ANS PRESS-inməlumatına görə, bu barədə “Qəbələ” İdman Klubunun rəsmi saytında bildirilib. Bəyanatda deyilir:
"Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşılamışdır. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlamışdır. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilmiş, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olmuşdur. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilmiş, heç vaxt sərt reaksiya verilməmişdir. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirmişdir. Mərhum son müsahibələrində və “Facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılmışdır.
Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik."
Ötən gün xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyev orada dünyasını dəyişib. Avqustun 8-də "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist bu gün səhər saatlarında dünyasını dəyişib.
Futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti aldığını deyən jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Jurnalistin ölüm xəbərini təsdiqləyən Klinik Tibbi Mərkəzdən bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.
16 avqust 1984-ci ildə dünyaya gələn Rasim Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı idi. Hadisə ilə bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirib ki, Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!
31 Avqust- Qubadlı
Dərmanların qiyməti ilə bağlı müjdə
Qızıl medallı Stadnik: Mən azərbaycanlıyam
Albalı (gilənar) mürəbbəsi (foto resept)
İlham Əliyev: “Daha 16 kəndimiz işğaldan azad edildi”
AFFA hakimi təhqir edən 3 futbolçunu dörd oyunluq cəzalandırdı
Dəbli çəkmələr
Dünya qocalara qalacaq
Robin Ulliamsın oğlu evləndi-FOTO
Türkiyədə Ebola virusuna yoluxma halları ilə bağlı 45 xəstəxana ayrılıb
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı tələbə qəbulu elan edir
Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc
Sosyopatı necə tanımalı? (2)
Müge Boz izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İkimərtəbəli qatarların iyunun 5-nə kimi istismarı nəzərdə tutulur
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Marshmallovlu tart (foto resept)
Beyin üçün ən zərərli 3 qida
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Dovşan ətini yemək olarmı?
Rus Dili dərs-3
Məşqlər və miflər: kimə nə olmaz?
Arda Turan evləndi -FOTO
Muradla Aslı Yeni İli Barselonada qarşılayacaq-FOTO
Tarkan qızının adını açıqladı-FOTO
"Alatoran"ın məşhur ulduzu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Erməni mediası: "Yaralıar yollarda keçinir, dərman çatışmır"
Oskar mərasimindən ən yadda qalan geyimlər
Obama Putinlə məzələndi
Baş epidemioloqdan qrip açıqlaması
Rusiya XİN-dən Qarabağda sülhməramlılarının sayının artırılması məsələsi ilə bağlı AÇIQLAMA
Avtobuslar 24 saat işləyə bilər
Çində ilk dəfə...
62 yaşlı beş uşaq anası cəlbediciliyinin sirlərini açdı - FOTO
Öskürəyə qarşı müalicələr
Bergüzar Korel də etiraz səsini ucaltdı
63 dəfə küsüb barışdılar - FİLM
Dəri gözəlliyi üçün 6 qida
Dadlı və ətirli piroq (foto resept)
Hava haqqında - 30.11.2013
Bu rayonlarda işləyən müəllimlərin MAAŞLARI ARTACAQ
Sumqayıtda köhnə işıqfor qalmayacaq
2015-in bizdən aldığı məşhurlar
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Yeni ana olanlar üçün gözəllik tövsiyələri
Dünyanın ən hündür tonqalı - FOTO
Almaniyada toqquşma
İshal təhlükəli ola bilər