Sinopsis
Yalnızlıq. İtki. Məna axtarışı. Məhəbbət üçbucağı. Mistika. Ayrılıqlar. Yuxu dünyası. Kosmik peyklər. Yerdəki peyklər. Rasional ağlın qayğılanması. Qeyb. Sərhəd. Geri dönüş. Seçim.
Süjet
Yazıçının sözlərinə görə bu kitab normal insanların başına gələn anormal hadisələr haqqındadır. Süjet sadə, amma qeyri-banaldır. Roman sadə və təbii dillə, çoxlu metaforalı, obrazlı və ədəbidir. Özlərini bir birilərində axtaran 3 obraz və reallıq və fantastika arasında olan körpü. Orta məktəb müəllimi K yazıçı olmaq istəyən Sumireyə vurulub. Sumire isə biznesvumen olan Myu ilə rastlaşır və ona aşiq olur. Myu ilə birlikdə səyahətdə olarkən Sumire qəflətən qeyb olur. Axtarışlara K da cəlb olunur və özünü qəribə bir mühitdə tapır və eyni zamanda Myunun şəxsiyyət ikiləşməsinin şahidi olur. Daha sonra isə...
Haruki Murakami
Haruki Murakami dünyaya fərqli baxan yazıçıdır. Onun əsələrində realistik mistizm olur (bəlkə də, bunu Asiya motivli magik realizm də adlandırmaq olar). Şəxsən mənə təsir etmiş bir çox epizodları heç vaxt unuda bilmirəm. Haruki Murakami insanın daxili dünyasını təsvir edən elə gözəl ifadə formaları tapır ki, daha sonra onun üslubuna bağlanıram. Haruki Murakaminin romanlarını oxuyarkən beynimdə yaranan epzidolar olduqca canlı olur. Bəlkə də, bu yapon film və animelərinə olan həvəsimin nəticəsində əmələ gələn vizualizasiya məharətidir.
Sən nəyi axtarırsan Murakami? Sənin romanlarında tupikdə olan obrazların axtarışları və həyata baxışı yer alır. Murakami bu tupikdən çıxışı axtarır. Yazdığı hər bir romanla da buna müəyyən qədər yaxınlaşır. Deyilənə görə, tupikdən çıxış yalnızca geri-geri getməklə mümkündür. Bəlkə də başqa yollar da var. Biz bu həyata gələrək tupiklə qarşılaşır, ölərək ondan çıxış tapırıq? Həyatdan dərs çıxararaq onu özümüzlə aparmalıyıq? Suallar var. Mən də səninlə birlikdə bu axtarışlarda iştirak edəcəyəm.
Ən xoşuma gələn bir digər müans ondan ibarətdir ki, Murakami həyatımızda olan və fikir vermədiyimiz çox şeyi aydınlada bilir. Ümid edirəm, bütün yaradıcıllıq nümunələrinlə tanış ola biləcəyəm. Hər şeyin sənə doğma olduğu, sanki yaşadıqlarımı mənə xatırladan yazıçının olması necə də gözəldir.
Təəssüratlarım
Bu kitab da Murakaminin digər kitabları kimi yalnızlıqdan bəhs edir. Həyatımıza daxil olan hər bir kitab bizim üçün müəyyən rola sahib olmalıdır. Bu ola bilər ki, bizim həyat tərzimizi gümrahlaşdıran kitab olsun, ola bilər ki, gələcək düşüncələrimizi rahatlaşdırsın, ya da ola bilər ki, sadəcə həyat tempimizi normada saxlasın. Hərgah ki, roman melanxolik və sakit formatlıdır, şəxsən məndə öz bədiiliyi ilə gümrahlaşdırıcı təsir buraxdı. Müasir yazıçılar arasında Haruki Murakaminin yeri xüsusidir, çünki o, müasir cəmiyyətin problemlərindən yaxşı bəhs edir. Dünya qloballaşır və insanların problemləri də eyniləşir. Bu kitabda da elə müasir insanların müasir problemləri, müasir formada bizlərə təqdim olunur. Obrazların orbitləri kosmik peyklər kimi sadəcə müəyyən zaman dilimində bir-birilərinə yaxınlaşır. Obrazlar öz varlıqlarının mənalarını haradasa üfüqdə görürlər və ona can atırlar. Obrazlar yavaş-yavaş beynimdə doğularkən onları özümə çox yaxın hiss etdim. Bu cümləni daha çox romanın adı bəlli olmayan obrazına aid edərdim. Digər iki obrazların arasında isə qeyri-etik münasibətlər gerçəkləşir. əvvəllcə məhz bu məqama görə kitabı yarıda qoymaq istədim, çünki belə motivlərdən bəhs edən kitabların iyrənc olduğunu çox görmüşəm. Haruki Murakamidə isə bu motivlər çox fərqli və ədəbi formada yer alıb. Bu qiraətdən sonra başa düşdüm ki, Murakaminin romanlarını oxumaq mənim üçün evə qayıtmaq kimidir. Hər şey əvvəlki kimi tanış və rahat. Digər romanlarda olduğu kimi bu romanda da içimdə nəyinsə dəyişdiyini hiss etdim. Dəyişmək üçün çox səbəb ola bilər, amma bu kitabdan sonra baş verirsə, daha gözəl olur.
