Bakıda hava
USD AZN
EUR AZN
14:07Xəyalə Murad Hər vaxtınız xeyir olsun! 10:28Sima herkezse salam necesiz
41212

Yay vaxtına keçid bizə nə verir?

 

“Bu gecə, mart ayının son bazar günü Azərbaycan ərazisində yay vaxtına keçiləcək. Bu ərəfədə ən çox verilən sual iqtisadi baxımdan buna ehtiyacın olub-olmamasıdır”. 
Milli.Az axar.az-a istinadən bildirir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. O, yay vaxtına keçidin mühüm tərəflərini açıqlayıb:
“Saat əqrəblərinin irəli və ya geri çəkilməsi əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa dövlətlərində tətbiq edilir. Beynəlxalq praktikada yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlar ilə bağlı olsa da, kriminal hadisələrə qarşı mübarizə tədbiri kimi də tətbiq edilir. İqtisadi baxımdan bu qərarların əsas səbəbi yeni sistemə keçməklə enerjiyə qənaət etmək imkanının və eləcə də sosial vətəndaşların yeni fəsilə adaptasiya edilməsi baxımından əhəmiyyətli olması ilə bağlıdır.
Əvvəla yay vaxtına keçmənin başlıca əhəmiyyəti ondan ibarətdir ki, iş başladığı andan bitənə qədər, praktiki olaraq hava işıqlı olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəsilə uyğunlaşa bilirlər. Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir”.
İqtisadçı qış və yay vaxtlarının tətbiq edilməsinin çox doğru addım olduğunu bildirib: 
“Çünki bu, Avropada tətbiq edilmiş və uzun müddət sınanılmış bir praktikadır. Tətbiq olunan praktika yalnız iqtisadi deyil, eyni zamanda, psixoloji və digər aspektlərə də əsaslandırılır. Azərbaycanda bu sistemin tətbiqinin, həm fəslin dəyişməsi ilə əlaqədar olaraq işçilərin əhval-ruhiyyəsinin mövsümə uyğunlaşdırılmasına, həm də məhsuldarlığın artması aspektinə müsbət təsirləri var. Yay vaxtına keçid xidmət sektorlarında iş vaxtının daha uzunmüddətli olmasına şərait yaradılması baxımından əhəmiyyətlidir. Bu xidmət sektorunda çalışan müəssisələrin gəlirlərinin artmasına təsir göstərir. İqtisadi baxımdan aqrar sektor iş müddətinin uzanması baxımdan saat əqrəblərinin irəli çəkilməsindən udan sahə hesab edilir”.
Mənbə: Milli.Az

 

Səslərin sayı: 1
8
749
loading...
Şərhlər
Offline
Fatma xanım
Heç bir xeyri -şəri yoxdu məncə
29 mart 2015 18:13
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ramilya ))
1-2 gunluk narahatciliq olur amma sonra insan oyreshir morning
29 mart 2015 18:04
Offline
.........................................
Tesekkurler melumata gore give_ros
29 mart 2015 15:43
Offline
Asi
Biri bunun menasini mene basa salsa dash
29 mart 2015 15:18
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Sonay Quluzade
Nə verəcək ki, əsnəyən çənə morning sarcasti
29 mart 2015 15:03
Offline
Pərvanə
Təşəkkürlər məlumat üçün.
29 mart 2015 13:46
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Ehh mence bow weydi bir vaxtda qalsinda
29 mart 2015 13:29
Offline
Azadə Həbibzadə
Bizde axsam saatlari cekdik bir saat qabaga.Mence elede narahatciligi yoxdu hava gec qaralacaq
29 mart 2015 13:19
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!