Bakıda hava
USD AZN
EUR AZN
8 dekabr 20:33Ayla Ayla Sənnən uzağ qızdırma imkan vermir 8 dekabr 20:33Ayla Ayla Cann Surayyə xəstəyəm bacı 8 dekabr 18:58Surayye sima peri ayla gozellerim hardasiz 8 dekabr 18:57Surayye Qizlarim qizillarim necesiz? 8 dekabr 15:24Sima bazar gunude hami yatibki
41210

Azərbaycan tarixindən yüz şəxsiyyət-11

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-11

 

I Axsitan ibn Mənuçöhr

(1160-1196)

Şirvanşahlar dövləti XII əsrdə Cənubi Qafqazda ən sabit dövlət olmuşdur. Hələ VI əsrdə Sasani şahənşahı Şirvan vilayətini idarə etmək üçün buraya Məzyədilər sülaləsindən olan hakimlər göndərir. Bu sülalənin nümayəndələri özlərini "şirvanşah", yəni "Şirvan hakimləri" adlandırmağa başlayırlar. Sasanilər, sonra isə Ərəb xilafəti dövründə şirvanşahlar xırda yerli hakim hesab olunurdular. Ərəb xilafəti parçalananda şirvanşah Heysam ibn Xalid 861-ci ildə öz müstəqilliyini bəyan edir. Beləliklə, xəritədə Şirvanşahlar dövləti meydana gəlir.

Dərbənddən Kür çayınadək ərazilərdə möhkəmlənən şirvanşahlar adətən neytral mövqe tuturdular. Bu onlara öz ərazilərində siyasi sabitlik yaratmağa imkan verir. Siyasi sabitlik isə öz növbəsində təsərrüfatın dirçəlişi və mədəniyyətin çiçəklənməsinə səbəb olur. 1027-ci ildə Məzyədilər sülaləsi əvəzinə hakimiyyətə Kəsranilər sülaləsi gəlir, lakin ölkənin siyasi inkişaf yolu dəyişməz qalır. 1066-cı ildə şirvanşah I Fəriburz güclü türk dövləti olan Böyük Səlcuq dövlətindən asılılığı qəbul edir. Şirvanşahlar dövləti səlcuqlara vergilər ödəməli və lazım gəldikdə əsgəri qüvvə ilə kömək göstərməli idi. Asılılıqdan yaxa qurtarmağa çalışan şirvanşahlar, nəhayət, 1123-cü ildə buna nail olurlar. Bir tərəfdən səlcuqlar, digər tərəfdən gürcülərlə mübarizə şəraitində hakimiyyətə gəlmiş şirvanşah III Mənuçöhr 1120- 1160-cı illərdə düz 40 il hakimiyyətdə olmuş və dövləti gücləndirmişdir. III Mənuçöhrün oğlu I Axsitan (bəzi mənbələrdə I Axsartan) 1160-1196-cı illərdə hakimiyyətdə olmuşdur. Şirvanşah I Axsitan tarazlaşmış xarici və daxili siyasət həyata keçirmişdir. Azərbaycan Atabəyləri dövləti ilə sıx dostluq əlaqələri yaradan şirvanşah Gürcüstanla da dostluq əlaqələri qurmuşdur. 1173-cü ildə Gürcüstanda çar III Georgiyə qarşı iri feodalların qiyamı qalxanda şirvanşah ona hərbi kömək göstərmişdir. 

