Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Veloparkın açılışında iştirak ediblər.
ANS PRESS-in məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə Veloparkın baş planına baxıblar.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov görülən işlərlə bağlı məlumat verib. Qeyd edilib ki, hazırda Veloparkın yerləşdiyi ərazidəki park 1970-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən bərbad hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunub.
Ötən müddətdə Federasiya tərəfindən 40 hektar ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, burada minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb. Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa olunub. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onun da sahəsi 6700 kvadratmetrdir. BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri yaradılıb. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub.
Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb. Ofis binasının damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb. Ərazidə VIP, Olimpiya ailəsi, beynəlxalq federasiyaların təmsilçiləri, rəsmi nümayəndələr üçün avtodayanacaq, qeydiyyat, fərdi yerləşdirmə və digər xidmət sahələri də mövcuddur.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Romalıların Cana olan sevgisi türkləri özündən çıxardı - VİDEO
Hara tələsirik?
Mehriban Əliyevadan Bəhram Bağırzadə ilə bağlı paylaşım - FOTO
Hava haqqında
Pəhriz salatı (foto resept)
Qadın geyimlərinin dəyişən dəbi
Samsung sahibləri üçün yeni imkan yarandı
Yazı, xəbərlər üçün yeni QN sistemi
Tonal kremi özünüz hazırlayın - ASAN ÜSUL
İnanılmaz kadrlar: qatillə oyun
Kələm salatı (foto resept)
Xəyanətin 5 güclü səbəbi
Bakıda dünya çempionatı olacaq
Təbii antibiotiklər
Bürclərə Əsasən Ətir Seçimi
Dodaqlara qulluq üçün maskalar
Leyla Əliyeva atasını belə təbrik etdi
Uşaq ensiklopediyası(10)
Balıq mövsümü başladı: təzə balığı necə tanımalı?
"Rusiya Xəzər dənizi üzərindəki hava məkanından İŞİD-lə mübarizədə istifadə edəcək"
Planetin ən yüksək nöqtəsi deşilir
Azərbaycan Rusiyaya nota verdi
Bu uşaq 24 barmaqla doğuldu
Bu şəhərdə ölmək qadağandır - FOTO
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qüvvəyə mindi
Ana südü koronavirusdan qoruyur? - ARAŞDIRMA
2014-cü ilin geyim trendləri
Cəbhənin Xocavənd istiqamətində düşmənin “Tor-M2KM” ZRK-sı vurulub - VİDEO
Günün qoroskopu: Uğurlu gündür!
Azərbaycanda ən çox talassemiya xəstəliyi olan rayonlar
Tort bəzəyi olan şəkər xəmiri (foto resept)
İnstaqramda "like" sayları gizlədilə bilər
Rəsmi Bakıdan Mnatsakanyanın Moskvadakı yalanlarına SƏRT REAKSİYA
İlham Əliyevdən müharibə mesajı
Havalar soyuyur, yağış yağacaq
Azərbaycan Qəbələ RLS-i tam şəkildə Rusiyadan təhvil aldı
Xəyanət siqnalları
Mən quldur Ermənistan hakimiyyətindən xilas olmağımızı həsrətlə gözləyirəm!
Uşağınızın boğazında çöp qalır?
Qubadlının işğaldan azad olunan Balasoltanlı kəndinin görüntüsü - VİDEO
Özcan Dəniz doğulacaq övladının adını açıqladı
Demet Akalın prezidentlə nə danışdığını Açıqladı
Çingiz Abdullayev "Neftçi" üçün Olimpiya stadionunu istədi
Dünyanın ən gözəl göbələkləri
Tatlısesin oğlu evlənir - FOTO
Süfrənizdəki düşmən
Mehriban Əliyeva Cavid Paşayevin səhhətini nəzarətə götürdü
Ermənistan tərəfi Kəlbəcərdəki insanların çıxarılmasına görə vaxt istədi - RƏSMİ
Əsla makiyajlı yatmayın!
Həyatda özgəsinin,qəlbimdə sənin oldum

- ŞƏRHLƏR