Həm şöhrət, həm də pul gətirən şeylərdən biri də kəşfdir. İnsanlar həmişə nəsə icad etməyi arzulayıblar. Ancaq bəziləri var ki, kəşfləri insanlara fayda versə də, özlərinin ölümünə səbəb olub.Bu insanları təqdim edirəm
Mariya Küri
(Kimyaçı)
İki dəfə Nobel mükafatını qazanan ilk qadın olan Küri də öz ixtirasının qurbanı olub. Çox yüksək radioaktivliyə malik radium və polonium elementlərini kəşf edən Küri I Dünya Müharibəsində yaralı əsgərləri müalicə etmək məqsədilə radiumdan alınan radon qazından istifadə edib. Ömrünün böyük hissəsini radioaktiv elementlərin içində keçirən Kürinin sağlamlığı getdikcə pozulub. Küri 4 iyul 1934-cü ildə 66 yaşında anemiyadan dünyasını dəyişib.
Tomas Endrüs
(Memar)
İrland Tomas Endrüs mindən çox insanın ölümünə səbəb olan "Titanik” gəmisinin memarlarından biri olub. Endrüs da həmin gəminin sərnişinləri kimi Atlantik okeanının dibinə yuvarlanıb.
Horas Louson Hanli
(Hərbçi)
Konfederasiya ordusunda hüquqşünas və dəniz mühəndisi kimi fəaliyyət göstərən Hanli ABŞ Vətəndaş Müharibəsində sualtı qayıq ixtirası ilə məşhurlaşıb. Sualtı qayıqla ilk səfərində 9 nəfərlik heyətin 5 nəfəri dünyasını dəyişib. Daha bir sınaqda özü də içində olmaqla bütün heyət həyatını itirib.
Boqdanov
Həkim Boqdanovun adı bəlkə çoxuna yaddır, ancaq kəşf etdiyi müalicə üsulu haqqında hamı məlumatlıdır: qan köçürməsi. İqtisadçı, professor, həkim Boqdanov gəncləşmək eşqi ilə bir neçə dəfə özünə qan köçürüb. 11 dəfə uğur qazana bilən həkim 12-ci dəfə uğursuzluğa düçar olub. Həkimlər onun infeksiyalı, yaxud uyğun olmayan qan istifadə etdiyi üçün öldüyünü deyirlər.
Uilyam Ballok
(Naşir 1863-cü ildə fırlanan çap maşınını kəşf edən)
Uilyam Ballok bir gün təsadüfən xarab olan maşına əsəbiləşərək onu təpikləyib. Belə bir versiyada var ki, bilməyərəkdən ayağı maşının harasınasa ilişib. Ayağı infeksiyaya yoluxub və o, bir müddət sonra qanqrendən dünyasını dəyişib.
Kristin Çabbak
(Verilişdə intihar edən aparıcı)
Kristin Çabbak televiziyada intihar edən ilk və yeganə xəbər aparıcısı kimi tarixə düşüb. O, 1974-cü ildə televiziya proqramının başlamağından 8 dəqiqə sonra depressiyaya düşərək bunları deyib: "Kanalımız 40 ildir ki, xəbərləri, qanlı cinayətləri və fərqli yanaşmaları birinci çatdırıb. İndi birinin də şahidi olacaqsınız”, — deyərək tapançasını çıxarıb və başına atəş açıb.
Feliks Faure
(Fransız baş nazirin ölümü)
1890-cı ildə Fransanın baş naziri olan Feliks Faure öz ofisində məşuqəsi ilə sevişərkən həyatını itirib. Qatili kompüter oldu 28 yaşlı Li Sanq Seop 2005-ci ildə internet kafedə 50 saat dayanmadan kompüterdə oyun oynayıb və dünyasını dəyişib.
Li Po
(Ayı qucaqlamaq istədi)
Şair Li Po Çin ədəbiyyatının ən yaxşı şairlərindən hesab olunur. Şair həm də likor aludəçisi kimi də tanınır. Ən yaxşı şeirlərini sərxoş halda yazan Li Po bir gecə Yantszı çayında qayıqla gəzəndə suyun üstünə düşən ayın əksinə elə vurulub ki, onu qucaqlamaq istəyib və çayda boğularaq ölüb.
