Fransa səfirliyindən Trend-ə daxil olan bəyanatın mətnində qeyd olunur: “Parisdə törədilmiş qətllərin ertəsi günündən etibarən mənə ünvanladığınız həmrəylik və şəfqət məktubları üçün Fransa Dövləti və Fransa Səfirliyinin komandası adından sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Bu qətllər yalnız Fransa üçün deyil, həm də bütün dünyada dini və siyasi baxışından asılı olmayaraq azadlıq dəyərlərinə və insana hörmətlə yanaşan hər bir qadın, hər bir kişi üçün dərin hüzn idi.
Birinci qətlin elan olunmasından dərhal sonra Prezident İlham Əliyev Prezident Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu ünvanlamışdır, Mehriban xanım Əliyeva qurbanların xatirəsini yad etmək üçün səfirliyə gül dəstəsi göndərmişdir, maliyyə naziri cənab Samir Şərifov Azərbaycan hökuməti adından xitam kitabına dəstək sözlərini yazmışdır və baş nazirin müavini cənab Əli Əhmədov Azərbaycanın terrorizmlə mübarizədə öhdəliyini təsdiq etmək məqsədilə 11 yanvar tarixində Parisdə Respublika Yürüşündə bir çox ölkələrdən gəlmiş siyasi liderlər ilə birlikdə iştirak etmişdir.
"Charlie Hebdo" redaksiyasında çalışan jurnalistlər ifadə və söz azadlığını müdafiə etdikləri üçün güllələr vasitəsilə qətlə yetirilmişlər və bu barbarlığı törətmiş iki terrorist islamın sülh mesajından kənar hərəkət etmişdir. Koşer mağazasının günahsız müştəriləri yəhudi olduqlarına görə öldürülmüşlər.
Bu barbarlığa haqq qazandırmaq mümkün deyil. İfadə və söz azadlığı Fransa Respublikasının fundamental dəyərləri olaraq, dövlətin dindən ayrı olmasını təmin edən dünyəvilik konsepti ilə uyğunluq təşkil edir.
Bilirəm ki, "Charlie Hebdo" tərəfindən çap edilmiş peyğəmbərin çoxsaylı karikaturaları, habelə qətldən sonra sağ qalmış jurnalistlər tərəfindən hazırlanmış jurnalın ön səhifəsi dünyada və Fransada bir çox müsəlmana toxunmuşdur.
Mən bunu anlayıram, lakin Fransanın xarici işlər naziri Loran Fabiusun bildirdiyi kimi, burada keçilməsi mümkün olmayan hədd zorakılıqdır və zorakılığın praktikası nə bu gün, nə də gələcəkdə qəbul edilməyəcəkdir.
Məhkəmənin müstəqil olduğu Fransa kimi demokratiyada qanun hər bir vətəndaşı qorumaq üçündür. Hər bir vətəndaş məhkəməyə şikayət edə bilər. Hüquqa riayət edilməsini təmin edən məhkəmədir.
Əlavə edim ki, satirik qəzet olan "Charlie Hebdo" yarandığı gündən etibarən dünyada baş verən hadisələri karikaturalar və məqalələr vasitəsilə sorğulayır, bütün mövzulara, bütün dinlərə toxunur. İslam qəzetin xüsusi hədəfi olmayıb və bu gün də deyil. Fransanın baş naziri Baş Assambleyanın qarşısında bildirmişdir: müsəlmanlara qarşı yönələn hərəkətlər antisemitizm hərəkətləri kimi qətiyyətlə cəzalandırılacaqdır.
İlin əvvəlində baş vermiş ifadə edilməsi mümkün olmayan bu zorakılıqdan sonra arzu edirəm ki, düşüncə kortəbii zorakılığa üstün gəlsin, fərqliliyə hörmət fanatizmə üstün gəlsin və digərinə hörmət nifrətdən daha güclü olsun”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Virusa yoluxmuş şəxslərə ŞAD XƏBƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
İsraildə “Eurovision”a etiraz
Saçları 1 yaşlı uşağı milyonçu etdi
Ziyafət geyimləri
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Stiven Siqal Rusiyada torpaq alacaq
Fahriye Evcen Türkiyənin ən bəxtəvər qadını seçildi - FOTO
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (3)
Jurnalistin ölümünə prezidentdən reaksiya
Qorxulu meşədən
“Şuşada son çay”ın müəllifi olan dünya şöhrətli fotoqraf: “O torpaqların azadlığını görmək arzum idi” - VİDEO
ABŞ-dan Qarabağ döyüşləri ilə bağlı açıqlama
"Microsoft" ucuz telefon nümayiş etdirib
Putin: Suriyanı Xəzərdən bombalayırıq
Hər gün fərqli fəaliyyətlə məşğul olan skeletlər
Şəxsiyyət vəsiqəsinin alınmasında YENİ QAYDA
Günün qoroskopu: Qənaətcil olun!
Test ləğvində köhnə nazirdən təzəyə dəstək
Bakıda pulsuz çimərliklər -SİYAHI
Mobil telefonların idxalı azaldıb
Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanıldı - VİDEO
Tuba Büyüküstün "Firuze"də çəkilir- FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-46
Sevgi baş ağrısını azaldır
Putin: “Azərbaycan beynəlxalq hüquq baxımından öz torpaqlarını qaytarır”
Günün ulduz falı
Qışda şalı belə bağlayın - FOTO
ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan yeni PROQNOZ
Doğma övladları üçün darıxan torpaq – VİDEO
Azərbaycanlı gənclərdən İNANILMAZ KƏŞF - Boğulmaq qorxusunu unudun - VİDEO
“Emmy”yə namizəd olan ilin ən yaxşı seriallarının adı açıqlandı
Övliya kimdir?
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü gördü
17 asteroiddə su aşkarlandı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Beyninizin cinsiyyətini öyrənmək istəyirsiniz?
Bədənə görə şalvar seçimi
Bakıda qadın avtomobil ustası
"Yeşilçam" ulduzu yenidən xəstəxanaya yerləşdirildi - FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
10 addımda yenilən
Pikassonun tablosu 6,9 milyon dollara satıldı-FOTO
Nənənin ada səyahəti
Bakıya niyə qar yağmır?
Messinin şərəfinə məşhur qəzet adını dəyişdi
Leyla Əliyeva poeziya gecəsində - FOTO
Eynəklər
Pendirli əncir salatı (foto-resept)
- ŞƏRHLƏR