Toy mövsümünün başlaması ilə əlaqədar qızılın qiyməti artacaq
Azərbaycanda ənənəvi olaraq məhərrəm ayı başa çatan kimi toy mövsümü start götürür. Toy mövsümündən ən çox qazananlar isə restoranlar, müğənnilər və qızıl ticarətçiləri olur.
Bu dəfə qızıl bazarındakı durumu və dünya bazarında gedən iqtisadi proseslərin qızılın qiymətinə necə təsir etməsini araşdırdıq. Neftin ucuzlaşması, dolların dəyərinin gündən-günə artması, Rusiya rublunun çətin günləri və ən əsası toy mövsümünün başlaması qızıl bazarına necə təsir edir? Bu suallara aydınlıq gətirmək üçün öncə “Laçın” Ticarət Mərkəzinin zərgərlik məmulatları satılan şöbəsinə baş çəkdik. Bazarda alıcı seyrəkliyi nəzərə çarpırdı. Piştaxtaların qarşısında 3-4 alıcı görmək mümkün idi.
Satıcılara yaxınlaşıb alverin necə getdiyini soruşduq. Bəziləri “rəhbərlik icazə vermir” deyərək danışmaqdan imtina etsə də, bəzi satıcılar bazardakı vəziyyət haqqında danışdılar.
3 ildir qızıl satışı ilə məşğul olduğunu deyən Şahnaz Babayeva bildirdi ki, toy mövsümünün başlamasına az qalması ilə əlaqədar artıq qızılın qiymətində 2 manata qədər bahalaşma var: “Hər il məhərrəmlikdə bazarda, demək olar ki, müştəri görmək olmur. Ancaq məhərrəmliyin sonuna yaxın nisbətən canlanma olur. Əgər əvvəllər gün ərzində 50 nəfər alıcı yaxınlaşırdısa, məhərrəmlik zamanı 4-5 nəfər alıcı gəlir. Təbii ki, bu da qiymətlərə təsir edir. Son iki ayda qızıl kəskin ucuzlaşmışdı. Ancaq bir neçə gündən sonra 5 manata qədər bahalaşma olacaq. Çünki tələbat artır və bu da qiymətlərə təsir edir”.
Satıcının sözlərinə görə, hazırda onun piştaxtasında olan 583 əyarlı Rusiya qızılının bir qramı 25 manat, 585 əyarlı Türkiyə qızılının qramı 28 manat, 750 əyarlı İtaliya qızılının qramı isə 33-34 manatdır. Satıcının sözlərinə görə, qarşıdakı günlərdə qızıl qiyməti artan xətt üzrə gedəcək.
Digər satıcı, 10 ildən artıqdır qızıl ticarəti ilə məşğul olan Səbuhi Məmmədov bildirdi ki, məhərrəmliyin sona çatmasına az qalması ilə əlaqədar artıq ötən həftədən başlayaraq bazarda canlanma var və bu qiymətlərə də təsir edib: “Demək olar ki, alıcılıq 20-30 faiz artıb. İki aydı, durğunluq idi. Artıq qızıl almağa gələnlərin sayı artır”.
Müsahibimin sözlərinə görə, təkcə toy mövsümünün yaxınlaşması yox, dünya bazarında gedən iqtisadi proseslər də qızılın qiymətinə və satışına təsir edir: “Dünyada neft ucuzlaşır, dollar isə bahalaşır. Rusiyada pulun dəyəri ölüb. Bu Azərbaycanda da ticarətə təsir edir. Bu bazarın alıcılarının bəlkə də 40-50faizinin gəliri Rusiyadan idi. İndi rubl dəyərdən düşdüyünə görə insanlarda pul yoxdur. Artıq Rusiyadan pul gəlmir. Millət gündəlik çörəkpulunu fikirləşir”.
Satıcı onu da qeyd etdi ki, firmasından və dizaynından asılı olaraq Rusiya qızılının qramını 23-28 manatdan, Türkiyə qızılını 26-30 manatdan, İtaliya qızılının qramını isə 32-40 manatdan satır.
Digər satıcı Zahid Əliyev isə qızılın qiymətinin insanlara psixoloji təsirindən danışdı. Qeyd etdi ki, bazarda durğunluq olanda insanlarda bir rahatlıq yaranır ki, onsuz da qızıl ucuzdur, istədikləri zaman ala bilərlər. Ancaq qızıl ən pik həddə bahalaşanda alıcılıq da artır. İnsanlar qorxur ki, bundan da baha ola bilər və tez almaq lazımdır.
Söhbətləşdiyimiz satıcılar yaxın günlərdə ticarətin əvvəlki tempinə qayıdacağına ümidli olduqlarını bildirdilər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Günün qoroskopu:Məqsədli olun!
4 yaşlı uşağa ömürlük həbs cəzası verildi
1 günə izləyicilərinin sayı 2 milyona çatdı - FOTO
İcaze.e-gov.az vasitəsilə hərəkətinə icazə verilən şəxslər - SİYAHI
Zeynəb Bastık bir reklamdan 500 min qazanacaq
3D rəsmləri ilə tanınan Stefan
Xanımından Kıvançla bağlı romantik paylaşım
Tarkan gözəllik salonu açır-FOTO
Pianonun ruhumuzla valsı: Evgeniy Grinko
AQTA-dan toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Hande Ataizinin gözəllik sirri məlum oldu
Uşaq xəstəxanaları
Müxtəlif dizaynlı saatlar
Barak Obamadan İrana jest
Ermənistan radioaktiv tullantıları Qarabağda yaya bilər
Altıncı hissi gücləndirməyin yolları
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
Megan Marklın təbii saçı hər kəsi təəccübləndirdi-FOTO
Hava haqqında
Culiya Robertsdən dəyərli məsləhətlər
Bakının küçələrindən biri dəyişir - XƏRİTƏ
Tərəvəzli makaron (foto-resept)
Qadin.Netlilərin maraq dünyası (SON)
Azərbaycanlı boksçu növbəti döyüşünə hazırlaşır
Boğaz ağrısında təbii müalicə üsulları
Qiyməli, pendirli sousda kannelloni (foto resept)
Alişan uşaqlıq FOTOsunu yaydı
Valideyn-övlad münasibəti və narkotiklər
Qarşı cinslə necə tanış olmalı?
Koronavirus onu da vurdu - FOTO
Başınız sağ olsun - Avrasiya öldü...
Rus bulkası "Vatruşka", Sadə bulki və Sosiskalı peraşki (foto resept)
Hikmət Hacıyev: “Erməni işğalçıları əhalimizə qadağan edilmiş silahlardan atəş açırlar” - VİDEO
2050-ci ildə kosmik lift istifadəyə veriləcəkgünün
Satışa çıxarılan Harry Potter evi: De Vere House
Rəngarəng corab modelləri
Yaşamaq üçün ən yaxşı şəhər seçildi
2015 yay ayaqqabıları
İspanaqlı börək (foto-resept)
Bakıda "çolaq" işıqfor
Bakının ən təhlükəli sürüşmə əraziləri açıqlandı - SİYAHI
Xəstəliklərimiz özünü dırnaqlarımızda göstərir
Həddindən artıq yemək istəyinə səbəb olan hallar
2017-nin yaz trendi ayaqqabıları
Miranda Kerridən AÇIQLAMA
Azərbaycanda bütün məzarlıqlar eyni olacaq - QANUN LAYİHƏSİ
Xəzəri Bakıda böləcəklər
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Boyu kiçik olanların DİQQƏTİNƏ!
150 minlik nişan üzüyü ilə gündəm oldu-Əslində isə-FOTO
- ŞƏRHLƏR