I Axsitanın vaxtında ölkədə sənətkarlıq və ticarətin inkişafına böyük diqqət yetirilir, haqsız vergilər və rüsumlar ləğv edilir. Nəticədə Şirvanşahlar dövləti Şərqdə ən varlı dövlətlərdən birinə çevrilir, onun Şamaxı, Dərbənd, Bakı, Şabran, Quştasfi şəhərləri iri ticarət və sənətkarlıq mərkəzləri kimi məşhurlaşır. Əvvəllər səlcuqlara vergi kimi göndərilən 40 min dinar indi müdafiə tikililərinin inşasına, ordunun gücləndirilməsinə, hərbi gəmilərin yaradılmasına yönəldilir. Qısa zaman ərzində hərbi dəniz qüvvələri Şirvanşahlar ordusunun vacib tərkib hissəsinə çevrilir. Şirvan hərbi gəmiləri "şəbəkə" tipli döyüş və "baqala" tipli nəqliyyat gəmilərindən ibarət idi. Hərbi donanmaya "əmir əl-bəhr", yəni "dəniz sahibi" adlanan vəzifəli şəxs başçılıq edirdi. İri gəmilərin kapitanları "əmir", xırda gəmilərin kapitanları "rəis", köməkçi gəmilərin kapitanları isə "iştiyyam" adlanırdı. Dövlətin bütün hərbi gəmiləri Bakı şəhərinin hərbi limanında cəmləşdirilmişdi.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-11

 

Şirvan donanmasının hərbi bazası da Bakıda yaradılmışdı. Limanın müdafiə sistemi şəhərin sahilyanı divar xəttindən, Səbayıl qalasından və xəbərdarlıq bürclərindən ibarət idi. Sahilyanı divar xətti hələ şirvanşah III Mənuçöhrün əmri ilə inşa edilmişdi və şəhəri hər tərəfdən əhatələyirdi. Divar xəttinin bir hissəsi dənizə doğru–Səbayıl qalasına tərəf gedirdi. İndi həmin qala divarı İçərişəhəri əhatələyir. Öz dövrü üçün möhtəşəm qalalardan biri olan Bakı qalası müxtəlif forma və ölçülü bürclərlə gücləndirilmişdi. Qala divarının önündə dərin xəndək qazılmışdı. Düşmən qoşunları şəhərə yaxınlaşanda xəndək dəniz suyu ilə doldurulurdu. Xəndəyin olması düşmənin divardağıdan qurğularının divara yaxınlaşmasına imkan vermir, üstəlik, divarın altına lağım atmağa da mane olurdu. 

I Axsitan hakimiyyətə gəldikdən sonra 1161-ci ildə Bakıda inşasına başlanan Qız qalası rəsədxana və mayak rolunu oynamışdır. Hündürlüyü 28 m, divarlarının eni 4-5 m olan belə möhtəşəm qurğunun inşa edilməsi göstərir ki, şirvanşah I Axsitan ölkədə elmin inkişafına böyük diqqət yetirirmiş. Təsadüfi deyil ki, Qız qalası orta əsr Azərbaycan memarlığının unikal incilərindən biri sayılır. 1175-ci ildə Şirvanşahlar dövləti xarici təcavüzə məruz qalır. 73 gəmidən ibarət rus donanması Volqa çayından keçərək Xəzərə çıxır və Şirvan sahillərinə yan alır. Onlarla əlbir olan qıpçaqlar şimaldan Dərbənd keçidini aşaraq quru yolla Şirvana hücum edirlər. Qıpçaqlar Dərbənd və Şabranı zəbt edirlər. Rus donanması Xəzərdən Kürə keçib irəliləmək və əraziləri talamaq məqsədi güdürdü. Lakin şirvanşahın hərbi donanması kifayət qədər güclü idi. Sarı adası yaxınlığında baş vermiş dəniz döyüşündə şirvanşah rus donanmasını darmadağın edir, rusların 75 gəmisindən 73-ü geri çəkilib aradan çıxır. Bu qələbə orta əsrlər dövründə rusların dənizdən Azərbaycana hücumlarına birdəfəlik son qoyur. Qıpçaqların qarşısını almaq mümkün olsa da, onları ölkədən çıxarmaq çox çətin idi. Belə şəraitdə yaxşılığı unutmayan gürcü çarı III Georgi şirvanşahın köməyinə gəlir. Birləşmiş Şirvan-gürcü qoşunları qıpçaqları ölkədən qovur. Bu qələbələr, əlbəttə, şirvanşah I Axsitanın nüfuzunu artırır.

