Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Əfzələddin İbrahim ibn Əli Nəccar Xaqani Şirvani 1126-cı ildə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıda anadan olmuşdur. O dövrdə Şamaxı regionda və ümumiyyətlə müsləman Şərqində elm və mədəniyyət ocağı kimi tanınırdı. Burada yerli və gəlmə alim və ədiblər şirvanşahın sarayında və ya mədrəsələrdə dərs deyirdilər. 8 yaşında atasını itirmiş Əfzələddin dövrünün məşhur alimi və həkimi əmisi Kafiəddin Ömər ibn Osmanın himayəsində olmuş, onun tərbiyəsi ilə böyümüşdür. Əmisi ona o dövrkü elmi biliklərin əsasları barəsində məlumat vermiş, onda mütaliəyə həvəs oyatmışdır.
Əfzələddin hələ gənc yaşlarından şeir yazmağa həvəs göstərmişdir. O, ilk şeirlərini məşhur Şərq şairi Sənainin üslubunda yazırmış. Maraqlıdır ki, Əfzələddinin hələ "Həqayiqi" təxəllüsü ilə yazdığı ilk şeirləri ona xalq arasında şöhrət qazandırmışdır. Nəticədə 1151-ci ildə, şairin 25 yaşı tamam olanda Şirvan şahlarının məliküş-şüərası, yəni şairlər məclisinin başçısı Əbül-üla Gəncəvi onu saraya dəvət etmişdir. O dövrdə saray şairləri maddi baxımdan korluq çəkmir, onların bütün tələbatları saray xəzinəsi hesabına ödənirdi. Əvəzində isə onlar öz hökmdarlarını vəsf etməli, onun bütün hərəkətlərinə haqq qazandırmalı idilər. Çox az hökmdar var idi ki, saray şairlərinə təzyiq göstərmədən onlara azad yaradıcılıqla məşğul olmaq imkanı versin. Bütün bunlardan bixəbər olan Əfzələddin saraya gəlir. Çox keçmir ki, Əbül-üla Gəncəvi ilə dostlaşır, onun qızı ilə evlənir və şeirlərini də onun verdiyi "Xaqani" təxəllüsü ilə yazır. Əfzələddinə verilən təxəllüs onun xaqana, yəni şirvanşaha məxsus olmasını göstərirdi.
Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlq nümunələri yaratmışdır. Şirvanşahların sarayına gələn məşhur Şərq şairləri Rəşidəddin Vətvat, Əxsikəti Əsirəddin və Əbdürrəzzaq İsfahani və başqaları gəncin fitri şairlik istedadından danışır, onunla şeir yarışına çıxırdılar.
1156-cı ildə Məkkəyə ziyarətə gedən Xaqani yolüstü bir çox Yaxın Şərq ölkələrində də olmuşdur. Səfərdən qayıtdıqdan sonra Xaqani Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən "Töhfətül-İraqeyn" adlı məsnəvisini yazmışdır. Şair əsərdə səfər macəraları ilə yanaşı Yaxın Şərq xalqlarının həyatından, rast gəldiyi alimlərlə görüşlərindən aldığı təəssüratlarını təsvir etmişdir. Xaqani burada özü, əsil-nəcabəti və ailəsi haqqında ətraflı məlumat vermişdir.
"Mədain xərabələri" adlı məşhur fəlsəfi qəsidəsində tarixdə adil qələmə verilən Sasani şahlarının xaraba qalmış "Taği Kəsra" adlı sarayının timsalında zülm ilə şöhrətlənmiş sarayların viran olacağı fikrini irəli sürmüş, müasirlərini bu xaraba qalmış saraydan ibrət dərsi almağa çağırmışdır. Əlbəttə, saray şairinin belə şeirlər yazması gözlənilməz idi.
"Qəsideyi-şiniyyə" adlı başqa məşhur qəsidəsində şair insan ləyaqətini, comərdliyi, yaradıcı əməyi yüksək qiymətləndirmişdir. Həm Xaqaninin dövründə, həm də ondan çox-çox sonra yaşamış Yaxın və Orta Şərqin 30-dan çox görkəmli şairi bu fəlsəfi qəsidəyə nəzirələr yazmışdır.
Xaqaninin lirik əsərləri, xüsusilə insan mənəviyyatını yüksəldən, saf eşqi, məhəbbəti, vəfa və sədaqəti tərənnüm edən qəzəlləri diqqətəlayiqdir. Xaqaninin lirik qəzəllərində eyni zamanda ictimai mövzular da əksini tapmışdır. O, bir sıra şeirlərin mühitindən, zülmkar hökmdarlardan gileylənmiş, nadanların yüksəkdə, arif adamların, alimlərin isə zəlalətdə olduğunu cəsarətlə söyləmişdir. Xaqaninin qitə və rübailəri şairin daxili həyəcanlarını, ictimai mühitə münasibətini dərk etmək baxımından müstəsna əhəmiyyətə malikdir. Bu əsərlərində şair ətrafında cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışmış, saraylara nifrətini, xalqa yaxınlıq və sədaqətini, "Xaqani" deyil, "Xəlqani" olduğunu poetik bir dildə bildirmişdir.
Xaqani Şirvani vətənpərvər şairdir. O, vətəni Şirvani füsunkar təbiətli bir diyar, bolluq, bərəkət ölkəsi, şairlər yuvası kimi tərənnüm etmişdir. Bəzən zülmkar şahlardan və nadan müasirlərindən şikayətlənərək Şamaxını dar qəfəs, qaranlıq zindan adlandırsa da, qürbətdə olarkən həmişə ürəkdən sevdiyi doğma yurda can atmışdır. Doğma yurdun gözəl təbiət mənzərələri, özünün dərin ictimai-tərbiyəvi amalları, fəlsəfi görüşləri yazdığı əsərlərdə parlaq əksini tapmışdır. Xaqani qəsidələrində feodalların zülmünü və özbaşınalığını, ictimai ədalətsizliyi cəsarətlə qamçılamışdır.
Xaqaninin ədəbi irsi çox zəngindir. Onun "Həbsiyyə" adlandırılan qəsidələri və mərsiyələri də yaradıcılığında mühüm yer tutur. O, feodal əsarəti, zülm və haqsızlıq əleyhinə kəskin ittihamnamə olan "həbsiyyə"lərində fəryad qoparmışsa, mərsiyələrində ruhi əzablarını, sonsuz kədərini ifadə etmişdir. 20 yaşlı oğlu Rəşidin ölümünə yazdığı mərsiyələrdə şairin ruhi sarsıntıları, əzab və iztirabları, həyatdan küskünlüyü xüsusilə təsirli və riqqətlidir. Xaqani eyni zamanda mahir nasir olmuşdur. "Töhfətül-İraqeyn" məsnəvisinə nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mənsur məktubları mürəkkəb bədii tərzi-ifadə, istiarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edir.
Xaqanidə riyakar saray həyatına qarşı narazılıq yarananda o, yazdığı mədhiyyələrin peşmançılığını çəkmişdir. Bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan, sarayda özünü "qanadı qırılmış quş kimi dəmir qəfəsdə" hiss edən şair saraydan tamamilə üz döndərmək qərarına gəlmişdir. Bu məqsədlə yenidən səfərə çıxmaq haqqında xahiş etmiş, lakin xahişi rədd edilmişdir. Xaqani gizli surətdə Şirvandan getməyə cəhd göstərmiş, lakin I Axsitanın əmri ilə həbs olunaraq 1170-ci ildə Şabran qalasına salınmışdır. 7 ay həbsdə qaldıqdan sonra azad edilən şair, nəhayət, 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı həmişəlik tərk edib Təbrizə köçmüş və ömrünün axırınadək orada yaşamışdır.
Yaxın və Orta Şərqin bir çox görkəmli şairləri (Əmir Xosrov Dəhləvi, Ə.Cami, Əbülqasım Şirazi, Əmri, Qaani və b.) Xaqani Şirvanini özlərinin ustadı adlandırmış, əsərlərinə nəzirələr yazmışlar. Əsərləri İranda, Hindistanda dəfələrlə nəşr edilmişdir. Yaradıcılığı XIII əsrdən bəri tədqiqatçıların diqqətini cəlb etmiş, Şərqin bütün təzkirələrində ondan böyük şair kimi bəhs olunmuşdur.
Xaqani Şirvani 1199-cu ildə Təbrizdə vəfat edib və Təbriz yaxınlığında, sonralar "Məqbərətüş-şüəra" ("Şairlərin dəfn olunduğu yer") adlandırılan Surxab qəbiristanında dəfn olunmuşdur.
XƏBƏR LENTİ
Azərbaycanda varlı balalarına xüsusi yardım nəzərdə tutan qanun hazırlanır
Daha bir neçə bankın kreditlərini MilliÖN terminalları vasitəsilə ödəmək mümkün olacaq
İnanılmaz optik illüziyalar
Mehriban Əliyevadan işğaldan azad edilmiş Şuşayla bağlı paylaşım
Prezident İlham Əliyevin dəmir məntiqi
Bakıda Novruz şənliyi keçiriləcək
Azərbaycanda zəlzələ olub
Kəndlilər kəndi satın aldılar
"Vintage" stildə ayaqqabılar
Angelina Jolienin 5 gözəllik imzası
Hellouində yadda qalan kostyumlar
Bağçalara verilən ərzaqlar keyfiyyətlidirmi? - AÇIQLAMA
Məşhur aktyor həyat yoldaşından şikayətləndi
Dəblə geyinmək, yoxsa zövqlə?
Yenilənmiş Nissan 370Z - FOTO
Hamiləlikdə varikoz
Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR: evlisinizsə...
HAVA necə olacaq?-21 Avqust
Məktəb direktorlarının diaqnostik qiymətləndirilməsi aparılacaq
Azərbaycanda 18 min manat pensiya alan var
Neft ucuzlaşdı
Adriana Lima və Metin Hara ayrılıb-SƏBƏB
Dəbli polto modelləri
Türkiyədən gəlmiş çəkiliş qrupu Azərbaycanda 3 sənədli filmin çəkilişinə başladı
Pandemiya şəraitində Gürcüstanda hotellər necə fəaliyyət göstərəcək?
Günün qoroskopu: o vərdişləri tərgidin
Azərbaycan təhsilində ilk
İstehsal tarixindəki səhvlər
Orduda gülənçi izlərinin axtarışı başladı
Ayrılıq xəbərlərinə belə son qoydu-FOTO
120 kq arıqlayan şəxs sirrini paylaşdı - FOTO/VİDEO
Dünyanın ən nazik noutbuku təqdim edildi
Nəhəng atlet 5-ci dəfə ən güclü oldu - FOTO
"Qara qızıl" dibə vurur
Ermənilər "Türkiyənin ürəyi"ni istəyir
Milçəklər ən çox hansı qan qrupunu sevir?
Şahzadə və sevgilisi bal ayını Türkiyədə keçirmək istəyir
Möhtəşəm donlar
Uşaqlarla düzgün davranış qaydası
Varlıların yeni dəbi
Atəşkəs bərpa olunur - hərbçilərin meyitlərinin götürülməsi başlayır
Qəribə XƏSTƏLİK: Ərinə allergiyası olan qadın - FOTOLAR
Uşaqlar arasında intihar halları niyə artıb?
Krım meteoritinin UNO ilə əlaqəsi var
Qadınların kişilərdən daha üstün olduğu 13 əhəmiyyətli mövzu
Türkiyədə dördgünlük komendant saatı tətbiq ediləcək
Saç tökülməsinin qarşısını alan maska
Palma yağı haqqında həqiqət
Mədə sağlamlığına faydalı olan 3 qida
Dərs ili başlayandan bu günədək neçə müəllim və şagirddə koronavirus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA
- ŞƏRHLƏR