Bakıda hava 15°
USD AZN
EUR AZN

Xoşbəxtəm çünki...(4)

Xoşbəxtəm çünki...(4)

Hacət-i Vuslat

Üç il öncə sahib olduqlarıma görə Rəbbimə şükür edib "Xoşbəxtəm!" deyərdim. İndi isə dünyadakı "sahibkarlığıma" görə xoşbəxt olduğumu sandığım üçün Rəbbimdən utanıram. 
Mövlam anlatdı ki, quru nəfəsdən başqa heç bir şeyə sahib olmadan da xoşbəxt olmaq olar. Artıq xoşbəxtəm! Çünki əmanətləri təyinatı üzrə istifadə etmək izni verilənlərdənəm: Əz-Zəriyat 56 "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım." recourse

Zayka 

Əvvəlcə hər kəsi salamlayıram. İndi isə mövzumuza başlamaq istəyirəm. Düzdü, bu həyatda məncə ömrü boyu xoşbəxt olan insan yoxdur, hər birimizin həyatında pis hadisələrdə olur. Məsələn: mən səkkizinci sinifdə oxuyanda atamı itirdim (Allah rəhmət eləsin!) o vaxtı elə bilirdim məndən bədbəxt insan yoxdur dünyada, mən heç kəsin sözünü eşitmirdim, mənə təsəlli verən o qədər adamlar var idi ki, əhatəmdə. Adam o vaxtı elə bilir bədbəxtlik təkcə mənim başıma gəlib, amma əslində şükür eləməliydim. Yanımda qardaşım və anam da var idi. Allah böyükdü, Allah belə məsləhət görübsə, deməli, belə də olmalıdır. Həmişə işlətdiyim bir söz var "Dərdi verən Allah dərmanını da verər", düzdür, vaxt keçdikcə adam hər şeyi unudur və yeni həyat davam edir. İnsanlar varki xoşbəxtliyi pulda var dövlətdə görürlər, amma tam əksinədi. O qədər adamlar var ki, hər şeyi var, bircə xoşbəxt ailədən başqa. Yenə də bu günümə şükür edirəm. Qardaşım oxuyur, mənim də ki, qismətimə biraz tez evlənmək yazılıbmış. Bir qız ərə gedəndə "Görəsən, necə ailədir" deyə fikir edər, amma şükür çox xoşbəxtəm. Məni başa düşən qaynanam, qaynatam və mənə dəyər verən, mənə hörmət edən yoldaşım var. Allaha min kərə şükürlər olsun ki, Allah bizə bir bala da qismət eləyib, mən bundan başqa nə istəyirə bilərəm. Bir də ki, başımızı yağışdan qoruyan bir daxmamız. Mən xoşbəxtəm, çünki xoşbəxt ailəm var. İnsan bu dünyada bundan başqa nə istəyər ki.

Xoşbəxtəm çünki...(4)

Sonay Quluzadə

Xoşbəxtəm, çünki Rəbbim Allahdır. Xoşbəxtəm, çünki dinim İslamdır. Xoşbəxtəm, çünki kitabım Qurandır. Xoşbəxtəm, çünki Peyğəmbərim Məhəmməddir (Allahın ona salavat və salamı olsun). Xoşbəxtəm, çünki yolumun mayakları Quran və Sünnətdir. Xoşbəxtəm, çünki ziyalı, mehriban bir ailədə doğulmuşam. Xoşbəxtəm, çünki seçilən şagird olmuşam. Xoşbəxtəm, çünki sevdiyim ixtisas üzrə təhsil almışam. Xoşbəxtəm, çünki nümunə ola biləcək bir ailə həyatı qurmuşam. Xoşbəxtəm, çünki Allah mənə iki gözəl övlad bəxş edib.
Xoşbəxtəm, çünki üzvü olduğum hər kollektivdə Allah məni sevdirib, fərqləndirib. Xoşbəxtəm, çünki bir qadının arzuladığı bütün gözəlliklər mənə nəsib olub. Nəhayət, xoşbəxtəm, çünki şükür edən bir qəlb verib mənə Allah. Mən mənə verilənlərdən və verilməyənlərdən yerdən göyə qədər razıyam Əlhəmdulilləh.

Günka 

Xoşbəxtəm, həyatda qadın olduğum üçün, müsəlman olduğum üçün, ailəmlə gözəl tərbiyəli bir ev də böyüdüyüm üçün, hər kəsin içində başım dik olduğu üçün, həyatıma sevgilim, həyat yoldaşım girdiyi üçün və onunla ailə heyatı qurduğum üçün dünyanın ən xoşbəxt qadınıyam. Bu gün yeni tarix özəl günlərimin arasına qatıldı, aylardı gözlədiyim bütün qızların arzusu olan ana olmaq bu gün mənə də nəsib oldu. Çox xoşbəxtəm, bütün müsəlman bacılarıma yaşadığım xoşbəxtliklərdən arzu edirəm. 

Xoşbəxtəm çünki...(4)

Ayka 

Mövzu gözəldir və haqqında danışmaqla bitməyəcək qədər dərindir. Xoşbəxtlik deyəndə insanlar müxtəlif cür başa düşür. Bəziləri xoşbəxtliyi pulda görür, bəziləri sevgidə, bəziləri isə xoşbəxtliyi kasıb olub yalnız sevdiyi insanların ətrafında olmasında görür. Əslində xoşbəxtlik insanın özündən aslıdır, çünki problemsiz insan yoxdur. Problemlər arasında özünü xoşbəxt hiss edə bilən əslində çox xoşbəxtdir. Pulla olan xoşbəxtliyin ömrü elə də uzun olmur, çünki pul qurtardığı an xoşbəxtlik də qurtarır həmin insanlar üçün. Sevgi insan həyatında vacib bir hissdir. Bəzi insanlar ən çox onları sevgi xoşbəxt etdiyini fikirləşirlər. Amma bəzən sevgi insana acı da verir. Mənim fikrimcə, əsl xoşbəxtlik qarşılıqlı hörmət, inam, güvən üzərindədir. Əgər tək yaşayan bir insan deyirsə ki, mən xoşbəxtəm yalandır, çünki dostu sevdikləri olmayan biri xoşbəxt ola bilməz. Məncə, xoşbəxtlik insanın özünü xoşbəxt hiss etdiyi yerdədir. Əsl xoşbəxt adam özü özünü xoşbəxt hesab edən adamdır. Mən xoşbəxtəm, çünki ətrafımda sevdiyim və məni sevən, inanan və güvəndiyim isanlar var. Xoşbəxtəm, çünki xoşbəxt bir ailəm var. Bir tərəfdən də xoşbəxtlik Allahın bizə hədiyyəsidir.

Guney Baku 

Hər an yaradan Allaha şükr etməliyəm ki, mənə, övladlarıma, valideynlərimə can sağlığı verib. Şükür Allahım, görən gözlərim, tutan əllərim və nəhayət mənə bəxş etdiyi hər şeyin dəyərini biləcək ağlım, dərrakəm var. Allaha inandığım, Onun varlığını, möcüzələrini hər an hiss etdiyim üçün xoşbəxtəm. Mənə bunları duyurduğu üçün xoşbəxtəm. Bu xoşbəxliyim daim olacaq inşəallah. Ümumiyyətlə, xoşbəxtlik və bədbəxtlik mövhumu nisbidir. İnsan daim özünü bədbəxt və ya daim özünü xoşbəxt hiss edə bilməz deyə düşünürəm. Xoşbəxtəm, ona görə ki anayam. Məni qucaqlayan 2 övladım var və mən onların xeyirli övladlar olması üçün əlimdən gələni etməyə çalışıram. Təbii ki, gündəlik qayğılarım, narahatlıqlarım, çətinliklərim olur. Bu çətinliklərin öhdəsindən gəldikdə təbii ki, keçirdiyim stresslər yox olduqda xoşbəxt oluram. 

Xoşbəxtəm çünki...(4)

Happysim )) 

Əvvəla deyim ki, insan bu dünyaya, ancaq Allaha ibadət üçün gəlir. Allah Quranda buyurub “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım" (Zəriyət surəsi, 56). Mömin harda olursa olsun, xoşbəxtdir, çünki Allahın quludur. Mənim xoşbəxt anım o andır ki, ilk namazıma başladım. Əlhəmdullilləh. Sanki bütün qəlbimdə, ruhumda sevinc, xoşbəxtlik, rahatlıq vardı. Mömin kimsə onsuz da daima xoşbəxtdir, əgər bir sıxıntısı olarsa, demək, o imtahan olunur, günahlarına kəffarə olur. Əgər ona xeyir verilibsə, demək, bu Allahdandır. O, Rəbbinə həmd etməlidir, təşəkkür etməlidir. 

"Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır" (Ənfal surəsi, 28).

