1994-ci ildə "Dünya Gözəli" titulunu qazandıqdan sonra Ayşvariya Ray təxminən 20 il ərzində Hindistanda və dünyada şöhrətindən həzz alır. Bütün bu müddət ərzində o, gözəlliyindən heç nə itirməyib. Sanki zaman onun yanında ötüb keçib. O, Avropada tanınan və sevilən ilk hind gözəli olub. Təsadüfi deyil ki, brendlər onu reklam simasına çevirmək üçün növbəyə düzülmüşdülər.
Milli.Az sia.az-a istinadən bildirir ki, 42 yaşını qeyd etməyə hazırlaşan gözəlin həyat hekayəsi və gözəllik sirləri...Ayşvariya 1999-cu ildə "Əbədi səninəm" filminin çəkilişlərində tanış olduğu aktyor Salman Xanla bir neçə il görüşüb. Qadın qəlblərin fatehi kimi tanınan aktyorun cazibəsi qarşısında aktrisa da tab gətirmədi və onlar birlikdə yaşamağa başladılar. Cütlüyün pərəstişkarları sevinirdilər, onlar Bollivudun ən yaraşıqlı cütlüyü hesab olunurdu. Lakin bu xoşbəxtliyin arxasında Ayşvariyanın ağrı və əzabları gizlənirdi. Salman Xan alkoqoldan sui-istifadə edirdi, ona daim başqa qadınlarla xəyanət edirdi, özü də çox qısqanc idi və tez-tez hirsindən onu döyürdü. Qızın valideynləri onu belə bir adama ərə vermək istəmirdilər. Bu, Salmanı hirsləndirdi və o, bir gün Ayşvariyanı lap bərk döydü. Bundan sonra gözəl aktrisanın səbir kasası daşdı və aktrisa 2004-ci ildə onunla yollarını ayırdı.Ayşvariya məşhur aktyor Amitax Baççanın oğlu Abişek Baççana ərə getdi. İlk baxışdan ona aşıq olan cazibədar aktrisa 2011-ci ilin yanvarında qız anası oldu. Lakin doğuşdan sonra kökəlməsi ona təzyiqləri artırdı.
Avropa və Hindistan mətbuatı aktrisanın gözəlliyini itirdiyindən hiddətlənərək sərt yazılar yazdılar. Hətta Hindistan mətbuatı aktrisanın Kann festivalında iştirakına məhdudiyyət qoyulmasını tələb edir. Onların fikrincə, Ayşvariya kök görünüşü ilə hind qadınları haqqında yaxşı fikir yaratmır. Hindistanın adına xələl gətirir. Məqalələrdə Viktoriya Bekhem, Ancelina Coli kimi ulduzlar nümunə gətirilərək aktrisanın arıqlamağa tələsməsinin vacibliyi vurğulanırdı.İki il öncə isə aktrisa yenidən əvvəlki kilosuna düşdü və yenə də göz qamaşdırmağa davam etdi.Dünyanın ən gözəl aktrisalarından biri olan Ayşvariya Rayın 41 yaşı olduğuna inanmaq çətindir. Halbuki o, bu ilin noyabrin 1-də 42 yaşını qeyd etməyə hazırlaşır. Gecce.az dünyanın ən gözəl hind qızının gözəllik sirlərini araşdırıb. Demə, dünya gözəli titulu olan aktrisa gənc qızlara meydan oxuyan görünüşünü aşağıdakı yollarla mühafizə edir.Nizam-intizam. Tələbəlik illərində memarlığı oxuyarkən Ayşvariya model kimi pul qazanırdı. Məhz bunun sayəsində 1994-ci ildə onu "Hindistan Gözəli" müsabiqəsində iştirak etməyə dəvət ediblər. Yeri gəlmişkən, aktrisa vurğulayır ki, müsabiqədə qələbəsi onun üçün tamamilə gözlənilməz olub. Lakin model keçmişi onu ciddi nizam-intizama öyrəşdirib. Bu, xüsusilə, onun zahiri görkəminə aiddir: Ayşvariya heç vaxt makiyajını silmədən yatağa girməz. Hər gün dərisini nəmləndirir.
7-10 gündə bir dərisini skrab və ya pilinqlə dərindən təmizləyir. Onun fikrincə, bu gözəlliyi və gəncliyi qorumağın sadə və əlverişli üsullarından biridir. Maraqlıdır ki, hamı bu qaydaları bilir, lakin hamı ona riayət etmir. Əgər Ayşvariya kimi 40 yaşında parlaq və hamar dəriyə sahib olmaq istəyirsinizsə, onda nə etmək lazım gəldiyini biz yazdıq.Düzgün qidalanma. Aktrisa vegetariandır. Lakin o, bəzən karri əlavə edilmiş balıq yeyir. O, sağlam qidalar yeyir, siqaret çəkmir, demək olar ki, spirtli içki istifadə etmir. Yaxşı fransız şərabı istisna olmaqla, digər içkilərdən qəbul etmir. Ayşvariya yalnız mərasimlərdə bir badə quru şərab içməyi özünə rəva bilir.Düzgün gün rejimi və sağlam yuxu. Ayşvariya əsas gözəllik sirrini yaxşı yuxunu hesab edir. Çünki xroniki yuxusuzluq göz ətrafında qırışlar, torbalar, qaraltı yaradır. Əlbəttə ki, bu faktorlar da qadının yaşlı görünməsinə yol açır. Ulduzun fikrincə, 30 yaşdan sonra minimum səkkiz saat yatmaq gözəl görünmək istəyən hər bir qadın üçün mütləq bir qayda olmalıdır.Pəhriz və fitnes. Bir çox hind qadın kimi Ayşvariya da erkən gənclik çağlarında nərmənazik görünür, amma ana olduqdan sonra kökəlməyə meyilldir. Amma hind kinosu ulduzu bunu faciəyə çevirmir, hətta zarafat edir: "Bizdə həddindən ziyadə arıq qadınları sevmirlər, açığı bu fikir məni həmişə rahatladır, xüsusilə evdə şam edirkən".
Lakin buna baxmayaraq, aktrisa formada qalmaq üçün yemək-icməyinə diqqət göstərir. Lakin qızı anadan olandan yarım il sonra məlum oldu ki, 37 yaşlı ulduz arıqlaya bilmir. O hamiləlikdə 20 kilo kökəlmişdi və qızını ana südü ilə qidalandırmağa davam edirdi. Əlbəttə ki, onun bu qədər kökəlməsi aktrisanın karyerası üçün təhlükə idi.Öz milli qəhrəmanlarını izləyən Hindistan əhalisi iki düşərgə parçalanmışdı. Bəziləri deyirdilər ki, ikiqat buxaqlı və həddindən ziyadə kökəlmiş aktrisa Bollivudun adına xələl gətirir. Hətta onun bu formada beynəlxalq kinofestivallarda iştirak etməsini əngəlləmək üçün piketlər keçirilmişdi.Digər düşərgə isə əksinə aktrisanın özünün və qızının sağlamlığını modaya qurban vermədiyinə görə təqdir edirdi.Lakin buna baxmayaraq, heç kim kök aktrisanı filmə çəkmək istəmirdi. Stil ikonasına gələn saysız-hesabsız təkliflər yoxa çıxmışdı. Aktrisa arıqlamasaydı, vəziyyətin necə olacağı məlum deyil. Gerçəklik odur ki, aktrisa 39 yaşına az qalmış arıqlamağa qərar verir və nəhayət öz ad gününü əsl ulduz bədən quruluşunda qeyd edir. Bollivud ulduzunun formasına necə qayıtdığı isə sirr deyil. O ciddi pəhrizlə yanaşı hər gün fitneslə məşğul olurmuş.
Kifayət qədər su içməli. Aktrisa hər səhər limon şirəsi sıxılmış təmiz bir stəkan su içir. Bu qaydaya əksər modellər riayət edirlər. Aktrisa deyir ki, hələ gənclik illərindən özü üçün qoyduğu bu qaydaya indiyədək riayət edir.Dietoloqlar da bu ideyanı bəyənirlər. Bu, orqanizmin daha tez yuxudan oyanmasına kömək edir və gecə yatmış və zəifləmiş maddələr mübadiləsini sürətləndirir.Ayşvariyanın digər məcburi qaydası hər gün 8-10 stəkan içməklə bağlıdır.Dərinin Günəşdən qorunması. Ayşvariya heç vaxt əllərinə, boynuna, üz dərisinə və digər açıq nahiyələrə günəş qoruyucu krem çəkmədən evdən çölə çıxmır. Bu, ona ağardıcı vasitələrsiz keçinməyə və eyni zamanda, Hindistanda xüsusilə yüksək dəyərləndirilən, parıltılı, ağbəniz dərisini mühafizə etməyə imkan verir.Aktrisa LOREAL Paris şirkətinin gözəllik səfirlərindən biridir. O, firmanın üz təmizləyici vasitələrinin heyranı olduğunu gizlətmir.Saç üçün təbii maskalar. Aktrisa qarışıq və yağlılığa meyilli dəri tipinə sahibdir.
Ona görə də o, sevdiyi yağlarla və yağ əsaslı maskalarla ehtiyatlı davranır: "Bu, ehtiyacdan çox, ənənədir. Uşaqlıqda anam hər ikimiz üçün yağdan təbii maskalar hazırlayırdı. Həmin maskaları çəkəndə özümü əsl şahzadə kimi hiss edirdim".Lakin hazırda aktrisa üz qulluq üçün hazır maskalara üstünlük verir. Saçlara gəldikdə isə aktrisanın fikri dəyişir. O saçlarına hindqozu və palma ağaclarının yağlarından maska çəkməyi çox xoşlayır. Bundan başqa, bu yağları gecələr saç diblərinə sürtür ki, saçın kökü qidalansın.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
14 fevral - Hərbi Hava Qüvvələri Günüdür
Mozaik tortlar
İmtahan verəcək abituriyentlərin nəzərinə!
Azərbaycanda buraxılış və qəbul imtahanları ilə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM
Castin Biber xanımından danışdı-FOTO
Ən uyğun vaxtı bilək
"Artıq ət" nə vaxt kəsilməlidir?
Azərbaycanda turizmin yeni növü yarandı
Kliçko Yanukoviçlə razılığa gəldi
Azərbaycan neftinin qiyməti dəyişdi
Kürəkdəki sızanaqlardan necə xilas olmalı?
Cüdoçumuz Avropa çempionu oldu
"Ölü" su içirsiniz?
2018-in gəlin saç düzümləri
Qadın.netlilərin pis vərdişləri
Zövqlü toy donları
Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
“Bakı yüksəliş yolundadır”
Qış gəldi, dərd gəldi
Cəlbedici gözlər
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Şahdağda qiymətlər endiriləcək?
Azərbaycanlılar Türkiyənin daşınmaz əmlak bazarında beşincidir
"Sürücülər sükan arxasında telefonla danışır, bazarlıq və digər problemlərini həll edirlər"
Yonca Evcimik 56 yaşını belə qeyd etdi-FOTO
Azərbaycan polislərinə yeni silah veriləcək
Naxçıvanda zəlzələ oldu
Mətbəxdə işləri asanlaşdıran əşyalar
İnsanların həyatını asanlaşdıran 7 texnologiya
Monitorinq başa çatıb
Plombir tortu (foto resept)
Superlüks Lexus LX 570
Türkiyə Milli Müdafiə Nazirliyi: “Əmin-amanlığın bərpa prosesini yaxından izləyəcəyik” - VİDEO
Ənənəvi Braziliya karnavalı başlayıb
Yaşlanmağı gecikdirmək üçün qızıl təkliflər
İdeal saç və geyim rəngi
"Ağıllı" saatlar Berlində nümayiş olunacaq
Bakıda 700 sərnişin avtobusu kart sisteminə keçəcək
Həccin vaxtı açıqlandı
Hikmət Hacıyev Ermənistanın təxribatı barədə bəyanət verib
Azərbaycanda tətbiq olunacaq yeni COVID-19 testlərilə bağlı BİLMƏDİKLƏRİMİZ
Sofia Vergaranın gözəllik sirləri
Bədəndə suyun çatışmadığını göstərən 10 əlamət
Şeymadan yeni FOTO
Smartfonların zərərli şüasından qoruyan EKRAN YARADILDI
Dovşanı necə qarşılamaq lazımdır?
Dilan Çiçek "Sinbad"a çəkilmək istəyir
Sobada əzilmiş kartof (foto resept)
Aerokriopilinq - dərinin soyuq hava ilə müalicəsi