Əsərin qəhrəmanı olduqca gözəl və qorxulu nağılların reallaşdığı ölkəyə gəlir. O, tarixçi-alimdir və məqsədi ölkənin tarixini və mədəniyyətini daha da dərindən öyrənməkdir. O, nə vaxtsa Hans Xristian Andersonun yaşadığı otaqda məskunlaşır. Məhz bu otağın pəncərəsindən şahzadəni tapır. Şahzadəni tapmaqla isə başına əsl iş açır. İndi bütün yüksək vəzifəli məmurlar onun ovuna çıxıblar. Ən əsası isə onun kölgəsi ona xəyanət edib.
Yevgeni Şvars 1896-cı ildə Kazan şəhərində anadan olmuşdur. Kazan universitetinin tibb fakültəsində təhsil aldıqdan sonra Yevgeni Şvars dəfələrlə polis tərəfindən inqilabi fikirlərinə görə saxlanılıb izahat vermişdir. 1914-cü ildə yazıçı Moskva Dövlət Universitetində hüquqşünaslıq təhsilinə başlasa da, özünü teatr sənətinə həsr etmək üçün təhsilindən imtina edir. Yevgeni Şvars rus ədəbiyyatına və xüsusilə teatr sənətinə olduqca dəyərli əsərlər bəxş edib. 1958-ci il 15 yanvar tarixində dünyasını dəyişən yazıçı, Sankt-Peterburq şəhərində Boqoslov qəbiristanlığında dəfn olunmuşdur.
Əsərin məqsədi siyasi müstəvidə, xüsusilə daxili siyasi hakimiyyət kontekstindədir. Siyasi hakimiyyətin iş prinsiplərinin izahı ilə əlaqədar nağıl dili ilə olduqca gözəl nümunələr var. İstifadə olunan kölgə elementi isə xalqın iradəsidir. Axı prezident vəzifəsindən tutmuş sıravi bələdiyyə işçisinə qədər hər bir dövlət qulluqçusu digər insanların gündəlik mülki-inzibati həyatına yardımçı olmaq üçün çalışmalıdırlar. Məhz bu səbəbə görə xalq onları bələdiyyə, millət vəkilliyi və ondan da yuxarı vəzifələrə seçir. Bütün bu anlayışların kölgə simvolu - metaforası ilə dərindən və sıx əlaqəsi var. Kölgənin sadə fəlsəfi mənası insanın işıqlandırılma zamanı müəyyən məkanlarda olan əksidir. Siyasətə tətbiq etsək, bütün inzibati-siyasi vəzifələr əslində bütün sadə insanların iradəsinin müəyyən kütlə qarşısındakı əksidir. Əsərin sonlarında da sual verilir ki, niyə yaxşı insanları xilas etmək lazımdır? Cavab da verilir ki, pis insanlar da həyatda qalsın deyə yaxşılar xilas edilməlidir.
İştirak edən digər bütün obrazlar real variantlarının absurd və satirik formasısıdır. Məsələn əsərdə sarı mətbuat üzvlərini adamyeyənlər kimi təsvir ediblər. Sarı mətvuat üçün yalan və doğru arasında heç bir fərq yoxdur, ona görə də adamyeyən statusu onlara tam uyğun gəlir. Yüksək vəzifə məmurları isə itaət edilən yarım-allahlar kimi, yarım-ağıllı absurd düşüncə sahibləri kimi yer alıblar. Qarşımıza çıxan bütün dialoqlardan, hadisələrdən olduqca maraqlı nəticələr çıxır. Ən ümumi məsələlərin iş mexanizmlərinin təsviri olduqca yaxşıdır.
Nağıllar dünysı həmişə düşünən insanların razılaşmadıqları reallığın tənqidi üçün münbit torpaq olub. Əkilib-becərilən məhsullar isə neçə-neçə onilliklərlə müxtəlif cəmiyyətlərdə əks-səda tapıb. "Alisa möcüzələr ölkəsində" əsəri də öz növbəsində dövrün İngiltərəsinin tənqididir, amma bu o qədər ustalıqla maskalanmışdır ki, uzun illərdir varlığımı qoruyub saxlaya bilmişdir. Ona görə də nağıllar düşünən insanlar üçün həddindən artıq əhəmiyyət kəsb edir. Ən əsası isə belə nağılları oxuyarkən həm əylənmək, həm də dərindən düşünmək imkanı əldə edirsən. Hansısa problemi hansısa məşhur filosofun və ya alimin dilindən birbaşa açıq-aşkar eşitməkdənsə, bunu xüsusi formada etmək daha maraqlı olur. Buna səbəbkar olan Yevgeni Şvars kimi yazıçılar isə konkret olaraq dahi adına layiqdirlər. Belə insanları tanıtmaq isə kitabsevərlərin borcudur.
Niftiyev İbrahim
XƏBƏR LENTİ
Alman aşpazın əl işləri
Şokoladlı yeni il keksləri (foto-resept)
Ən sağlam ölkələr
Nikahdan öncə tibbi müayinə
Xəzinə tapdılar borca düşdülər_FOTO
Həftəsonu yağış var
Co Baydenin seçki qərargahının rəhbəri Trampı hədələdi
Makiyajın uzun müddətli olması üçün...
Sabahın HAVAsı
Azərbaycanda teatrında yenilik
Televiziya
İran və Rusiya prezidentləri Bakıya nə vaxt gələcəklər?
Azərbaycan tarixindən yüz şəxsiyyət-21
Əsgər bayraqla havaya uçdu
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri
Həddindən artıq meyvə qaraciyərə zərərlidirmi?
Şimali Koreyada karantini pozan şəxs güllələndi
İki körpə atasız qala bilər!
Qadın sürücülər
Maraglı fincanlar
Kişilər sosial şəbəkələrdə
3 yaşlı qız geyimilə hamını heyran edib
Fransız qadınları kimi geyinməyin sirri
Günün qoroskopu: qələbələr asan başa gəlməyəcək
Anası kimi davranmayın
Qaraçı plovu/Şor salatı (video-resept)
Azərbaycanda "WhatsApp" çökdü
Şəhid generalımız Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək
Braziliya feni (Fix Nano Keratin)
Masaj texnikaları (II hissə)
"Çukur" haqqında nazirdən AÇIQLAMA
"Messenger"ə yeni faydalı funksiya əlavə edib
Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi
Şeyma Subaşı sevgilisi ilə BARIŞDI
Telefonda hirsli insanı necə sakitləşdirmək olar?
Çivzə və sızanaqlar
Naftalanda sahibkarlar üçün "dəyirmi masa" keçirilib
Kəpəyə qarşı bitki mənşəli həll
Təbii doğuşun faydaları
3 ay övladlarını görə bilməyəcək
Azərbaycandakı bəzi uşaq evlərində yenilik tətbiq ediləcək
Sabah hava necə olacaq?
Günün qoroskopu: Günəşi görmək istəyirsənsə kölgədən çıx
Yeni günə gümrah oyanmaq üçün
Bakıda daha belə ət ala bilməyəcəksiniz
Quranda Qədr gecəsi niyə min aydan xeyirlidir?
Dahilər haqqında bilmədiklərimiz
"Sərkisyan hərbi cinayətkar elan olunsun"
HAVA necə olacaq?
Uşaq ataya tapşırılsa...
- ŞƏRHLƏR