1192-ci ildə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhəri güclü zəlzələ nəticəsində dağılır. Şəhərin əksər iri və xırda binaları uçur, on minlərlə insan həlak olur. Həlak olanlar arasında şirvanşah I Axsartanın ailəsi də var idi. Yer təkanlarının gücü o dərəcədə böyük imiş ki, hətta yaxınlıqdakı dağ qalalarında da dağıntılar olur. Şamaxılıların köməyinə bütün Azərbaycandan minlərlə insan gəlir. Ümumi səylərlə şəhər yenidən bərpa olunmağa başlayır. Lakin şirvanşah yaxşı başa düşür ki, zəlzələ yenidən təkrarlana bilər. Ona görə də yeni paytaxt üçün yer seçir. Beləliklə, Bakı şəhəri Şirvanşahlar dövlətinin ikinci, ehtiyat paytaxtı elan edilir. Məqsəd hər hansı bir təhlükə yaranarsa, hökuməti və xəzinəni Şamaxıdan Bakıya  köçürmək idi. XII əsrdə Bakı şəhəri artıq paytaxt ola biləcək qədər böyüyür. Şəhərdə gedən tikinti işləri geniş vüsət alır. Saraylar və qalalar, bazarlar və dükanlar, məscidlər və mədrəsələr şəhəri bəzəyir. Sənətkarlıq-ticarət mərkəzi kimi inkişaf edən Bakı Dərbənddən sonra Xəzər sahilində ikinci mühüm ticarət limanı hesab edilir və əsasən neft və duz istehsalçısı kimi şöhrət tapır. Şəhərdə gəmi tərsanələri, sənətkar emalatxanaları, anbarlar, evlər və imarətlərin sayı günü- gündən artır.

Şirvanşah I Axsitanın hakimiyyəti illərində Azərbaycanın Şirvan bölgəsində yaranmış siyasi sabitlik, onun Azərbaycan Atabəyləri dövləti və Gürcüstanla dostluq siyasəti, hərbi qüdrətinin artması iqtisadi inkişafa və mədəniyyətin tərəqqisinə müsbət təsir göstərir.

Səslərin sayı: 2
6
1938
loading...
Şərhlər
Offline
Qəribə
Maraqli idi. Təşəkkürlər Agat_Kris. give_ros
27 fevral 2015 00:21
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Fatma xanım
Bu qədər geniş məlumat üçün çox sağ ol
26 fevral 2015 14:40
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ellada Babayeva
Şirvan donanmasının hərbi bazası da Bakıda yaradılmışdı. Limanın müdafiə sistemi şəhərin sahilyanı divar xəttindən, Səbayıl qalasından və xəbərdarlıq bürclərindən ibarət idi.
24 fevral 2015 21:16
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
.....
Tesekkurler baci can give_ros Əla xeber hazirlamisiz
24 fevral 2015 18:14
Offline
Aysel İ.
Təşəkkürlər Sərt_Əsinti. give_ros
24 fevral 2015 17:51
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Şəri Babayeva
I Axsitan hakimiyyətə gəldikdən sonra 1161-ci ildə Bakıda inşasına başlanan Qız qalası rəsədxana və mayak rolunu oynamışdır. Hündürlüyü 28 m, divarlarının eni 4-5 m olan belə möhtəşəm qurğunun inşa edilməsi göstərir ki, şirvanşah I Axsitan ölkədə elmin inkişafına böyük diqqət yetirirmiş. Təsadüfi deyil ki, Qız qalası orta əsr Azərbaycan memarlığının unikal incilərindən biri sayılır. 1175-ci ildə Şirvanşahlar dövləti xarici təcavüzə məruz qalır.

Maraqla oxudum təşəkkür.
24 fevral 2015 17:33
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış