Bakıda hava 13°
USD AZN
EUR AZN
09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41115

Yerin Qorunan Tavanı: Atmosfer

Yerin Qorunan Tavanı: Atmosfer

Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır.

Göy üzünün “qorunmuş tavan” olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlmişdir.

Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində bir növ maqnitləşmə təsiri yaradaraq maqnetik sahə əmələ gətirir. Van Allen qurşaqları məhz bu maqnetik sahənin atmosferin kənarına çatan hissəsidir. Bu maqnetik sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrə qarşı qorunur.Bu təhlükələrdən biri də “Günəş küləkləri”dir. Günəş Yerə istilik və işıqdan başqa radiasiya ilə birlikdə sürəti saatda 1.5 milyon kilometrə çatan proton və elektronlardan ibarət külək də göndərir. Günəş küləkləri Yerdən 40.000 mil (64.373 km) məsafədəki maqnetik halqalar çəkən Van Allen qurşaqlarından keçə bilmirlər. Zərrəcik yağışı formasındakı günəş küləyi bu maqnetik sahə ilə qarşılaşır və ayrılaraq bu sahənin ətrafından axır. Günəşdən gələn rentgen və ultrabənövşəyi şüalarının böyük hissəsi isə atmosfer tərəfindən udulur. Bu udulma olmadan yer üzündə həyatın olması mümkün deyil. 

Yerin Qorunan Tavanı: Atmosfer

Ətrafımızı əhatə edən atmosfer qurşaqları sadəcə zərərsiz miqdarda olan şüaların, radiodalğaların və görünən işığın Yerə çamasına imkan verən keçirici xüsusiyyətə malikdir. Əgər atmosfer bu keçirici xüsusiyyətdən məhrum olsaydı, nə xəbərləşmə dalğalarından istifadə edər, nə də həyatın təməli olan gün işığını əldə edə bilərdik.

Yer kürəsini əhatə edən ozon təbəqəsi də Günəşdən gələn və canlılar üçün zərərli olan ultrabənövşəyi şüaların yerə çatmasının qarşısını alır. Günəşdən gələn ultrabənövşəyi şüaların yer üzündəki bütün canlıları öldürəcək miqdarda artıq enerji yükü var. Buna görə Yerdə həyatın mövcud olması üçün göyü üzünün “qorunmuş tavan”ına ozon təbəqəsi də əlavə edilmişdir.

Ozon oksigendən alınır. Oksigen qazının (O2) molekullarında  2 oksigen atomu, ozon qazının (O3) molekullarında isə 3 oksigen atomu var. Günəşdən gələn ultrabənövşəyi şüalar oksigen qazına bir atom da əlavə edərək ozonu əmələ gətirirlər və ultrabənövşəyi şüalar sayəsində əmələ gələn ozon öldürücü ultrabənövşəyi şüaları tutaraq yer üzündə həyatın ən əsas şərtlərindən birini əmələ gətirir.

Qısaca desək, əgər Yerin nüvəsinin maqnetik sahə əmələ gətirən xüsusiyyəti, eləcə də atmosfer zərrəli şüaları süzən quruluşda və tərkibdə olmasaydı, şübhəsiz, Yerdə həyatdan əsər-əlamət olmazdı. Aydındır ki, insan üçün həyati əhəmiyyət daşıyan şərtlərin belə qoruyucu xüsusiyyətlərinin hamısı var edilmiş və göy üzünü “qorunmuş tavan” kimi yaradılmışdır.

Başqa planetlərin bu cür “qorunmuş tavan”lardan məhrum olması isə Yer kürəsinin insan həyatı üçün xüsusi olaraq yaradıldığının başqa bir göstəricisidir. Məsələn, Mars planetinin nüvəsi bərkdir və buna görə ətrafında da maqnetik qoruma sahəsi yoxdur. Marsın böyüklüyü Yer kürəsi kimi olmadığı üçün nüvəsində maye hissəni əmələ gətirən təzyiq yoxdur. Bundan əlavə, planetin uyğun böyüklükdə olması da maqnetik sahə üçün kifayət deyil. Məsələn, Veneranın diametri təxminən Yerinki qədərdir. Kütləsi Yerin kütləsindən sadəcə 2% azdır və çəkisi də demək olar ki, Yerin çəkisinə bərabərdir. Ona görə, həm təzyiq baxımından, həm də digər səbəblərlə Venerada da metallik maye nüvə hissəsi əmələ gəlməlidir. Buna baxmayaraq, Venerada maqnetik sahə yoxdur. Bunun səbəbi Veneranın Yerə nisbətən daha yavaş fırlanmasıdır. Yer öz oxu ətrafında bir günə, Venera isə 243 günə fırlanır. 