Hans Şteininger
(Ən uzun bığın cəzası)
Avstriyalı Hans Şteininger 1,4 metrlik bığı ilə tanınırmış. 1567-ci ildə şəhərdə yanğın başlayıb. Hans qaçanda bığını yığmaq yadından çıxıb. Çox keçməmiş bığını tapdalayıb, yuvarlananda boynu qırılıb və ölüb.
Cek Deniel
(Parolunu unudan)
Cek Deniel Məşhur viski istehsalçısı Cek Deniel səhər işə tez gəlib kassasını açmaq istəyib. Ancaq parolunu heç cür yadına sala bilməməyinə əsəbiləşib kassaya təpik vurub. Nəticədə, Denielin ayağının baş barmağı zədələnib və bir müddət sonra infeksiyadan dünyasını dəyişib.
Adolf Frederik
(Yeyə-yeyə ölən kral)
İsveç kralı Adolf Frederik yemək sevgisi ilə tanınırmış. "Ölümüm döyüş meydanında yox, yemək süfrəsində olsun” sözünün müəllifi Frederik elə istədiyi kimi də ölüb. 1771-ci ildə, 61 yaşında kök supu, balıq, ikra, xərçəng, 10 qədəh şərab və 14 pors şirniyyat yeyəndən 5 dəqiqə sonra nəfəsi kəsilib.
Harri Haudini
(Sehrbaz)
Tarixin ən böyük sehrbazlarından olan Harri Haudini bir səhvin qurbanı olub. O, şoudan əvvəl iki kollec tələbəsinin fiziki gücünü nümayiş etdirmək xahişinə yox deyə bilməyib. Bədəninin nə qədər yumruğa tab gətirəcəyini göstərmək istəyən Haudninin iltihablı korbağırsağı partlayıb. Sehrbaz əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb.
Nigar
XƏBƏR LENTİ
Rusiyanın hərbi gəmiləri Bakıda - FOTO/VİDEO
Bakıda Novruz yarmarkaları
Qan yaddaşımız
Gülməli şəkillər
Azərbaycanda daha 79 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Dadlı toyuq qızartması (foto resept)
“Təbii artım Avropa ölkələri arasında ən yüksək göstəricidir”
"Qaralatasaray"lılara müjdə: "Aslan"" "Kral"a qarşı oynayacaq
Həyəcan başladı
Övlad qatili
Meşədə balina tapıldı - QƏRİBƏ HADİSƏ
Niderland Türkiyədən üzr istədi
Maraqlı tarixi şəkillər
Əlillələrə iş imkanı
Türkiyə Milli Müdafiə Nazirliyi: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”
Sellüliti aradan qaldıran pəhriz.
Məşhur aktrisa 36 il sonra BOŞANIR-SƏBƏB
Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirildi
Bürclər və daşlar
Gəlin toy günü həyəcandan öldü
O şəhərdə göz-gözü görmür
Bu, son 500 ildə 3 dəfə olub
Fikrət Qoca infarkt keçirdi
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Məşhur aktyor ata oldu-FOTO
Güləşçimiz FİLA-nın reytinq siyahısında ilk onluqda
O an...
Oruc tutanlar imsaqda çay içməsinlər
Günün qoroskopu: Mübahisə etməyin!
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO
Bu gün Bakıda 40 dərəcə isti olacaq
İştahı kəsən qidalar
Məktəbli forması alarkən diqqətli olun: "Pis qoxu, rəngi çıxır"
Dəniz duzunun faydası
Aktyor xanımına 600 minlik hədiyyə aldı-FOTO
Sağlam kökəlməyin yolları
Sürətli kökəlmə proqramı-1
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır
Otellərdə rastlanan qəribə hallar
Qar yağacaq - Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Azərbaycanda zəlzələ oldu
Dünyanın ən böyük fənər sərgisi
DÇ-2014: hansı oyun, hansı kanalda?
Müğənniyə olan sevgisi onu bu hala saldı - FOTO
Tələbələr ordumuza dəstək mitinqi keçirdi
Balaca qızlar üçün yaz geyimləri
Bahalı əməliyyatları bahalı edən nədir?
Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
Azra Akın ana oldu-FOTO
- ŞƏRHLƏR