“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva Trend-ə bildirib ki, yeni ailənin təməlini qoyan, iki gəncin sevgi dünyasını qovuşduran toy mərasimləri xalqımızın qədim adətlərindəndir. Xalq nağllarımızda, dastan və əsatirlərimizdə toy mərasimlərinin əsrlərlə formalalaşmış min bir rəngi var. 40 gün 40 gecədən tutmuş 3 gün 3 gecəyədək müxtəlif zaman kəsiyində keçirilən toylarımız el şənliklərinə, qohum-əqraba sevincinə çevrilmişdir. Lakin 40 gün 40 gecə, 3 gün 3 gecə davam edən milli toylarımız qonaqlara təqdim olunan yeməklərin, qazanların sayı ilə deyil, bu toyların doğurduğu sevgi, məhəbbət anları, iki gəncin xoşbəxt taleyi ilə yadda qalmışdır. Son15-20 ildə mağarlardan çıxıb şadlıq evlərinə “köçən” toylarımızın yüksələn səviyyəsini heç kim inkar edə bilməz. Bununla belə, bu yüksəlişin bir sıra fəsadlarını da inkar etmək mümkün deyil. Bu nöqsanların sırasında israfşılıq faktını xüsusi qeyd etmək istərdik. Toylarımızda bəhsəbəhs yolu ilə getdikcə süni şəkildə sayı artırılan yemək çeşidləri bir çox hallarda mərasim iştirakçılarının iqtisadi imkanlarını dəfələrlə ötüb keçir. Bəzən aylıq maaşı 300-500 manat olan toy iştirakçısı yemək israfçılığının pulunu ödəmək məcburiyyətində qalır və maaşının əksər hissəsini toylara xərcləməli olur. Digər tərəfdən müxtəlif çeşidli yeməklərlə dolu toy süfrəsindən yeyilməmiş, bir çox hallarda isə, ümumiyyətlə toxunulmamış ərzaq zibil qutusuna atılır və ya təkrar olaraq köhnəlmiş ərzaq kimi süfrələrə “qayıdır".
Bəs nə etməli? Bu sual sosial problem kimi gündəmdə olduğundan, biz də bu sualla üz tutduq uzun illər bu sahədə fəaliyyət göstərən şadlıq evlərinə.
Abbas Ələsgərov - şadlıq sarayının direktoru:
“Biz artıq on beş ildən artıqdır ki, fəaliyyət göstəririk. Yəni toy şənliklərinin, eləcə də digər tədbirlərin keçirilməsi üçün müəyyən təcrübə toplamışıq. Menyular və israfçılıqla bağlı səsləndirilən fikirlərlə tam razıyam və israfçılığın aradan qaldırılması məsələsini müsbət qarşılayıram. Əslində bu çoxdan baş verməli id.
Rauf Gülməmmədov - şadlıq sarayının inzibatçısı:
“Mən uzun illərdir ki, bu sahədə çalışıram. Ölkəmizin sosial-iqdisadi inkişafı, əhalinin sosial rifahının yüksəlməsi sevindiricidir. Ancaq bu o demək deyil ki, toy şənliklərində israfçılığa yol verilməlidir. Ümumiyyətlə, bu cür məsələləri maarifləndirmə, ictimai müzakirə yolu ilə həll etmək daha məqsədəuyğundur”.
Şahmar Abışov - sadlıq sarayının inzibatçısı:
Düşünurəm ki, israfçılığı yaradan səbəblərdən biri də lazım oldu-olmadı əlavə yeməklərin sifariş edilməsidir. Ən böyük naz-nemət isə xoşbəxtliyin özüdür.
Göründüyü kimi, müxtəlif şadlıq evlərində toylarda israfçılıq məsələsinə baxışlar da müxtəlifdir. Məncə, israfçılığın aradan qaldırılmasında əsas iki məsələ xüsusilə önəmlidir. Birincisi, şadlıq evləri “standart” menyulardan istehlak oluna biləcək qədər “yığcam” menyulara keçməlidir. İkincisi, toy sahibləri süfrədə yeməklərin bolluğuna prestij kimi baxmamalı, “qonşudan dala qalma!” prinsipindən əl çəkməli, artıq xərcə, bəzən isə borca düşmələrinə “imkan” yaratmamalıdırlar. Həddən-ziyadə “bol” süfrələrin açılmasına, toy mərasiminin təşkilinə çəkilən xərcin bir hissəsini yeni evlənənlər üçün sosial şəraitin yaradılmasına yönəldilməsi daha səmərəli olardı. Mənim fikrimcə, toy mərasimlərin təşkilində “qonşudan dala qalmaq” yalnız fayda gətirər, yeni evlənənlərə də, toy sahibinə də...
O ki, qaldı şadlıq evlərində menyunun tələb olunması və ya menyuda dəyişikliklərin edilməsinə, bu, bizim – istehlakçıların hüququdur. Hüquqlarımız isə qanunla qorunur.
XƏBƏR LENTİ
Qadınlar nə istəyər, kişilər nə anlayar?
Keçədən kuklalar (özün düzəlt)
Hamiləliyin əvvəlində yorğunluq hissi
Səmadan şokolad yağdı
Soğan qabığının inanılmaz faydaları
Koronavirusun ağrıkəsicilik xüsusiyyəti aşkarlanıb
Asan qəlyanaltı (foto resept)
Qısa saçlar üçün hörük modelləri
Çağatay Ulusoy reklam təklifini rədd etdi-SƏBƏB
Azərbaycan Müdafiə Nazirliyi: “Motoatıcı alayın komandiri məhv edilib”
“Qanlı Yanvar” Şəhidlər Xiyabanında
DƏHŞƏTLİ İSTİLƏR gəlir: temperatur rekord həddə yüksələcək
Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi
Leyla Əliyeva sahibsiz itlər haqqında...
Dırnaqlara qulluq
Bu günün hava proqnozu-01.11.2013
Bu geyimlər qarderobunuzda mütləq olmalıdır
Məzuniyyəti harada keçirməli?
Lampalarda yeni il simvolları
Ayaqlarına görə internet fenomeni oldu - FOTO
İsraildə Azərbaycandakı tolerantlığı əks etdirən fotosərgi keçirilir
Sem Hyuqen ilin ən cəlbedici kişisi oldu
Süfrə nizamı necə olmalıdır?
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Noxudlu bisküvit (foto resept)
Körpənin duyğuları nə vaxt inkişaf edər
Acun Ilıcalı Şeyma Subaşı ilə barışdı?-FOTO
Hədiyyə qablarından özünə don tikdi
Unitazda çox oturmağın ziyanı - proktoloqlar xəbərdarlıq edir!
İnsan ölüm yatağında bunlara peşman olur
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
Öd kisəsindəki daşdan xilas olmaq üçün...
Ayda yadplanetli gəmisi tapıldı-FOTO
Noutbuk satışları artacaq
“Qarabağ”ın baş məşqçisi: “Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”
Moskvada koronavirusa qarşı peyvəndin kliniki sınaqları başa çatıb
Başlayan doğuşun əlamətləri
Hande Ataizi ərə gedir-FOTO
Neft ucuzlaşdı
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Dalğıc akulanı ölümdən xilas etdi-VİDEO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Diqqət! Təhlükə var
Demi Murun narkotik asılılığı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bu da 10 milyonuncu uşağın FOTOSU
Demi Rouz bu dəfə də sevənlərini təəccübləndirdi-FOTO
Müəllimin verdiyi cəza şagirdi öldürdü
Akademik Zərifə Əliyevaya həsr edilən kitabın Stokholmda təqdimatı olub
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Məşhur reperin milyonluq aksesuarları diqqət çəkdi-FOTO
- ŞƏRHLƏR