Yerin Qorunan Tavanı: Atmosfer

Yerin “qorunmuş tavan”ını əmələ gətirən maqnetik sahənin mövcud olması üçün Ayın və qonşu planetlərin ölçüləri və Yerlə aralarındakı məsafələri də vacibdir. Qonşu planetlərdən biri hal-hazırkı vəziyyətindən böyük olsa, bu halda həmin planetdə güclü cazibə qüvvəsi olardı. Bu planetin malik olacağı güclü cazibə qüvvəsi Yerin nüvəsindəki bərk və maye təbəqələrin hərəkət sürətini dəyişdirər, bu günkü formada maqnetik sahənin əmələ gəlməsinə mane olardı. Qısası, Yer atmosferinin “qorunmuş tavan” xüsusiyyətinə malik  olması üçün Yerin nüvəsinin quruluşu, fırlanma sürəti, planetlərarası məsafə və planetlərin kütlələri kimi bir çox amil ən uyğun cəhətdə birləşməlidir.

Kazımov İzhar

Səslərin sayı: 6
10
3688
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Buna görə Yerdə həyatın mövcud olması üçün göyü üzünün “qorunmuş tavan”ına ozon təbəqəsi də əlavə edilmişdir.
7 yanvar 2016 16:53
Offline
Xalidə Həsənzadə
Xeyale Murad bacim cox sagol maraqli xeber hazirlamisan ellerine saqliq give_ros give_ros
19 sentyabr 2014 15:49
Offline
♥♥S.Nur♥♥
Cox saq olun,maraqli xeberi bizimle paylashdiqiniz ucun minnetdaram,Xeyale xanim.
19 sentyabr 2014 15:01
Offline
Qəribə
Çox maraqlı idı, tesekkur edirem.
19 sentyabr 2014 14:46
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Fatma xanım
Tanrı hər şeyi öz qüdrəti ilə yaratmışdır.

orasi duzdu ama insanlar bu yarananlara cox mudaxile ediralar
19 sentyabr 2014 14:41
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ellada Babayeva
Veneranın Yerə nisbətən daha yavaş fırlanmasıdır. Yer öz oxu ətrafında bir günə, Venera isə 243 günə fırlanır.

Maraqlıdır.
18 sentyabr 2014 23:57
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aida M-ova
Başqa planetlərin bu cür “qorunmuş tavan”lardan məhrum olması isə Yer kürəsinin insan həyatı üçün xüsusi olaraq yaradıldığının başqa bir göstəricisidir.

Hər şey insan üçün və qüsursuz yaranıb amma qədrini bilmirik unknown
Yer öz oxu ətrafında bir günə, Venera isə 243 günə fırlanır.

Çox maraqlıdır eşitmişdim amma bu qədər olduğunu bilmirdim scratch_
18 sentyabr 2014 16:29
Offline
Ceylan Mumoğlu
Düşündükcə insanın təəccüblənməməsi mümkün deyil. Başımız üstündə 7 qat, ayağımız altında da 7 qat.
18 sentyabr 2014 16:23
Offline
Xəyalə Murad
Tanrı hər şeyi öz qüdrəti ilə yaratmışdır.

Həqiqətən elədir. Yer üzündə hər şeyin yaranma var olma səbəbi var.
18 sentyabr 2014 16:21
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Qısaca desək, əgər Yerin nüvəsinin maqnetik sahə əmələ gətirən xüsusiyyəti, eləcə də atmosfer zərrəli şüaları süzən quruluşda və tərkibdə olmasaydı, şübhəsiz, Yerdə həyatdan əsər-əlamət olmazdı. Aydındır ki, insan üçün həyati əhəmiyyət daşıyan şərtlərin belə qoruyucu xüsusiyyətlərinin hamısı var edilmiş və göy üzünü “qorunmuş tavan” kimi yaradılmışdır.

Tanrı hər şeyi öz qüdrəti ilə yaratmışdır.
18 sentyabr 2014 15:44
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 13 yaşlı aktrisa vəfat etdi-SƏBƏB

    Qeyd edək ki, Qriqqs səhnəyə ilk dəfə 6 yaşında olarkən Skarlet Yohanson ilə birlikdə çıxmışdı
  • 9 yaşlı uşaq Universitet məzunu olmağa hazırlaşır

    Hollandiyanın Eyndhoven Texnik Universitetində təhsil alan 9 yaşlı Simons artıq məzun olmağa hazırlaşır
  • Məşhur model körpəsinin cinsiyyətini açıqladı

    Ana olmağa hazırlaşan kök model Eşli Qraham övladının cinsiyyətini açıqlayıb.
  • Çağatay Ulusoyun yeni imici bəyənilmədi-FOTO

    Hazırda "Hakan Muhafız" serialında rol alan türkiyəli aktyor Çağatay Ulusoyun son görüntüsü pərəstişkarlarını məyus edib.
  • 2019-cu ilin ən çox qazanan müğənniləri - SİYAHI

    Qadin.Net axşam.az-a istinadən məlumatına görə, 2019-ci ildə sərvətinə sərvət qatan sənətçilər siyahısına 185 milyon dollar gəlirlə Teylor Svift liderlik edib.
  • Qış toyu üçün rəng seçimi

    Tünd qırmızı və açıq çəhrayı rənglər toyda romantik ab-hava yaradacaq.
  • 02:30 - Müəllif: AntonVoxVR
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Читай обзор, регистрируйся в Чемпион Слот и получи бонусы до 200 000 руб.!
  • 02:23 - Müəllif: itapraicMB
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Ciao a tutti vengo dall'italia / itawero
  • 00:31 - Müəllif: homebased
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    http://home-babos.ru http://www.pinterest.ru/pin/714735403347718041 http://vk.com/topic-904265_40504955 http://www.pinterest.ru/pin/715861303254582158 http://vk.com/topic-904191_39874195 http://vk.com/topic-904237_43526531 http://vk.com/topic-904054_39900850 http://vk.com/topic-904332_40136975 http://www.pinterest.ru/pin/849561917192616492 http://www.pinterest.ru/pin/626774473125363015 http://vk.com/topic-904173_40730756 http://vk.com/topic-904061_39874218 http://vk.com/topic-904263_40720361 http://vk.com/topic-904482_40133937 http://vk.com/topic-904431_39885114 http://vk.com/topic-904168_40529147 http://www.pinterest.ru/pin/821977369475118984 http://vk.com/topic-904252_40137120 http://www.pinterest.ru/pin/731905376926224772 http://www.pinterest.ru/pin/647603621401782410 http://www.pinterest.ru/pin/770185973758760565 http://www.pinterest.ru/pin/817051557381779501 http://vk.com/topic-904891_39887013 http://vk.com/topic-904464_39907109 http://www.pinterest.ru/pin/692921092654206510 http://vk.com/topic-904252_40131975 http://vk.com/topic-904218_40537829 http://www.pinterest.ru/pin/781022760363413383 http://vk.com/topic-904173_40721053 http://vk.com/topic-904054_39898290 http://vk.com/topic-904252_40134345 http://www.pinterest.ru/pin/775815473293345654 http://www.pinterest.ru/pin/617274692661413671 http://vk.com/topic-904310_40743302 http://vk.com/topic-904263_40722907 http://www.pinterest.ru/pin/589690144943716474 http://vk.com/topic-904263_40724300 http://www.pinterest.ru/pin/624381935823070388 http://vk.com/topic-904168_40530106 http://vk.com/topic-904062_40126561 http://vk.com/topic-904191_39874733 http://www.pinterest.ru/pin/798614946408986543 http://vk.com/topic-904197_43527014 http://vk.com/topic-904334_39910390 http://www.pinterest.ru/pin/634233560007930382 http://www.pinterest.ru/pin/742249582320886061 http://www.pinterest.ru/pin/791507703245014908 http://www.pinterest.ru/pin/849913760913005657 http://www.9damaomods.com/space-uid-1400274.html http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4 http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4
  • Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR

    Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )