Ağır zəhmət tələb edən işlə məşğul olanlarda, demək olar ki, hər gün bel və onurğa ağrıları müşahidə olunur. İlk dəfə ağrı gözlənilmədən baş verir.
Bəs ağrının yaranma səbəbi nədir?
İlk olaraq qeyri aktiv-passiv gün rejimi. İş zamanı biz vaxtımızın çox hissəsini kompyuter arxasında keçiririk. Evə avtomobillə gedirik. Sonra da televizora baxmaq üçün divanda otururuq. Get-gedə özümüzü gəzməyə məcbur etmək, evə liftlə yox pilləkənlə qalxmaq, marketə piyada getmək çətinləşir. Onurğamız günün çox hissəsini hərəkətsiz keçirir, əzələlərdə gərginlik yaranır. Səhər yüngül gimnastika etməyin əvəzinə daha çox yatmağa üstünlük veririk. Sonra tələsik bir fincan qəhvə içərək şəxsi avtomobillə işə yollanırıq.
Həkimlər bel ağrılarının qarşısını almaq və ya onları azaltaq üçün iş zamanı arada fasilə vermək və əzələləri işlətməyi tövsiyə edir. Hərdən bir iki irəli-geri əyilmə hərəkəti, bir neçə addım otağın içi ilə addımlamaq, gərnəşmək kifayət edir. Buna vərdiş etmək üçün öz üzərində işləmək lazımdır. İş yoldaşlarınız naharda olan zaman sosial şəbəkələrə baxmaqdansa, öz sağlamlığınızla məşğul olun.
Hər iki istiqamətdə yükün həcmi eyni olmalıdır. Əgər daim eyni əllə yük daşınarsa, bu, onurğanın əyilməsinə saəbəb ola bilər. Çox zaman normalda ağır yük daşımanın həcmi köçmələr zamanı artır. Bu zaman hər işi öz öhdənizə götürüb onurğa ağrılarından əziyyət çəkməməkdən ötrü yaxınlarınızı köməyə çağırın.
Onurğada problemlərin əmələ gəlmə səbəblərindən biri kimi ayaqqabılar göstərilir. Hündürdabanlı ayaqqabılar gərginliyi artırır, ağır çantala isə gərginliyi bir az da çoxaldır. Ayaqqabı rahat, ayağın quruluşuna uyğun olmalı, bərk olmamalı, təzyiqi azlıtmaq üçün alçaqdabanlı olmalıdır.
Hər kəs ağırlığı düzgün paylamağı öyrənməlidir. Belə ki, bunsuz mümkün deyil. Əgər siz yükü qaldıran zaman azca da olsa, əyilirsinizsə, o zaman onurğaya düşən yük güclü dərəcədə artmış olur. Buna görə də yükü hər iki tərəfinizə bərabər miqdarda bölüşdürməlisiniz.
Çəkinizə nəzarət edin.
Artıq çəkidən əziyyət çəkənlərin çoxu təkcə bel ağrılarından deyil, bel yırtıqlarından da əziyyət çəkir. Düzgün qidalanma sümük və əzələlərin formalaşmasına da təsir göstərir. Qidalanmanıza fikir verin!
Qəfil və uğursuz yıxılmalar da beldə öz izini qoya bilər. Bu fəsad ilk vaxtlarda hiss olunmasa da, tədricən onurğada nasazlıq olduğu sezilir. Çalışın ehtiyatı əldən verməyin!
İdmanın yüngül formaları ilə məşğul olmaq, təmiz havada oyunların təşkili onurğada ağrıların yaranmasını əngəlləyir və əzələləri sakitləşdirir. Əgər ağrı artıq əmələ gəlibsə, onları azaldır.
Su əzələləri sakitləşdirir və möhkəmlədir. Duzların sümüklərdə yığılmasının qarşısının alır, ürəyi və ağ ciyərləri qüvvətləndirir və ağrı yaradan əlamətlərdən olan stressi də aradan qaldırır. Tez- tez su vannaları qəbul edin. Yaxşı olar ki, üzgüçülüklə məşğul olasınız!
Sağlamlığınız öz əlinizdədir! Bunu unutmayın!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Film qəhrəmanları metroda
Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi
Susuzluq kilo aldırar və vaxtsız yaşlandırar
NASA-da ilk və yeganə azərbaycanlı alim
Ali Sunal:"Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu"
FİFA klubumuzu sərt cəzalandıra bilər
Azərbaycanlı güləşçilər FİLA-nın reytinqində mövqelərini qoruyublar
Boy uzanmasına kömək edən qidalar
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Google keçmişə qayıdır
Azərbaycan Türkiyədən raket kompleksləri alır
“Barselona”nın baş məşqçisi qovuldu – RƏSMİ
200-dən çox iynə udmuş azərbaycanlı -ŞOK FOTO
Şuşanın elektrik enerjisi ilə təminatı ilə bağlı VACİB AÇIQLAMA - VİDEO
Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi
Çimərlikdə istirahət ÖLÜMÜ TEZLƏŞDİRİR - Alim RƏYİ
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Çimərliklərin hansı halda açılacağı bilindi
HAVA necə olacaq? 29 MAY
Karantin postlarının yaradılacağı ərazilər açıqlandı
Cəbhədə uşaq yaralandı
Allergiya və onun fəsadları
28 yaşlı bu qız 4 dəfə xərçəngə tutulub-FOTO
Parlaq dodaqlara sahib olmaq istəyirsiniz?
Ədviyyatlar haqqında bilmədiklərimiz (2)
Azərbaycan atletlərindən möhtəşəm qələbə!
Məşhur ailə villanı sata bilmir - FOTO
Zakir Həsənovdan erməniləri qorxuya salan bəyanat
"Viber"də yeni funksiya
Körpələri öpmək niyə zərərlidir?
II və III ixtisas qruplarına qəbul imtahanının nəticələri elan edilib
İŞİD-in məhvi başladı
Uşaqların sosial-psixoloji inkişafı-27
Bu ölkənin əhalisi 150 min azalıb
Moruqlu kokteyl (foto-resept)
Pendirli quymaq (foto resept)
Uşaq otağı mebelləri
Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır
Uşağına bu adı verənə 10 min dollar mükafat
Dördüncü “Eurovision 2019” namizədimiz LƏMAN oldu– Video
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
2015 bürclərə nə vəd edir?
Fransız rəssamın dadlı dizaynları
Roma barədə şok xəbər
Emojilər yenilənir - VİDEO
ABŞ “Alibaba”nın fəaliyyətini qadağan edir
Azərbaycan-Türkiyə hərbi dialoqu başlayır
Mobil telefonların gizli funksiyaları
Məşhur müğənninin hicablı FOTOsu tənqid edildi
- ŞƏRHLƏR