Qadin.NET / Adət, yoxsa qonşudan dala qalmamaq?

Adət, yoxsa qonşudan dala qalmamaq?

 

Maddi bahalaşma toyları mənəvi ucuzlaşmaya aparır

“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva Trend-ə bildirib ki, yeni ailənin təməlini qoyan, iki gəncin sevgi dünyasını qovuşduran toy mərasimləri xalqımızın qədim adətlərindəndir. Xalq nağllarımızda, dastan və əsatirlərimizdə toy mərasimlərinin əsrlərlə formalalaşmış min bir rəngi var. 40 gün 40 gecədən tutmuş 3 gün 3 gecəyədək müxtəlif zaman kəsiyində keçirilən toylarımız el şənliklərinə, qohum-əqraba sevincinə çevrilmişdir. Lakin 40 gün 40 gecə, 3 gün 3 gecə davam edən milli toylarımız qonaqlara təqdim olunan yeməklərin, qazanların sayı ilə deyil, bu toyların doğurduğu sevgi, məhəbbət anları, iki gəncin xoşbəxt taleyi ilə yadda qalmışdır. Son15-20 ildə mağarlardan çıxıb şadlıq evlərinə “köçən” toylarımızın yüksələn səviyyəsini heç kim inkar edə bilməz. Bununla belə, bu yüksəlişin bir sıra fəsadlarını da inkar etmək mümkün deyil. Bu nöqsanların sırasında israfşılıq faktını xüsusi qeyd etmək istərdik. Toylarımızda bəhsəbəhs yolu ilə getdikcə süni şəkildə sayı artırılan yemək çeşidləri bir çox hallarda mərasim iştirakçılarının iqtisadi imkanlarını dəfələrlə ötüb keçir. Bəzən aylıq maaşı 300-500 manat olan toy iştirakçısı yemək israfçılığının pulunu ödəmək məcburiyyətində qalır və maaşının əksər hissəsini toylara xərcləməli olur. Digər tərəfdən müxtəlif çeşidli yeməklərlə dolu toy süfrəsindən yeyilməmiş, bir çox hallarda isə, ümumiyyətlə toxunulmamış ərzaq zibil qutusuna atılır və ya təkrar olaraq köhnəlmiş ərzaq kimi süfrələrə “qayıdır".
Bəs nə etməli? Bu sual sosial problem kimi gündəmdə olduğundan, biz də bu sualla üz tutduq uzun illər bu sahədə fəaliyyət göstərən şadlıq evlərinə.
Abbas Ələsgərov
 - şadlıq sarayının direktoru:

“Biz artıq on beş ildən artıqdır ki, fəaliyyət göstəririk. Yəni toy şənliklərinin, eləcə də digər tədbirlərin keçirilməsi üçün müəyyən təcrübə toplamışıq. Menyular və israfçılıqla bağlı səsləndirilən fikirlərlə tam razıyam və israfçılığın aradan qaldırılması məsələsini müsbət qarşılayıram. Əslində bu çoxdan baş verməli id.
Rauf Gülməmmədov - şadlıq sarayının inzibatçısı:
“Mən uzun illərdir ki, bu sahədə çalışıram. Ölkəmizin sosial-iqdisadi inkişafı, əhalinin sosial rifahının yüksəlməsi sevindiricidir. Ancaq bu o demək deyil ki, toy şənliklərində israfçılığa yol verilməlidir. Ümumiyyətlə, bu cür məsələləri maarifləndirmə, ictimai müzakirə yolu ilə həll etmək daha məqsədəuyğundur”.
Şahmar Abışov - sadlıq sarayının inzibatçısı:
Düşünurəm ki, israfçılığı yaradan səbəblərdən biri də lazım oldu-olmadı əlavə yeməklərin sifariş edilməsidir. Ən böyük naz-nemət isə xoşbəxtliyin özüdür.
Göründüyü kimi, müxtəlif şadlıq evlərində toylarda israfçılıq məsələsinə baxışlar da müxtəlifdir. Məncə, israfçılığın aradan qaldırılmasında əsas iki məsələ xüsusilə önəmlidir. Birincisi, şadlıq evləri “standart” menyulardan istehlak oluna biləcək qədər “yığcam” menyulara keçməlidir. İkincisi, toy sahibləri süfrədə yeməklərin bolluğuna prestij kimi baxmamalı, “qonşudan dala qalma!” prinsipindən əl çəkməli, artıq xərcə, bəzən isə borca düşmələrinə “imkan” yaratmamalıdırlar. Həddən-ziyadə “bol” süfrələrin açılmasına, toy mərasiminin təşkilinə çəkilən xərcin bir hissəsini yeni evlənənlər üçün sosial şəraitin yaradılmasına yönəldilməsi daha səmərəli olardı. Mənim fikrimcə, toy mərasimlərin təşkilində “qonşudan dala qalmaq” yalnız fayda gətirər, yeni evlənənlərə də, toy sahibinə də...
O ki, qaldı şadlıq evlərində menyunun tələb olunması və ya menyuda dəyişikliklərin edilməsinə, bu, bizim – istehlakçıların hüququdur. Hüquqlarımız isə qanunla qorunur.

Mənbə: MilliAz

 

17 dekabr 2014
GO BACK