Rusiyada rublun dəyərinin 40-45 faiz azalması əmlak bazarına da təsirsiz ötüşməyib. Son aylarda bu ölkədə daşınmaz əmlak bazarında kəskin ucuzlaşma müşahidə edilir. İqtisadi böhran səbəbindən bizneslərini qorumağa çalışan şəxslər bir neçə mənzillərindən birini satmaqla vəziyyətdən çıxmağa çalışırlar. Bu da bazarda təklifin artmasına səbəb olur.
Digər tərəfdən insanlarda pul vəsaitlərinin azalması və rublun dəyərdən düşməsi mənzil bazarında alıcılığı zəiflədib. Təklifin artması və tələbin azalması Rusiyada daşınmaz əmlakın qiymətinin iki dəfədən artıq ucuzlaşmasına səbəb olub. Ekspertlər bu prosesin eyni sürətlə davam edəcəyi haqqında proqnozlar verirlər.
Bəs, görəsən, Rusiyada mənzil bazarında özünü göstərən bu vəziyyət Azərbaycanda da təkrarlana bilərmi?
İqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a müsahibəsində bildirdi ki,
Bakıda mənzillərin qiymətində artıq enmə müşahidə olunur: “Ancaq bu enmələr elə də yüksək deyil və aylıq olaraq 3% ucuzlaşma müşahidə olunur. Bu səbəbdən güman etmək olar ki, dekabr ayında qiymətlərin azalması daha sürətlə gedəcək. Rusiya paytaxtı Moskvada olduğu kimi, mənzillərin qiymətinin kəskin aşağı düşməsi gözlənilmir. Çünki Rusiyadan fərqli olaraq, Azərbaycanda neftin dünya bazarındakı qiymətinin azalması o qədər də təsir etmir. Digər tərəfdən Rusiyada olduğundan fərqli olaraq Azərbaycanda mili valyutanın dəyərini qoruyub saxlamaq mümkün olacaq. Rusiyaya tətbiq edilən sanksiyalar və bu ölkədə iqtisadiyyata olan inamın azalması əmlak bazarına birmənalı şəkildə mənfi təsir edir. Azərbaycanda da mənzil bazarında növbəti aylarda enmə tendensiyası davam edəcək. Bu tendensiyanın neftin dünya bazarında ucuzlaşması ilə paralel olaraq davam edəcəyi gözlənilir. Ancaq yeni tikililərdə xərclər yüksəkdir. Əslində yeni tikililərdə inşaat xərclərinin azaldılmasına ehtiyac var. Mövcud xərclərlə daşınmaz əmlak bazarında sürətli azalmalara nail olmaq mümkün deyil.
Amma güman edilir ki, 2015-ci ildə qiymət azalması 10%-dən artıq ola bilər. Bu, birmənalı şəkildə Rusiyada baş verən proseslərdən asılıdır. Çünki Rusiyadan gələn vəsaitlər azalır. Ötən il Rusiyadan gələn vəsaitlərin həcmi bir milyarddan artıq olub. 2015-ci ildə isə bu vəsaitin təxminən 30% azalacağı gözlənilir. Digər tərəfdən Rusiyadakı azərbaycanlıların biznes fəaliyyətində problem var. Onların Bakıda bir neçə mənzili var və indiki halda o mənzillərdən birini satıb, Rusiyadakı bizneslərini böhrandan qorumağa çalışırlar. Bu da bazarda təklifin artmasına, tələbin azalmasına səbəb olacaq”.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov da açıqlamasında mənzil bazarında artıq ucuzlaşmanın müşahidə olunduğunu vurğulayıb: “Gələcəkdə də mənzillərin ucuzlaşması proqnozlaşdırılsa da, bunun hansı hədd qədər davam edəcəyini demək çətindir”.
