Bu istiqamətdə mövcud problemlərlə bağlı bəzi ölkələrdə aparılan araşdırmalar da bunu bir daha təsdiq edir. Yaponiyanın paytaxtı Tokioda küçədə gedərkən ağıllı telefondan istifadə edən vətəndaşların zombilərə çevrildiyini göstərmək üçün insanlar kameraya çəkiliblər. Qırmızı işıqda gözləyərkən “ağıllı” telefondan istifadə edənlərin yaşıl işıq yandıqda qarşı tərəfə keçməsi və bu zaman bir telefona və bir də yola baxmaları anbaan qeydə alınıb. İnsanların zombiləri xatırladan bu görüntüsündə “ağıllı” telefonların insanları sosial həyatdan necə ayırdığı göz önündədir. Eyni zamanda bu onu göstərir ki, uzaqda olanlarda danışmaq, onlara mesaj yollamaq, musiqi dinləmək kimi imkanları təqdim edən mobil telefonlar “ağıllı” hala gəldikdə internetin istənildiyi kimi istifadə edilməsi, yüksək keyfiyyətdə oyunlar, görüntülü danışma, yüksək keyfiyyətli şəkil çəkmə, bank əməliyyatları və s. telefonlar vasitəsilə həyata keçirilməsini seçən istifadəçilərin zaman keçdikcə telefona olan asılılığı artmağa başlayıb. Lakin bunu özlərinə deyərkən onlar telefondan asılı olduqlarını qəbul etmirlər. Statistikaya nəzər salsaq, Tokioda son 4 ildə 122 insan telefon istifadə edərkən düşdüyü qəza səbəbilə xəstəxanalıq olub. Bundan başqa, telefonuna baxarkən dəmir yolundan qarşı tərəfə keçmək istəyən bir adam qatarın gəldiyini hiss etmədən həyatını itirib.
İstədiyi məlumata böyük bir sürətlə çatan adam eyni sürətlə onu unudurHazırda ölkəmizdə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Əhali ən son funksiyaya malik mobil telefonları almağa cəhd edir. Hətta mobil telefondan istifadə edən əhaliyə diqqət etdikdə onların da bir çoxunun bəzən cəmiyyətdən təcrid olunduğunu görmək mümkündür.
“Ağıllı” telefon texnologiyasıyla insan yaddaşının zəiflədiyini deyən S.İsgəndərovanın sözlərinə görə, istədiyi məlumata böyük bir sürətlə çatan adam eyni sürətlə də onu unudur: “Davamlı bir əlçatanlıq və hər şeydən xəbərdar olmaq istəyi insanda stress yaradır. Yuxu nizamı pozuqluğu, depressiya və daha çox psixoloji problemlərə zəmin hazırlayır".
“Bunlardan biri də insanların həddən artıq telefona aludə olmasıdır. Son dövrlər telefondan xüsusən gənclər arasında əsasən danışıq vasitəsi kimi istifadə edilmir. Yəni telefon danışıq vasitəsi kimi istifadə edilməlidir, ancaq müasir telefonlar musiqi qurğusu, oyun mərkəzi, internetdən istifadə kimi imkanlara malik olduğuna görə insanlar daim telefondan asılı vəziyyətdə qalırlar. Çoxşaxəli imkanlar insanları telefondan asılı vəziyyətdə saxlayır. Bu gün müasir gənc özünü telefonsuz təsəvvür edə bilmir. Hətta telefon ən az danışıq vasitəsi kimi istifadə olunur. Daha çox musiqi, oyun mərkəzi, yaxud sosial şəbəkələrlə bağlı istifadə edilir. Bu mənada demək olar ki, vaxtlarının böyük bir hissəsini telefonla keçirirlər. Bu o deməkdir ki, insanlar yaxın qohum-əqrəba, dostlarla telefon vasitəsilə ünsiyyətdə olurlar. Bunun mənfi təzahürləri var. Bu da ondan ibarətdir ki, məsələn, son dövrlər məşhur bir hadisə olmuşdu. Belə ki, qulağında qulaqcıq olan oğlana uçan binadan qışqırırlar ki, kənara çəkilsin, bina uçur, ancaq o eşitmir. Yaxud qızlar qulaqcıqla yolda hərəkət edirlər, bu zaman yol qəza hadisəsi baş verir. Bu gün bir gənc qızla oğlan görüşərkən oturub söhbət etmir, masada hər biri telefonla məşğul olurlar. Bunlar ünsiyyət qurmalıdırlar ki, bir-birinin xasiyyətini öyrənə bilsinlər. Eləcə də dostlar arasında bu baş verir”.
Sosioloq deyir ki, sürücülər üçün sükan arxasında telefonla danışmaq adi hala çevrilib. İnzibati Xətalar Məcəlləsində 50 manata qədər cərimə nəzərdə tutulsa da telefonla danışmağın onlar üçün adi bir hala çevrildiyini deyən Ə.Abbasbəylinin sözlərinə görə, bizim əhalinin sevdiyi bahalı telefon və bahalı maşınlardır:
“İnsanlar öz sağlamlığını düşünmürlər, ancaq çalışırlar ki, bunları kreditlə də olsa alıb hamıya göstərsinlər. Düzdür, telefonla istədiyin yerdə danışa, məlumat alıb-verə bilirsən. Bu, zamanın tələbidir. Telefondan imtina etmək mümkün deyil. Sadəcə olaraq ondan əsas məqsəd üçün istifadə etmək lazımdır. Davamlı olaraq elektromaqnit dalğalarının təsiri altında olmaq heç də yaxşı hal deyil”.
Psixoloq Elnur Rüstəmov isə Milli.Az-a bildirdi ki, istər avtomobil idarə edərkən, istər piyada yol gedərkən telefondan istifadə ilk növbədə diqqət dağınıqlığı yaradır:
Psixoloqun fikrincə, bugünkü problemlərdən biri də insanların ifrat komforta düşkün olmalarıdır:
“Məsələn, istəyirlər ki, mobil telefonla musiqiyə qulaq assınlar. Adam ətraf üçün problem yaratsa da öz dünyasında rahatdır. Ona görə də təhlükəyə atılsa da özünü yaxşı hiss edir. Xüsusilə avtomobil idarə edərkən sürücülər diqqətli olmalıdırlar, çünki mobil telefonlar həyəcan verir, evdə, yaxud işdə problem yaranır. O insanın avtomobil idarə etməsi həm özü, həm də insanlar üçün çox təhlükəlidir. İnsan var ki, evdən çıxarkən görür ki, telefonu evdə unudub və özünü çox diskomfort hiss edir. Mobil telefondan istifadə psixoloji asılılıqdır”.
XƏBƏR LENTİ
Bakıda avtobus qəza şəraiti yaratdı
Rezidenturanın bəzi ixtisasları üzrə müsabiqə şərtləri dəyişdi
Çinlilər COVİD-19-a qarşı bunu da etdilər - FOTO
Çimdirməzdən əvvəl körpəyə qulluq
Qat-qat xəmirdən qatlama (foto resept)
Azərbaycan coğrafiyasının inkişaf tarixi-1
Azərbaycanda neft hasilatı 2,8 dəfə artıb
Məktəb bufetləri şagirdləri təhlükəyə atır - Yoxlamalar bərpa olunacaq?
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hansı halda pişik və itdən koronavirusa yoluxa bilərsiniz?
"Ufak Tefek Cinayetler"in aktrisası çəkilişlərə gələ bilmir-SƏBƏB
Demi Mur və Bryus Uillis illər sonra eyni verilişə çıxdılar
Ananaslı toyuq əti (foto resept)
Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatdı
Cons Taysonla görüşdən əvvəl qulağını sığortalada bilər
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Gül dərənə İnanılmaz Cəza
Rahat və gözəl
Sen Qallen rahibinin əsərindən 3-cü hissə (son)
Dəriniz çoxmu qurudur?
Yeni dişi çıxan körpələrə necə kömək etməli?
Məşhur aktrisa sağdır!
Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı
Moskvada güclü fırtına gözlənilir - XƏBƏRDARLIQ
"Mançester Yunayted" portuqaliyalı ulduzu alır?
Bakıya 151 avtobus gətiriləcək
Ev dekorasiyasında yeni dövr
HAVA necə olacaq?
Ronaldonun oğlu instagram hesabı açdı-1 günə 1 milyon izləyici
Məşhur futbolçu bu gün evlənir
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Qubalılar axar suya səməni atdılar
Tanış olun: 14 yaşında biznes qurdu, indi 250 milyon dollar qazanır
Ombudsmandan iş günləri ilə bağlı TƏKLİF
Novruz Məmmədov: “Aprel hadisələri zamanı Sarkisyan Moskvaya müraciət edərək yalvarıb”
Film qəhrəmanları gündəlik həyatda
Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!
Bələdiyyələrə qadağa qoyuldu
Koronavirusu tez məhv edən ÜSUL TAPILDI
Doğulduğu aya görə uşağın xarakteri
Beyrutu məhv olmaqdan bu qoruyubmuş - AÇIQLANDI
Grunge makiyaj trendi
Tanınmış rejissor vəfat etdi
Metropoliten rəisi sərt tənqid edildi
Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi - VİDEO
Məşhur serial FİNAL EDİR
Filmə baxdıqdan sonra xəstəxanalıq oldu - FOTO
Uşaqlarda yetkinlik dövrü
Ayaqların donması və tərləməsi
Yaponlar dünyanı heyrətləndirdi
- ŞƏRHLƏR