Azərbaycanda brendlərin saxtalaşdırılması qarşısıalınmaz problemə çevrilib. Dünyada tanınan və sevilən bir sıra firmaların müxtəlif məhsulları ölkə bazarına daxil olduqdan sonra işbazlar da işə başlayırlar. Heç şübhəsiz oxucularımız arasında da hansısa firmanın adına aldanıb “məhsulu”nu alan və peşman olanlar yox deyil. Bu hal geyimdən, ərzaqdan tutmuş, müxtəlif məişət texnikalarına qədər hər bir sahəni əhatə edir. Mövzunun yenidən gündəmə gəlməsinə səbəb isə adının çəkilməsini istəməyən avtomobil təmiri ustasının xarici avtomobillərin rezin detallarının saxtalaşdırılması ilə bağlı iddialarıdır. Belə ki, həmsöhbətimizin sözlərinə görə, təmir yerlərini gəzən işbazlar ustalardan xaricdən gətirilmiş ehtiyat hissələrinin orijinal qutularını pulla alırlar: “Əvvəllər biz buna əlavə qazanc yeri kimi baxırdıq. Amma sonradan bu saxta məhsullar hətta özümüzə gəlib çıxmağa başladı. Təmir edib yola saldığımız avtomobillər az müddətdən sonra üstümüzə qayıtdıqca fərqinə vardıq ki, ona qoyduğumuz ehtiyat hissə saxtadır”. Usta iddia edir ki, bu məhsullar əsasən Sumqayıtda hansısa sexlərdə saxtalaşdırılır.
Məsələ ilə bağlı araşdırma apararkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun brendlərin saxtalaşdırılması ilə bağlı maraqlı fikirlərini aldıq. Mütəxəssisin sözlərinə görə, bu cür hallar bütün dünyada geniş yayılıb: “Buna kontraband mal deyirlər, yəni brendin imitasiyası ilə istehsal olunmuş məhsul. Dünyada hətta təyyarə hissələrinin 3 faizi saxtadır. Ən çox saxtalaşdırılan dərman preparatlarıdır. Dünya üzrə bu rəqəm 40-60 faizdir. Dünya üzrə saxtalaşdırılan dərmanların 80 faizini saxta “Viaqra” təşkil edir. Bunu mənə Vaşinqtonda keçirilən görüşdə deyiblər. O cümlədən Azərbaycanda da bu problem yaşanır. Onu da qeyd edim ki, primitiv hazırlanan avtomobillərin rezin hissələri, antifristlər, akkumulyator üçün sular daha çox Sumqayıtda hazırlanır. Baxmayaraq ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin regional idarəsi Sumqayıtda yerləşir, çox təəssüf ki, burada belə fəaliyyət var. Hətta Sumqayıtda istehsal edilən atifristi vətəndaş avtomobilinə tökmüşdü, qış aylarında o donaraq avtomobili sıradan çıxarmışdı. Bu yaxınlarda telefon zəngilə bir məlumat aldıq ki, akkumulyator üçün nəzərdə tutulan distillə olunmuş su əslində krandan yığılmış sudur. Bu cür problemlər var. Sizə deyildiyi kimi, orijinal qutulara xüsusən rezin hissələrin saxtalaşdırılıb yerləşdirilməsi haqda da məlumatlar almışıq. Təbii ki, yeni qutu da hazırlana bilər, amma məsələ ondadır ki, bu işlə məşğul olanlar daha çox xərc çəkib qutu hazırlamaqdansa, hazırını yığmağa üstünlük verirlər”.
E.Hüseynovun sözlərinə görə, bu sahəyə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət etməlidir: “Burada müəlliflik hüquqlarının pozulması məsələsi də var. Bu işlərlə də Müəllif Hüquqları Agentliyi məşğul olur. Lakin təəssüflər olsun ki, bu qlobal problemlə mübarizə aparmaq çətindir. Bizim dövlət orqanları da bu sahədə çətinlik çəkirlər. Saxta avtomobil ehtiyat hissələri də ən geniş yayılmış bazardır. Bunu hər adam ayırd edə bilmir, yalnız mütəxəssislər ayırd edirlər”. Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda saxta məhsul bazarında bəlkə də birinci yeri saxtalaşdırılmış kosmetikalar tutur: “Dərman bazarında da çox müşahidə edilir saxtalaşdırma, amma mən deyərdim ki, kosmetika malları birinci yerdədir”.
Qeyd edək ki, ölkədə avtomobillərin sayı durmadan artır. Hər il Azərbaycana 100 minə qədər avtomobil gətirilir. Hazırda ölkədə 1,2 milyondan artıq maşın var ki, onun da 800 minə qədəri paytaxt Bakının payına düşür. Azərbaycana avtomobillər əsasən Almaniya, Yaponiya və Cənubi Koreyadan idxal olunur. Qeyd edək ki, ölkə əhalisinin az olması daxildə avtomobil istehsalının stimullaşdırılmasına imkan vermir.
Belə ki, iqtisadçıların rəyinə görə, daxildə avtomobil istehsalının həyata keçirilməsi üçün ölkə əhalisinin sayı azı 15 milyona qədər olmalıdır. Digər tərəfdən, məşhur avtomobil istehsalçıları ilə rəqabət amili də daxildə maşın istehsalına başlamağa imkan vermir. Bununla belə, avtomobillərin ehtiyat hissələri üzrə daxildə birgə müəssisələr yaradıla bilər. Azərbaycanın hazırkı imkanları bu istiqamətdə addım atmağa da şərait yaradır. Hələliksə, Azərbaycanda realizə olunan avtomobillər üçün ehtiyat hissələri də bütünlüklə xaricdən gətirilir. Bu halda avtomobillə yanaşı, ehtiyat hissələrinin qiymətləri də baha başa gəlir. Üstəlik, saxtalaşdırma halları da artır.
İqtisadçı-ekspert Azər Allahverənovun sözlərinə görə, avtomobil ehtiyat hissələri üzrə birgə müəssisələrin yaradılması həmin avadanlıqların qiymətlərinin aşağı düşməsi baxımından da maşın sahibləri üçün sərfəlidir: “Azərbaycan bildiyimiz kimi, maşın bazarı üçün çox cəlbedicidir. İl ərzində ölkəmizdə kifayət qədər avtomobil satışı həyata keçirilir. Təxmini hesablamalara görə, bir ildə 100 minə qədər maşın satılıb. Gələnlər arasında uzun müddət istifadə olunanlar da var. Bu mənada da ölkəmizdə ehtiyat hissələri üzrə müəssisələrin olması vacibdir. Satılan maşınlar arasında da əksəriyyət Almaniya, Cənubi Koreya və Yaponiya maşınlarıdır. Onların servis xidmətlərinin və gətirilən ehtiyat hissələrinə qoyulan rüsumun kifayət qədər baha olduğunu da nəzərə alsaq, maşınların saxlanılması və vaxtaşırı təmiri prosesi baha başa gəlir. Ona görə də daha populyar avtomobil markaları üzrə ölkə daxilində birgə ehtiyat hissələri istehsalı müəssisələri yaradılmalıdır. Azərbaycanda hazırda kompüterlər yığılır, soyuducu və digər məişət avadanlıqları istehsalı ilə məşğul olan müəssisələr fəaliyyət göstərirsə, nəqliyyat vasitələri üzrə bu tip müəssisələrin geniş çeşiddə yaradılmasına da ehtiyac var. Məlumatlara görə, bu istiqamətdə məhdud çeşiddə müəssisə var. Azərbaycanda bu istiqamətdə müəyyən mənada şərait də mövcuddur. Gəncə Avtomobil Zavodunda vaxtaşırı bu və ya digər modellərin buraxılması üzrə işlər həyata keçirilir. Bu zavod ehtiyat hissələrin buraxılması üzrə hansısa sifarişləri yerinə yetirə bilər. Zəruri olan çeşidlər istiqamətində belə bir addımın atılması artıq zamanın tələbidir. Bu isə nəticə etibarilə, ölkə ərazisində istismar olunan maşınların servis və təmir haqlarının daha ucuz başa gəlməsinə stimul verər. Digər tərəfdən, burada istehsal olunan ehtiyat hissələri ilə bağlı effektiv nəzarət tətbiq olunduqda həmin ehtiyat hissələrin keyfiyyət məsələsi də öz həllini tapa bilər. Belə də Çin və digər ölkələrdən gətirilən, burda saxtalaşdırılan aşağı keyfiyyətli ehtiyat hissələrinin bazara girişinin da alınar. Deməli, görürük ki, ölkə daxilində ehtiyat hissələri müəssisəsinin yaranması avtomobil sahibləri üçün hərtərəfli sərfəlidir”.
XƏBƏR LENTİ
Günün qoroskopu:Məqsədli olun!
4 yaşlı uşağa ömürlük həbs cəzası verildi
1 günə izləyicilərinin sayı 2 milyona çatdı - FOTO
İcaze.e-gov.az vasitəsilə hərəkətinə icazə verilən şəxslər - SİYAHI
Zeynəb Bastık bir reklamdan 500 min qazanacaq
3D rəsmləri ilə tanınan Stefan
Xanımından Kıvançla bağlı romantik paylaşım
Tarkan gözəllik salonu açır-FOTO
Pianonun ruhumuzla valsı: Evgeniy Grinko
AQTA-dan toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Hande Ataizinin gözəllik sirri məlum oldu
Uşaq xəstəxanaları
Müxtəlif dizaynlı saatlar
Barak Obamadan İrana jest
Ermənistan radioaktiv tullantıları Qarabağda yaya bilər
Altıncı hissi gücləndirməyin yolları
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
Megan Marklın təbii saçı hər kəsi təəccübləndirdi-FOTO
Hava haqqında
Culiya Robertsdən dəyərli məsləhətlər
Bakının küçələrindən biri dəyişir - XƏRİTƏ
Tərəvəzli makaron (foto-resept)
Qadin.Netlilərin maraq dünyası (SON)
Azərbaycanlı boksçu növbəti döyüşünə hazırlaşır
Boğaz ağrısında təbii müalicə üsulları
Qiyməli, pendirli sousda kannelloni (foto resept)
Alişan uşaqlıq FOTOsunu yaydı
Valideyn-övlad münasibəti və narkotiklər
Qarşı cinslə necə tanış olmalı?
Koronavirus onu da vurdu - FOTO
Başınız sağ olsun - Avrasiya öldü...
Rus bulkası "Vatruşka", Sadə bulki və Sosiskalı peraşki (foto resept)
Hikmət Hacıyev: “Erməni işğalçıları əhalimizə qadağan edilmiş silahlardan atəş açırlar” - VİDEO
2050-ci ildə kosmik lift istifadəyə veriləcəkgünün
Satışa çıxarılan Harry Potter evi: De Vere House
Rəngarəng corab modelləri
Yaşamaq üçün ən yaxşı şəhər seçildi
2015 yay ayaqqabıları
İspanaqlı börək (foto-resept)
Bakıda "çolaq" işıqfor
Bakının ən təhlükəli sürüşmə əraziləri açıqlandı - SİYAHI
Xəstəliklərimiz özünü dırnaqlarımızda göstərir
Həddindən artıq yemək istəyinə səbəb olan hallar
2017-nin yaz trendi ayaqqabıları
Miranda Kerridən AÇIQLAMA
Azərbaycanda bütün məzarlıqlar eyni olacaq - QANUN LAYİHƏSİ
Xəzəri Bakıda böləcəklər
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Boyu kiçik olanların DİQQƏTİNƏ!
150 minlik nişan üzüyü ilə gündəm oldu-Əslində isə-FOTO
- ŞƏRHLƏR