamankı adı “Ida” bu günkü “Kazdağı”-na götürüb, bir meşəyə atdı. Necə olsa, vəhşi heyvanlar öldürər. Amma bir çoban onu götürüb böyütdü. Bu uşaq, irəlidə doğurdan Troyalıların başına bəla gətirəcək və hətta yox olacaqına səbəb olan, Afinalı Helenlə böyük eşq yaşayan Parisdir. Hamımız günlük həyatmızda, Troya kraliçası Hekabenin sonradan Troyanın yox olmasına səbəb olacaq böyük kütləvi hadisələri işarə edən yuxular kimi olmasa da, daim yuxu görürük. Aradan keçən 3200 ilə qarşılıq çox bir şey dəyişməmiş, bizim və tanıdığımız insanların gələcəkdə olan bir hadisəni çox əvvəldən yuxularında görmələrinə artıq vərdiş etmisinizdir. Bunu hardasa təbii insai bir bacarıq və hətta bəziləri üçün də qeyri-adi bacarıq olaraq qarşılayarıq, amma bizdə bir az da çaşqınlıq yaradır. Yuxularla əlaqəli olaraq əvvəldən bilmə ya da xəbər alma iki şəkildə ola bilir. Birincisi, sonradan ortaya çıxacaq mövzu ilə heç bir əlaqəsi olmayan bir şəxsin durumu yuxunda görməsidir. Buna adi bir vətandaşın sıradan, 11 Sentyabrdakı ekiz qüllələrin çökməsini yuxusunda görmək missal ola bilər. Bu vəziyyətdə şəxs dünyanın hər hansı bir yerində ola bilir və əkiz qüllələrlə hər hansı bir əlaqəsi olmaz. İkincisi, bir mövzu üzərində cəmlənmiş, amma heç cür bir nəticəyə çatmayan şəxsin yuxusunda həllə çatmasıdır. Bu durumda ümumiyyətlə əvvəldən hazır olan bir beyin vardır. Şəxs demək olar ki, bütün gücünü bir movzu üzərində cəmləyər. Oyanıq zehni-şüuru ilə həll etmədiyi problem, yuxusundakı zehni-şüuru ilə həll edər və oyanınca bunu gündəlik həyatındakı problemə tətbiq edər. Bu durum daha çoxdur və elm tarixində də misalları çoxdur. Birinci hadisənin ortaya çıxışı olasılık qanunları (böyük sayılar qaydası) içərisində açıqlana bilərkən, ikinci durum hazır olan bir beynin, yuxu müddətində işləməyə bir şəkildə davam etməsi, həllə çatması ilə açıqlana bilər.

Müəllif: Sultan Tarlacı

Tərcümə: Aidə Mahmudova

Səslərin sayı: 2
7
7479
loading...
Şərhlər
Offline
......
Tewekkurler xebere gore give_ros
27 fevral 2016 15:05
Offline
Gulum
Olduqca yaxşı xəbərdi Bilmirəm elə olur ki yuxulara nədənsə inanmıram Həm də elə olur ki yuxumu danışmasam heç cıxmirda amma vay o günə ki yuxumu danışım mütləq onun la bağlı nəyləsə üzləşəcəm həmin günü))Amma hərdən elə də olub ki pis yuxu görəndə bütün günü onun təsiri altında olmuşam hətda halımı da dəyişib
27 fevral 2016 13:56
Offline
Дарья
Yuxum her deqiqe çin çixmir.
Ama birden ele yuxu goruremki,gelecekde olacaq bir sey deqiqlikle yuxuma girir ve ya xeberim olmadan olan bir hadise yuxuma girir.
22 dekabr 2015 04:11
Offline
Azadə Həbibzadə
Qisaca deyimki inaniram/ama menim yuxularim cin cixmir
8 oktyabr 2015 19:51
Offline
Fatma xanım
Mən yuxya çox inanıram yuxuyozmayada
8 oktyabr 2015 18:17
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
sahilsiz deniz
Mən yuxuklarıma çox inanıram. Gördüyüm bütün yuxuıaar çin olur. Və ya mnə nəyisə işarə edir.
8 oktyabr 2015 15:44
Offline
Aysel İ.
Yuxular haqqında çox ətraflı xəbər hazırlamısan Aida. Yuxular bəzən gələcəkdən, bəzən də keçmişdə yaşadıqlrımızdan xəbər verir.
8 oktyabr 2015 15:26
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış