"Minimum pensiyanın minimum əmək haqqına olan nisbətinə görə Azərbaycan ilk yerdə qərarlaşıb".
ANS PRESS-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. O bildirib ki, müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi təyin olunması Azərbaycanın milli iqtisadiyyatının sosial yönümlülüyünü daha da artıb. Nəticədə ötən 10 ildə əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib.
Yoxsulluq səviyyəsi 5,3 faizə enib və hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT İnkişaf Proqramının hesabatında "yüksək insan inkişafı" ölkələri qrupunda qərarlaşıb. Ölkədə ümumi yoxsulluğun azalmasında pensiyaçılar üzrə yoxsulluğun ixtisarı tədbirləri mühüm rola malikdir. Belə ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması siyasətinin nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunmuş və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapıb. Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair prezidentin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. E.Mehdiyev həmçinin qeyd edib ki, 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə çoxdur. Eləcə də MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus 165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmiz ilk yerdə qərarlaşıb. Həmin nisbət Azərbaycanda 95,2%, Belarusda 79,8%, Rusiyada 70,4% təşkil edir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Özcan Deniz 8 ildən sonra konsert verəcək!
Yeni il axşamı üçün makiyaj
Ermənilərin arzusu ürəyində qaldı
CHP-dən qalmaqallı Azərbaycan iddiası
Xadimə işləmək üçün universitetdə oxumuşdular?
Kəs və yapışdır-36
At və eşşək ətini mal ətindən ayırmağın 3 YOLU
Qadin.Netin sevimli simaları (1)
Azərbaycan alimləri dünyada ilkə imza atdılar
Koronovirus belə başlayır: Günlər üzrə orqanizmdə baş verənlər
Beyonse-un həyatı tədris olunacaq
Kərbəlada azərbaycanlı zəvvar öldü
Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi başa çatıb
İrana gedənlərə xoş xəbər
Təbiətin nəhəngləri
Rusiya öz “iPhone”unu buraxacaq
Qırmızı gözlü yaşıl qurbağa
Nataşa Korolevaya keçmiş ərindən danışdı
Türkiyədə narahat gecə: Müxtəlif bölgələrdə zəlzələlər oldu
Bakıda yeni qadağa
Abituriyentlərin diqqətinə: bu gün sondur
Kartof salatı (foto-resept)
Çayxanaya gedənlərə BƏD XƏBƏR
Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Baharın Yeni Trendi: Dəri Şalvarlar
Türkiyə analoqsuz ekskavator buraxdı - Ərdoğan sükan arxasında/Foto/Video
Cəbhədə erməni təxribatı
Közlənmiş bibər salatı (foto resept)
Bakıda velosiped yarışı keçiriləcək
Faydalı yalnızlıq
Dünya möcüzələri
Mer: "Moskvadan 13 mindən çox miqrant çıxarılıb"
Kolbasa alarkən nələrə diqqət etməliyik?
İdmançıdan 8 sadə məsləhət: səhəriniz gözəl olsun!
Yuxu pozuntuları
Azərbaycanda bələdiyyə seçkilərinə ayrılan dövlət vəsaiti məlum oldu
"Həmsədr ölkələr, o cümlədən Rusiya "DQR"in tanınması məsələsi ilə bağlı mövqeyini bildirməlidir"
Günün ulduz falı
Yarpaq dolması (foto resept)
Kitab yarmarkasına "start" verildi
“Kurtlar Vadisi”nin aktrisası nişanlandı - FOTO
Toni Kreqqin əsəri Heydər Əliyev Mərkəzində
Saçları ilə ailəsinə ev aldı - FOTO
Mayli Sayrus onunla da ayrıldı
Xərçəngin qrip kimi yayılmasının səbəbi
Smartfonlar üçün cib printeri təqdim olundu
Azərbaycanlı gənc Türkiyədə səs yarışmasında QALİB OLDU-VİDEO
Düşmənin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri - VİDEO
Gözəl ayaqqabı modelləri
- ŞƏRHLƏR