Şəri Babayeva 

Mən ona görə xoşbəxtəm ki, beynimdə o qədər söz var, amma yaza bilmirəm. smile Ən əsası məni xoşbəxt edən anam, atam bacılarımdır. Onların gülüşü məni xoşbəxt edir. Bir də balaca pişiyim. smile Dəcəldi, onunla oynayanda çox xoşbəxt oluram. Bütün stresimi atıram.

Elif

Ümumi həyatıma baxdıqda "Xoşbəxtəmmi?" sualını verirəm. Bəli, xoşbəxtəm. Xoşbəxt, çünki halal zəhmətli ailəm var. Xoşbətəm, çünki çox sevdiyim iki bacım və onların dünyalar qədər sevdiyim balaları var. Hər insanın həyatında üzüntülü, çətin anlar olur. Bu çətinliyin, kədərin heç bitməyəcəyini zənn etdiyin anlar. Belə anlarda bəzən insan xoşbəxt olmadığını və ya xoşbəxt olmayacağını düşünür. Təbii ki, bu hisslər bəzən bir anlıq və ya bir neçə günlük olur. Çox sükür ki, belə olur. Bir-iki gün öncə əhvalım olmadığı bir zamanda atam mənə Qurandan bu iki ayəni oxudu: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr. Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr" (əş-Şərh, 5-6). Allahın kəlamı olan bu iki ayə insanı xoşbəxt etməyə yetməzmi? Çox şükr hər günümüzə. Mən də xoşbəxtəm deyə bilərəm.

 Xoşbəxtəm çünki...(4)

Dəniz84

Xoşbəxtəm, çünki bu dünyaya göz açmışam. Xoşbəxtəm, çünki sağlam və həyat eşqi ilə doluyam. Məni sevən ailəm, övladlarım, yaxınlarım var. Xoşbəxtəm, çünki çətinliklərə sinə gəlməyi, hər çətinliyin altından üzü ağ, alnı açıq çıxa bilirəm. Tanrıya ibadət edir, onun qoyduğu yolla getməyə çalışıram. Əslində xoşbəxtlik hər yerdədir. Bunu görmək və duymaq lazımdır. Allahın yaratdığı bir gül belə insanı xoşbəxt edir. Xoşbəxtliyimiz öz əlimizdədir. Sadə bir çətinlikdən tez yorulub həyatdan bezmək lazım deyil. Bu həyat bizə bir dəfə verilir və sınaq imtahanı kimi bu həyatdan gedərkən kimiləri əla qiymət, kimiləri isə pis qiymət alır. Yaxşı və ya pis qiymət almaqsa bizim öz əlimizdədir. Sənə ehtiyacı olan insana kiçik bir yardım edirsən və bundan xoşbəxt olursan. Əhvalı pis olan insana dayaq durub onu şənləndirə bilirsənsə, bu özü böyük xoşbəxtlikdir. Mən ən kiçik bir şeydən belə xoşbəxt olan insanam. Sonda isə əgər mən barmaqlarımı idarə edib bu yazını yaza bilirəmsə, deməli, məndən xoşbəxt insan yoxdur bu dünyada. Çalışın, xoşbəxtliyinizi qoruyun. Lazımsız qürur edib sevdiklərinizi incitməyin. Onlar xoşbəxtdirsə, siz də xoşbəxt olacaqsınız. Bütün insanlara xoşbəxtlik arzu edirəm.

Səslərin sayı: 12
36
10284
loading...
Şərhlər
Offline
......
Qadin.Netin gozel ve deyerli xanimlarina xowbextlik arzulayiram give_ros
8 mart 2016 18:24
Offline
Asi
GÜLÇİN,
H.M,
S.S.90...S A M I R...,
huseyova nuray,
Tesekkurler give_ros
6 fevral 2015 01:23
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
huseyova nuray
Ay ne gozel serhler var
4 yanvar 2015 23:25
Offline
S.S.90...Samir...
Xoşbəxtəm, çünki Rəbbim Allahdır. Xoşbəxtəm, çünki dinim İslamdır. Xoşbəxtəm, çünki kitabım Qurandır. Xoşbəxtəm, çünki Peyğəmbərim Məhəmməddir (Allahın ona salavat və salamı olsun). Xoşbəxtəm, çünki yolumun mayakları Quran və Sünnətdir. Xoşbəxtəm, çünki ziyalı, mehriban bir ailədə doğulmuşam. Xoşbəxtəm, çünki seçilən şagird olmuşam. Xoşbəxtəm, çünki sevdiyim ixtisas üzrə təhsil almışam. Xoşbəxtəm, çünki nümunə ola biləcək bir ailə həyatı qurmuşam. Xoşbəxtəm, çünki Allah mənə iki gözəl övlad bəxş edib.
Xoşbəxtəm, çünki üzvü olduğum hər kollektivdə Allah məni sevdirib, fərqləndirib. Xoşbəxtəm, çünki bir qadının arzuladığı bütün gözəlliklər mənə nəsib olub. Nəhayət, xoşbəxtəm, çünki şükür edən bir qəlb verib mənə Allah. Mən mənə verilənlərdən və verilməyənlərdən yerdən göyə qədər razıyam Əlhəmdulilləh.

