TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ərizələrinin qəbulu aprelin 1-dən aprelin 30-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.“Abituriyentin elektron ərizəsi” formasını doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir. Azərbaycanın ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən, ümumi təhsil müəssisələrini 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər, 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər.
Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. Həmin abituriyentlər ərizələrini aprelin 7-dən aprelin 30-dək təsdiq edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək fəaliyyət göstərirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər. Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər.
Məlumat üçün bildirək ki, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.
Ərizə qəbulunun tam mətni, "Elektron ərizə" verən abituriyent üçün təlimat, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 2-ci sayında təqdim olunub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Moskvada Dağlıq Qarabağ nizamlamasının aktual məsələləri müzakirə olunub
Ət piroqu (foto resept)
Sözlərin təsnifatı
2019-cu ilin ən gözəl dekorasiya nümunələri
12 yaşlı uşaq 83 kilo arıqladı - VİDEO
Daşınan sensor vücudu yoxlayacaq
Şokoladlı, kokoslu tort (foto resept)
Həftənin ilk iş günü hava necə olacaq?
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Ingilis dili-XXVII-dərs
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 2284 yeni yoluxma
Elçilik
Rusiya ilə bağlı bədbin proqnoz
Prezident sükan arxasında
Valideynlərin uşaqlarda itirdikləri güvən problemi
Təzəpir məscidində bayram namazı qılındı
"Qızıl Qlobus" 2012
Putindən çox mühüm həmlə
Abortların sayı 2 dəfə azalıb
Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olundu
Buraxılış imtahanında iştirak etməyənlərə sənəd verilməyəcək
Məşhur aktrisa hərəkəti ilə təəccübləndirdi
Azərbaycan idmançıları erməniləri peşman etdilər
Bakı metrosunda yeni qatarlar
Rəngarəng toyuq filesindən yemək (foto resept)
Krım meteoritinin UNO ilə əlaqəsi var
Uşaqlıq dövrü pozuntuları (2) (childhood disorder)
Tavada böyürtkənli piroq (foto resept)
Sumqayıtdakı evlərin yeni qiyməti
Bengü canlı yayımda ağladı-VİDEO
Tuba Büyüküstün əkizlərinin Yeni il partisində - FOTOLAR
Sağlam üsulla qaralma
Danışan balinalar - VİDEO
Ən çox vergi ödəyən məşhurların adı açıqlandı
Dünya alimləri ŞOKda: Fermer dinozavr yumurtası tapdı - FOTO
Erməni nazir: "Biz Bakıya getməliyik"
"İgid əsgər, möhkəm dayan!" mahnısının müəllifi ölkəmizin təmsilçisi oldu
Cins şalvarlar
Keçibuynuzunun faydaları
Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”
Ekiz bacıların arzusunu çin etdi
Yerin forması və ölçüləri
Davut Güloğluya MƏHKƏMƏ CƏZASI-SƏBƏB
Benzinin qiyməti niyə qalxdı?
Bu cür yatmaq nəyin əlamətidir?
Məşhur cütlük ayrılır?-FOTO
100 ildən sonra ilk dəfə NƏHƏNG tısbağa tapıldı-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
I Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan hərbçilərinin dəqiq sayı açıqlandı
Günün ulduz falı
- ŞƏRHLƏR