Qadin.NET / Onurğada ağrılar niyə yaranır?

Onurğada ağrılar niyə yaranır?

Onurğada ağrılar niyə yaranır?

Ağır zəhmət tələb edən işlə məşğul olanlarda, demək olar ki, hər gün bel və onurğa ağrıları müşahidə olunur. İlk dəfə ağrı gözlənilmədən baş verir.

Bəs ağrının yaranma səbəbi nədir?

İlk olaraq qeyri aktiv-passiv gün rejimi. İş zamanı biz vaxtımızın çox hissəsini kompyuter arxasında keçiririk. Evə avtomobillə gedirik. Sonra da televizora baxmaq üçün divanda otururuq. Get-gedə özümüzü gəzməyə məcbur etmək, evə liftlə yox pilləkənlə qalxmaq, marketə piyada getmək çətinləşir. Onurğamız günün çox hissəsini hərəkətsiz keçirir, əzələlərdə gərginlik yaranır. Səhər yüngül gimnastika etməyin əvəzinə daha çox yatmağa üstünlük veririk. Sonra tələsik bir fincan qəhvə içərək şəxsi avtomobillə işə yollanırıq.

Həkimlər bel ağrılarının qarşısını almaq və ya onları azaltaq üçün iş zamanı arada fasilə vermək və əzələləri işlətməyi tövsiyə edir. Hərdən bir iki irəli-geri əyilmə hərəkəti, bir neçə addım otağın içi ilə addımlamaq, gərnəşmək kifayət edir. Buna vərdiş etmək üçün öz üzərində işləmək lazımdır. İş yoldaşlarınız naharda olan zaman sosial şəbəkələrə baxmaqdansa, öz sağlamlığınızla məşğul olun.

Onurğada ağrılar niyə yaranır?
Bel ağrılarının ikinci səbəbi tez-tez ağır yük qaldırmaqdır. Bundan həm kişilər, həm də qadınlar əziyyət çəkir. Qadınlar tez-tez saatlarla uşaqlarını qucaqlarında saxlayır, dükan və bazardan ağır çantalar daşıyası olur. Kişilər mebeli hərəkət etdirir, tikinti materialları daşıyır, bəzən ağır zəhmətli fəhlə işi görür. Mütləqdir ki, öz bədənin qaldıra biləcəyi yükün miqdarına bələd olasan və normanı aşmayasan.

Hər iki istiqamətdə yükün həcmi eyni olmalıdır. Əgər daim eyni əllə yük daşınarsa, bu, onurğanın əyilməsinə saəbəb ola bilər. Çox zaman normalda ağır yük daşımanın həcmi köçmələr zamanı artır. Bu zaman hər işi öz öhdənizə götürüb onurğa ağrılarından əziyyət çəkməməkdən ötrü yaxınlarınızı köməyə çağırın.

Onurğada problemlərin əmələ gəlmə səbəblərindən biri kimi ayaqqabılar göstərilir. Hündürdabanlı ayaqqabılar gərginliyi artırır, ağır çantala isə gərginliyi bir az da çoxaldır. Ayaqqabı rahat, ayağın quruluşuna uyğun olmalı, bərk olmamalı, təzyiqi azlıtmaq üçün alçaqdabanlı olmalıdır.

Hər kəs ağırlığı düzgün paylamağı öyrənməlidir. Belə ki, bunsuz mümkün deyil. Əgər siz yükü qaldıran zaman azca da olsa, əyilirsinizsə, o zaman onurğaya düşən yük güclü dərəcədə artmış olur. Buna görə də yükü hər iki tərəfinizə bərabər miqdarda bölüşdürməlisiniz.

Çəkinizə nəzarət edin.

Artıq çəkidən əziyyət çəkənlərin çoxu təkcə bel ağrılarından deyil, bel yırtıqlarından da əziyyət çəkir. Düzgün qidalanma sümük və əzələlərin formalaşmasına da təsir göstərir. Qidalanmanıza fikir verin!

Onurğada ağrılar niyə yaranır?

Qəfil və uğursuz yıxılmalar da beldə öz izini qoya bilər. Bu fəsad ilk vaxtlarda hiss olunmasa da, tədricən onurğada nasazlıq olduğu sezilir. Çalışın ehtiyatı əldən verməyin!

İdmanın yüngül formaları ilə məşğul olmaq, təmiz havada oyunların təşkili onurğada ağrıların yaranmasını əngəlləyir və əzələləri sakitləşdirir. Əgər ağrı artıq əmələ gəlibsə, onları azaldır.

Su əzələləri sakitləşdirir və möhkəmlədir. Duzların sümüklərdə yığılmasının qarşısının alır, ürəyi və ağ ciyərləri qüvvətləndirir və ağrı yaradan əlamətlərdən olan stressi də aradan qaldırır. Tez- tez su vannaları qəbul edin. Yaxşı olar ki, üzgüçülüklə məşğul olasınız!

Sağlamlığınız öz əlinizdədir! Bunu unutmayın!

16 oktyabr 2014
GO BACK