Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2015/2016-cı tədris ili üzrə qəbul qaydalarında edilmiş dəyişikliklərə əsasən, V ixtisas qrupu yaradılıb. Bu ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir.
TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, abituriyentlərə ilk dəfə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılıb.
Daha bir yeniliyə əsasən, bu ildən tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcək. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə kolleclərə qəbul buraxılış imtahanı səviyyəsində iyulun 2-də keçiriləcək qəbul imtahanının nəticələrinə əsasən aparılacaq.
Ərizə qəbulunun statistikası göstərir ki, bu yenilik minlərlə gənc tərəfindən müsbət qarşılanmışdır. Belə ki, 17802 nəfər abituriyent I-IV ixtisas qrupları ilə yanaşı V ixtisas qrupuna və kolleclərə ərizə təqdim edib. Onlardan 4913 nəfəri V ixtisas qrupu üzrə, 12889 nəfəri isə kolleclər üzrə qeydiyyatdan keçib.
Ümumilikdə, V ixtisas qrupuna 10446 abituriyent müraciət edib. Onlardan 4894 nəfəri cari ilin, 5552 nəfəri əvvəlki illərin məzunlarıdır.
Orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün tam (11 illik) orta təhsil bazasında 17999 abituriyent qeydiyyatdan keçib ki, onlardan da 9213 abituriyent cari ilin, 8786 abituriyent isə əvvəlki illərin məzunlarıdır.
Qeyd edək ki, V ixtisas qrupu üzrə sənəd qəbulu mayın 18-də başa çatsa da, tam (11-illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu may ayının 31-dək davam edəcək. Kolleclərin müsabiqəsində iştirak etmək istəyən ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təsdiq etmiş əvvəlki illərin məzunu olan abituriyentlər və Azərbaycan Respublikasının orta məktəblərini 2015-ci ildə bitirən abituriyentlər həmin vaxta kimi kolleclərə elektron ərizə təsdiq etməlidirlər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Məşhur aktyor "Yasak Elma"da
Noutbukların qiyməti bahalaşacaq
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq - AÇIQLAMA
Xocalının Quşçubaba kəndi Baharlı adlandırıldı
Meqan Fox aparıcılıq edəcək-FOTO
Günün ramazan təqvimi (28 iyun)
Sosu və Haru
Boyun düzləşməsi əlaməti
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Sellülit üçün faydalı yağlar
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq
Şuşa həbsxanasının indiki vəziyyəti - VİDEO
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dərdli zamanlardan qurtulmağın yolu
“İmamzadə” ilə bağlı sərəncam
Şokolad haqqında bilmədiyiniz faktlar
Taekvondo üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Putinin daha bir istedadı üzə çıxdı - VİDEO/FOTO
Dünyanın ən bahalı spirtli içkisi oğurlandı
Məşhur aktrisa yıxıldı-FOTO
Övladım əzizdir, tərbiyəsi ondan da əziz
Münasibətdə qadınların yol verməməli olduğu xətalar
"Ermənilər digər əraziləri də işğal ediblər"
Gözəl mebellər
Azərbaycanda yağış yağacaq
Qəhvə haqqında nə qədər bilirik?
İtirilmiş və oğurlanmış telefonlar
Ana oğlundan utanıb arıqladı
SON DƏQİQƏ: Azərbaycanda da ZƏLZƏLƏ OLDU
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Azərbaycan Gürcüstana 450 milyon sərmayə qoyub
Antarktida - Əbədi buzlar qitəsi
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb
Ailə fotosu qadını 38 kiloqram arıqlamağa sövq etdi
Bakıda piyadalara yol hərəkəti qaydalarına riayət etmək təbliğ olunacaq
Səudiyyə Ərəbistanı "Bakı Ağ şəhər" layihəsinə maraq göstərir
“Coca-Cola” 130 illik ənənəsini pozur
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
Həftə sonunun HAVAsı
"Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək"
Bakı məktəblərində saqqız qadağası - SİYAHI
Alimdən VACİB AÇIQLAMA: "Qoyun və keçi pendiri yeyən insanlar..."
Əvvəll döydü, sonra xilas etdi
Mistik meşələr
Geyim nümunələri
Formada qalmağın sirri
2020 Oscar Mükafatları: Qırmızı Xalça
Kələm salatı (foto resept)
2013-cü ilin hündürdaban çəkmələri
- ŞƏRHLƏR