Ehsennnn give_ros
31 dekabr 2014 02:34
Offline
H.M
Xowbextliyiniz daimi olsun qizlar.
24 dekabr 2014 16:39
Offline
GÜLÇİN
Sonay Quluzadənin xoşbəxtliyi haqqında dedikləri məni lap heyran etdi.Düz deyirsiz!!!Xoşbəxtliyin səbəbləri müxtəlif ola bilər.Tam olaraq xoşbəxt insan yox,xoşbəxt anları olan insan vardır.Çünki hər kəsin həyatında xoş anlarla yanaşı,pis anlarıda olur.Belə olmasa xoşbəxtliyin nə demək olduğunu bilmərik.Belə bir deyimdə var ki,"Əslində bir çox insanlar xoşbəxt olduqlarını bilmədikləri üçün bədbəxtdirlər".Məndə bu fikirlə tam razıyam.
12 dekabr 2014 19:02
Offline
Asi
HUSNA,
Sema,
Fidan Məmmədova,
Fatma xanım,
•●Narın●•,
ملاك,
tesekkurler give_ros
3 dekabr 2014 07:56
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
ملاك
xosbextliyiniz uzunomurlu olsun insallah
26 noyabr 2014 12:22
Offline
Narin...
Allah xoşbəxtliyinizi daim etsin xanımlar. kiss Təşəkkürlər Asi. air_kiss
25 noyabr 2014 12:04
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Fatma xanım
Xöşbəxtliyiniz əbədi olsun əziz xanımar
25 noyabr 2014 11:06
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Fidan Məmmədova
Xoşbəxtliyiniz daimi olsun xanımlar
24 noyabr 2014 11:08
Offline
●♥ Səma ♥●
Yene cox maraqli alinib xeber,Asi.Her ksin fikrini oxudum.Allah xoshbextliyinizi daimi lesin,eziz xanimlarimiz.Siz buna layiqsiniz.Teshekkurler,bacim.
23 noyabr 2014 17:53
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
HUSNA
Mövlam anlatdı ki, quru nəfəsdən başqa heç bir şeyə sahib olmadan da xoşbəxt olmaq olar

ALLAHima sukurler olsun
23 noyabr 2014 11:52
Offline
Asi
AYSUN MEMMEDOVA,
GÜLÇİN,
gun ka,
PƏRVANƏ ƏLİYEVA......,
Aida M-ova,
AFƏR,
Ellada Babayeva,
Pembe Dünyam,
Xanim_Xatun,
Dəniz84,
Qəribə,
♥Aynişka Gülüm♥,
Hacət-i Vuslat,
Forever Alone,
Ulker.Agamali,
♥SƏNSİZ:((♥,
Zayka,
D.R Deniz,
Dəniz84,
Gulum,
APENAS,
ULYA,
Cox sagolun Allah daim sizleri xosbext elesin Amin
23 noyabr 2014 11:34
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
ULYA
Rebbim Her birimizin xowbextliyini daim etsin insAllah
22 noyabr 2014 20:37
Offline
APENAS
Allahımız hər birinizin xoşbəxtliyini əbədi etsin inşaAllah girl_ang
Hacət-i Vuslat girl_ten
Mövlam anlatdı ki, quru nəfəsdən başqa heç bir şeyə sahib olmadan da xoşbəxt olmaq olar. Artıq xoşbəxtəm! Çünki əmanətləri təyinatı üzrə istifadə etmək izni verilənlərdənəm: Əz-Zəriyat 56 "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
Allahım sənə yaşatdırdığı bu xoşbəxtliyi əbədi etsin inşaAllah. Allaha qovuşmağı bu dünyadaykən dilədin Həmd olsun və tək bir diləklə anladın ki xoşbəxtlik nədir. Hər zaman HAQQ Yolunda olmağın diləyiylə Bacıgirl_ang
Elifim canım, Rəbbim bu xoşbəxtliyini əbədi etsin inşaAllah Amin..
22 noyabr 2014 19:06
Offline
Gulum
Qızlar demek olar ki hamınız heyat eşqi ilə bol olan bir xoşbəxtliyə sahibsiniz Allahım bu xoşbəxtliyinizi daimi etsin inşaalah
22 noyabr 2014 13:57
Offline
Aysel İ.
Rəbbim Haqqdan gələn xoşbəxtliyi dadmağı hər birinizə nəsib etsin in şa Allah

Amin İnşallah. Ən böyük xoşbəxtlik elə O özüdür.
22 noyabr 2014 13:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Deniz N-va
Tesekkurler ALLAH hamimiza xosbext heyat nesib etsin ...Amin give_ros
22 noyabr 2014 10:57
Offline
°ღ Zayka •.°ღ
Evvelce bu xeberde mene yer ayirdigiviza gore sonsuz tessekkurumu bildirirem ve onu da deyimki cox maraqla oxudum,xanimlar hulus uzuvuzden hec vaxt eksiy olmasin Amin
22 noyabr 2014 00:33
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 08:32 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (478)

    Hüquqşunas məsləhəti

    buy generic cialis online brand vardenafil online pharmacy generic cialis cheapest place get cialistadalafil genericcialis canada the purple pill buy generic cialis cialis generic dateorder cialis onlinecialis prices tania vardenafil generic cialis for sale http://students68.ru/viewtopic.php?f=3&t=2523pBlo51s4dX buying cialis online safetadalafil 20 mgcheap cialiscialis 20mg nexazole cialis 5 mg https://did-nothing-wro.ng/viewtopic.php?f=2&t=73338pBlo51s4dX generic tadalafilgeneric name for viagrawhen will cialis be genericcialis 10 mg canadian pharmacies buy cialis http://forum.razvilka-48.ru/viewtopic.php?f=24&t=271170pBlo51s4dX buying prescription drugs from canadacialiscialisgeneric cialis online male erection cialis daily http://egyhunt.net/showthread.php?t=78082pBlo51s4dX cialis discountonline pharmacy canadacialis onlinecialis daily sexual dysfunction in men cheap cialis online http://www.annoncexxx.com/forum/viewtopic.php?pid=1916927#p1916927pBlo51s4dX costco online pharmacycialis no prescriptionbuy cialisbuy cialis now canadian pharmacy viagra buy cialis pills https://forum.1957anti.ru/viewtopic.php?f=5&t=71502pBlo51s4dX when is cialis going genericcialis canadareputable canadian pharmacycialis pills female viagra pill cialis 5mg http://craftscripts.com/forum/showthread.php?tid=1282877pBlo51s4dX brand cialisgeneric cialis reviewsbuy cialis online usacialis for bph canadian pharmacies online order cialis http://cannings.info/forum/viewtopic.php?f=1&t=740841pBlo51s4dX cialis for salecialis on linecialiscialis for men vardenafil 20 mg cialis online http://samodelko.pp.ua/viewtopic.php?f=3&t=45276pBlo51s4dX generic cialis quick deliverycialismail order prescription drugs from canadacialis 10 mg atorvastatin brand name cialis http://masseffectsaves.com/board/viewtopic.php?f=7&t=8125pBlo51s4dX ed pills onlinebuy cialis online cheapwhen will generic cialis be available
  • 17:18 - Müəllif: Surayye
    İsveç keksi (foto resept) (1)

    İsveç keksi (foto resept)

    Yaxşıdı ama niyə nazik olur?
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
  • Yatdığı yerdə sərvət qazanan bloger-FOTO

    Təmbəlliyin yeni adi bəxtəvər
  • Cennifer Lopezin yeni filmi QADAĞAN olundu-SƏBƏB

    Qadagan olar da niyə çəkiblər ki
  • İllər keçdikcə gözəlləşən aktrisalar

    Kortni Koksnan Demi Muru səhv salıram
  • 14:19 - Müəllif: Ayla Ayla
    Ronaldo Evlənir!-FOTO (1)

    Ronaldo Evlənir!-FOTO

    Qeyd edək k, Ronaldu Rodrigesi Madriddəki bir geyim mağazasında tanış olub. Həmin vaxt Corcina mağazada satıcı işləyirmiş. Cütlüyün bir qızı var.
  • Hamiləlik dövründə necə yatmalı?

    Nə göyçək qız olub. Allah rəhmət eləsin
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Nə göyçək qız olub. Allah rəhmət eləsinNə göyçək qız olub. Allah rəhmət eləsin
  • 14:14 - Müəllif: Ayla Ayla
    Oğurlanan 6 milyonluq unitaz (1)

    Oğurlanan 6 milyonluq unitaz

    6 milyona unitaz olar?
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )