Türkiyə parlamentində Xocalı soyqırımı ilə əlaqədar görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri ilə görüşüb. Görüşdə Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dair məsələlər geniş müzakirə olunub.
Azərbaycan diaspor təşkilatlarının təmsilçilərini Türkiyə parlamentində görməkdən məmnunluq ifadə edən Necdet Ünüvar Türkiyə-Azərbaycan dostluğundan danışıb. Sonra Xocalı soyqırımından bəhs edən parlamentlərarası dostluq qrupunun rəhbəri N.Ünüvar “Xocalı qətliamı bizim ortaq dərdimiz, qanayan yaramızdır” deyərək, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirib. N.Ünüvar dünya ictimaiyyətinin, başda BMT olmaqla bütün beynəlxalq qurumları Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğal altında qalması məsələsinə həssaslıq göstərməyə çağırıb: “Xocalı qətliamının 23-cü ildönümündə dünyanın Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün addımlar atmasını istəyirik”.TBMM üzvü ATƏT-in Minsk qrupunun fəaliyyətini də tənqid edib: “Minsk qrupunun 20 ildən çoxdur keçirdiyi görüşlərin, yaydığı bəyanatların heç bir nəticəsi yoxdur. Türkiyə və Azərbaycan olaraq ən qısa zamanda nəticələr əldə olunmasını tələb edirik və bəyan etmək istəyirəm ki, biz hər zaman Azərbaycanın yanında olacağıq”.TADEF rəhbəri Bilal Dündar isə TBMM-in sıx iş qrafikinə baxmayaraq, onları qəbul etdiyi üçün Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvara təşəkkür edib. Daha sonra B.Dündar iki ölkəni və iki xalqı bir-birinə bağlayan qardaşlıq münasibətlərindən danışıb. O, bu münasibətlərin daha da gücləndirilməsində öz töhfələrini verən təşkilatların fəaliyyətinə də toxunub. TADEF rəhbəri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində siyasətçilərlə yanaşı, qeyri-hökumət təşkilatlarının da öz fəaliyyətini gücləndirməsinin vacib olduğunu vurğulayıb. TBMM-in bu məsələyə yaxından maraq göstərdiyinə görə B.Dündar rəhbərlik etidiyi federasiyada birləşən təşkilatlar adından Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qurpunun rəhbəri Necdet Ünüvara minnətdarlığını bildirib.Qeyd edək ki, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi də iştirak edib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hava haqqında
Öskürəyə qarşı ballı qəhvə
Ədviyyatlar xərçəng yarada bilər
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Magistraturaya qəbul qaydaları sadələşdirilib
Azərbaycana yaz gəldi
JLo Baham adalarında istirahət edir-FOTO
Müəllim yıxıldı, utandı və arıqladı - FOTO
Zod qızıl yatağı qarşısındakı qapı Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
Dəbli və zövqlü koftalar
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
İnamı qalmayanlar üçün
Ayaqqabı modelləri
Azərbaycanda sərf edilən internet-trafikin həcmi rekord göstəriciyə çatdı
Azərbaycanlı futbolçu dünyanı şoka saldı-video
Güclü və sağlam dırnaqlara necə sahib olmalı?
Özcan Denizin keçmiş xanımından Gözlənilməz FOTO
Zəncəfilin faydası haqqında
Qidalarımıza həşərat öldürən maddə qatılır? - RƏSMİ CAVAB
BÜRCLƏR bizə nə vəd edir? -7 İyun
Monika Belluçi qala gecəsinə qatılıb-FOTO
Xınalıq sakininin unikal ev muzeyi
Rəsmi Bakıdan Pakistana TƏBRİK
Evinizin havasını bir anda dəyişəcək dekorasiya məsləhəti
Sabah hava necə olacaq?
Heyva şirniyyatı (foto resept)
Ermənistan İsrailin Azərbaycana silah satışını dayandırmasını tələb edib
Qızılgüllərdən gözəl kompazisiya
Saç boyamadan əvvəl...
Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"
Azərbaycana 1972-ci ilin sərt qışı gəlir?
Yaponiya Şəmkirin 3 kəndini içməli su ilə təmin edəcək
Bakıda daha bir hind toyu-FOTO
20 il eyni rəqəmlərlə lotereya oynayan qadın cek-pot uddu
Azərbaycanda vergi ödəyicilərinə XƏBƏRDARLIQ
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Məsafədən işləməyin müsabət və mənfi tərəfləri(2)
Roma küçələrinə vəhşi heyvanlar gəlməyə başladı
Sünnət
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Günün ulduz falı
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Qəbələyə qar yağdı-5sm
Yeni müharibə xəbərdarlığı
Soyuq havalarda uşaqları necə geyindirməli?
Britni Spirsin evi yandı
Niyə müharibə edirik?
2012-ci ilin qol saatları
Nazirlik ağacların qanunsuz kəsilməsinə qarşı nə edir?
Levənt Yüksəl evləndi - FOTO
- ŞƏRHLƏR