Ekspert bildirdi ki, neftin ucuzlaşması ilə daşınmaz əmlakın qiymətində də enmə müşahidə olunur: “Rusiyada gedən proseslərin də mənzil bazarına təsiri var. Çünki alıcıların əksəriyyəti Rusiyadan daxilolmalar hesabına mənzil bazarına üz tutur. Burada psixoloji amillərin də təsiri var. İnsanlar qonşu ölkələrdə baş verənlərdən ehtiyatlanaraq əllərindəki pulu hər hansı sahəyə xərcləməkdən daşınırlar. Fikirləşirlər ki, gələn il ən çətin məsələ pul olacaq və bu baxımdan pullarını əllərində saxlamağa çalışırlar. Bu isə onu deməyə əsas verir ki, gələn il mənzil bazarında ucuzlaşma davam edəcək. Ucuzlaşma daha çox köhnə binalardakı təkrar bazara qayıdan mənzillərdə olacaq”.
Tikinti materiallarının qiymətinə gəlincə, ekspert bildirdi ki, son 3 ildə bu sahədə stabil vəziyyət hökm sürür, bahalaşma yoxdur: “Gələn il də bahalaşma üçün zəmin yoxdur. Çünki tikinti materiallarının qiymətinin 20%-dən 40%-ə qədərini enerji daşıyıcılarının xərci müəyyən edir. Enerji daşıyıcıları da ucuzlaşdığına görə əksinə qiymət düşə bilər”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Messi ilə rəqabət hər ikimizə motivasiya verir"
Günün ulduz falı
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
Riyazi məntiq - 12
Şok qərar: meymunun insan haqları tanındı
Bağırsaq parazitləri və müalicəsi
"Mercedes"dən möhtəşəm yenilik
Van Dam rəqsi ilə gündəm oldu - VİDEO
Uşağın oğlan və ya qız olmasının bəzi əlamətləri
Baxarkən nə görürsən? (Test)
Günün ulduz falı
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Cüneyt Arkın yenidən səhnəyə qayıdır-FOTO
Aktrisa Hamiləlik xəbərləri ilə Gündəmdədir-FOTO
"20 yanvar şəhidləri İslam aləminin şəhidləri kimi tanınmalıdır"
Rahat yatmaq üçün 4 qayda
Bakıda mənzillər kəskin ucuzlaşacaq?
Bəy gəlin evinə ağzında əmzik, iməkləyərək getdi
Hamiləlikdə gözəllik məhsulları zərərlidirmi?
Şamaxı Rəsədxanası: Azərbaycanda maqnit qasırğası hiss olunub və ürək-damar xəstəlikləri olan insanlara təsir edib
Polad Bülbüloğlunun ad günüdür
Bina üzlükləri təcili sökülür
Ahmetlə Sılanı barışdıran mahnı bu imiş
Düşmənin canlı qüvvəsi aviazərbələrlə məhv edilib– VİDEO
Dekorasiyada vintage tərzi
Seda Sayanın oğlu İlk Dəfə Sevgilisi ilə Görüntüləndi-FOTO
Boyunbağı modelləri
Özünü ən sevdiyi məşhura bənzədən 8 insan
Maqnit qasırğası xəbərdarlığı
Dünyanın ən qəribə və mehriban üçlüyü
Bizə xarici həkimlər lazımdırmı?
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
Məktəblilər üçün yeni kompüterlər istehsal ediləcək
Gürcüstan-Tbilisi (6)
Ebru Şallının 3 qızıl qaydası
Planetin ən yaşlı insanı vəfat edib
Ölkədə torpaq sürüşmələri aktivləşəcək
Azərbaycan polisi və Daxili Qoşunların bir qrup hərbçisi Şuşada komendant rejimində fəaliyyətini davam etdirir
Natamamlıq effekti
Hər gün bir-birindən fərqli oriqami hazırladı
Ramazanda bədən detoksunu gücləndirməyin yolları
"Neftçi"nin prezidenti istefa verəcək?
Sərdar Ortac boşandığına peşmandır - FOTO
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
“Telegram”dan istifadəçiləri sevindirəcək yeni funksiya
Boyunbağılar
Ən çox satılan smartfon hansıdır?
"Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib
Avtobuslarla bağlı yeni qadağa
Angelina Jolienin gözəllik sirrləri
- ŞƏRHLƏR