Biz həm əşyaları həm də yaxınlarımızı itirirk. Bəzənsə tapırıq, sanki heç itirməmiş kimi. Elə bu roman da bizə bunu göstərir: itkilər, dəyişikliklər və əlbəttə ki, yalnızlıq.
Elə kitablar var ki onu oxuyuruq və müsbət təəssuratlarla kənara qoyuruq. Elə kitablar var sadəcə bəyənirik. Elə kitablar da var ki, o bizim ruhumuzda yeni bir melodiya kimi səslənir və bizi dəyişdirir. Yəqin ki, anladınız son cümləni hansı yazıçıya (yazıçılara) aid etdim. Yapon prozası və mən eyni dam altındayıq.
Kitabdan seçmələr
- Uzun zaman öncə rejissor Sem Pekimpin “Vəhşi Banda” filminin premyerasından sonra keçirilən mətbuat konfransında bir jurnalist əlini qaldıraraq sual verdi: Nəyə görə filmdə bu qədər qan var? Səbəbi nədədir?
Jurnalist sualı çox qəti və iti formada soruşdu. Filmdə aktyor olaraq iştirak etmiş Ernest Borqnayn sifətində bir qədər çaşqınlıqla suala cavab verdi: "İcazənizlə xanım, insanın quruluşu belədir, əgər o, atəşə məruz qalırsa, ondan qan axır".
Film Vyetnamda müharibənin ən qızğın vaxtında ekrana çıxdı. Bu replikanı çox sevirəm. Bəlkə də, elə reallığın əsası bu replikada gizlidir. Hissələrə bölməkdə çətinlik çəkdiyimiz şeyləri gərək bölünməz olaraq qəbul edək. Qan buraxmaq. Atəş və qanaxma.
- Biz niyə bu dərəcədə yalnız olmalıyıq? Bu qədər yalnız olmaq niyə bu dərəcədə əhəmiyyətlidir? Dünyada bu qədər adam yaşayır və onlar bir-birilərində ehtirasla nə isə axtarırlar. Buna baxmayaraq bir-birimizdən sonsuz uzaq, ayrı qalırıq. Niyə belə olmalıdır? Bəlkə bizim planet insan yalnızlığından qidalanaraq fırlanır?
- Sputnik - 4 oktyabr 1957-ci il. Baykonur Kosmodromu (Qazaxıstan SSR). Sovet İttifaqı bəşər tarixində ilk dəfə yerin süni peykini - "Sputnik - 1"-i (Спутник-1) kosmosa buraxdı. "Sputnik - 1"-in diametri 58 sm, çəkisi 83.6 kq, o Yerin ətrafında bir dövrəni 96 dəqiqə 12 saniyəyə gerçəkləşdirdi. 1 ay sonra, 3 noyabr tarixində "Sputnik 2" (Спутник-2), Layka adlı köpəklə birlikdə uğurla start götürdü. Layka kosmik fəzaya göndərilən ilk canlı oldu, lakin "Sputnik-2" geri qayıtmadığından Laykaya kosmosda aparılan bioloji təcrübələrin qurbanı olmaq taleyi qismət oldu. ("РҐСЂРѕРЅРёРєР° Всемирной Истории”, издательство “Коданся”)
- İnsan çox darıxacaq olsa belə, həyatında bir dəfə olsa da, vəhşi təbiətdə özüylə baş-başa qalmalıdır. Tamamilə öz-özündən asılı olmağın nə demək olduğunu başa düşməli, varlığının mənasını başa düşməli və əvvəllər bilmədiyi gücə sahiblənməlidir.
- Bir dəqiqənin içində düzənliyi yerlə yeksan edə bilən qasırğa kimi dəlisov məhəbbət onun üzərinə hücum etdi. Formaya malik olan hər şeyi o əvvəllcə ağuşuna alıb göyə sovurur, zərrə qədər də gücünü itirmədən tanınmaz hala qədər didib tökür və heç nəyə yazığı gəlmir. Daha sonra Sakit okeana doğru istiqamət alıb Anqkor Vatı dağıdır, Hindistan meşələrinə gedən yolda bədbəxt bir pələng ailəsini külə döndərir, İran səhrasında Səmuma çevrilərək, bütöv bir şəhər-qalanı quma batırır. Gördüyümüz kimi məhəbbət, həqiqətn də, çox monumentaldır.
- Hər bir hekayənin anlatım zamanı var. Əgər zamanı gələndə insan bunu eləmirsə, o zaman özünü həmişəlik bu sirrə məhkum edir.
- Sənə yad olan bir insanın səhv və yalnışlarını tənqid etmək o qədər asandır ki.
- Nədir gözəllik? Onun dəyəri nədədir? - deyə təəccüblənərdi Sumire. Heç kim bu suala cavab verə bilmir. Bir şey aydındır ki, gözəllikdə elə bir şey var ki, o insanlara təsir edir.
- Mən yuxular görürəm. Hərdən mənə elə gəlir ki, bu dünyada olan yeganə doğru şey budur. Sumirenin yazdığı kimi: "Yuxular görmək, yuxu dünyasında yaşamaq". Düzü, bu çox çəkmir. Nə vaxtsa oyanıram və geri dönürəm.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
"Ən yaxşı sosial çarx" müsabiqəsinin qalibləri açıqlanacaq
Hadise paylaşımı ilə GÜNDƏM oldu
Bengünün xına gecəsindən ilk FOTOlar
Reklamlar beynimizə necə təsir edir?
2018-də qarşınıza çıxacaq 3 trend
Məşhurların daxil ola bilmədiyi ölkələr
Kim ki yüz il yaşamırsa...
Günün qoroskopu:Hisslərinizə uymayın!
Dünya bazarlarında neft 50 dollardan baha satılır
Botoks etdirən qadınlar eybəcər hala düşdülər - FOTO
Ev dekorasiyasında köhnə çamadanlara yer verin
İlham Əliyev: "22 ildir ki, heç nə edə bilmirlər"
Model olduğunu düşünənlər peşəsinə TƏƏCCÜBlənirlər-FOTO
Günün qoroskopu: yeni tanışlıqlar məsləhətli deyil
Bizə xarici həkimlər lazımdırmı?
Kondinsionersiz sağ qalmağın 7 yolu
“WhatsApp”dan iki maraqlı yenilik
Fransız rejissor islamı qəbul etdi
Qəribə qərar: Tutulan hər siçana görə 2 manat pul
Görənlər 70 yaşı olduğuna inanmır - FOTO
Kolleclərə qeydiyyat başlayıb
Şəki xan sarayı
Ər 17 ildir həyat yoldaşının cəsədi ilə yatır – FOTO
Sabahın HAVASI
2010-cu ildə qadın kombinezonları yenə dəbdədir
Leonid Kalaşnikov: “Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü”
"ATƏT MQ Qarabağ münaqişəsi tərəfləri arasında dialoqun davam etdirilməsində maraqlıdır"
Tikə ətdən sulu yemək (foto resept)
Badımcan ruleti (foto resept)
Bu xanım Türkiyənin “first lady”si olmağa hazırlaşır
Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan Smerç raketi yaşayış evinin bağçasına düşüb”
Çuğundur salatı
Payız fəslinin ən aktual rəngləri
"Azəriqaz" istehlakçıların smart-sayğaclarla təchizatını davam etdirir
ABŞ səfirliyi qrant qalmaqalına aydınlıq gətirdi
İnna Bakıya gəlir
Kürd lider PKK-ya yox, TSK-ya səsləndi: silahı yerə qoyun
"Tezliklə hər kəs bu uşaqdan danışacaq"
Dövlət başçısı üç ay vaxt verdi
Azərbaycanda daha 70 nəfər koronavirusa yoluxdu - RƏSMİ
15 dəqiqəlik görüşünü hərraca qoydu
Messi Ronaldunun "Qızıl top" almasından danışdı
Günün qoroskopu: məntiqli davransanız, sədləri dəf edə bilərsiniz
Hörümçək toru insan həyatını dəyişdirəcək
Sabah Qaz Olmayacaq!
Dövlət atdığı addımı geri çəkməməlidir
Məşhur əsərlər günümüzdə
Məşhurları bir də belə tanıyın
Çay sodasının faydaları
Diabet xəstəsinin əl işləri
- ŞƏRHLƏR