Quran və sünnə işığında imanın əsasları
RÜBUBİYYƏ TÖVHİDİ
1. Tərifi: a) Lüğəti mənası: Rübubiyyə sözü rabəbə felindən əmələ gəlmiş məsdərdir. Rəbb sözü də bu feildən əmələ gəlmişdir. Rübubiyyə
Allahın sifətidir. Bu, Allahın Rəbb adından götürülmüşdür. Rəbb sözü ərəb dilində müxtəlif mənalar daşıyır: bunlardan bəziləri hökm-
dar, itaət olunması gərəkən rəhbər, islah edəndir.
b) İstilahi mənası: Rübubiyyə tövhidi–Allahı Onun gördüyü işlərdə təkləşdirməyə deyilir. Bu işlərə yaratmaq, ruzi vermək, hökmranlıq etmək, nemət vermək, mülk sahibi olmaq, surət vermək, əta etmək və məhrum etmək, fayda vermək və zərər yetirmək, öldürüb-diriltmək, dəqiq idarə etmək, hökm vermək və təqdir etməyi misal göstərmək olar. Bütün bu işlərdə Allahın şəriki yoxdur. Odur ki, hər
bir bəndə bunlara iman gətirməlidir.
2. Dəlilləri a) Qurandan dəlillər: Uca Allah buyurur: “O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər” (Loğman, 10-11). Uca Allah həmçinin buyurur: “Bəlkə onlar öz-özünə (yaxud əbəs yerə) yaranıblar? Yaxud onlar yaradanlardır?” (ət-Tur, 35).
b) Sünnədən dəlillər: İmam Əhməd və Əbu Davud Abdullah ibn Şixxirdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Seyyid, Uca və Ulu Allahdır...” Tirmizinin "Sünən" əsərində və başqa rəvayətlərdə Peyğəmbər (s.a.s) İbn Abbasa vəsiyyət edərək demişdir: “Bil ki, bütün ümmət yığışıb sənə fayda vermək istəsə, Allahın sənin üçün yazdığından başqa sənə heç bir fayda verə bilməzlər. Həmçinin əgər onlar yığışıb sənə bir zərər yetirmək istəsələr, Allahın sənin üçün yazdığından başqa sənə heç bir zərər yetirə bilməzlər. Artıq qələmlər qaldırılmış, mürəkkəblər də qurumuşdur.” (“Sünən Tirmizi”, 2516; “Müsnəd Əhməd”, 1/307. Bu hədisi Tirmizi “həsən”, Hakim isə “səhih” hesab etmişdir.)
c) Əqli dəlillər: Ağıl Allahın möcüzələrinə baxıb onlar haqda düşünməklə Allahın varlığına və onun rübubiyyətdə tək olmağına, Onun kamil qüdrət sahibi olmasına və insanlar üzərində nəzarət etməsinə dəlalət edir. Belə ki, Allahın yaratdıqlarına baxıb onunla Allahın rübubiyyətdə tək olmasına müxtəlif yollarla dəlil gətirmək olar. Həmin yolların ən məşhuru ikidir:
Birinci yol: İnsanın yaradılışı barədə düşünməklə Allahın möcüzələrinə nəzər salmaqdır ki, bu da nəfsi dəlalət adlanır. İnsan
Allahın ən böyük möcüzələrindən biridir ki, bununla Allahın tək şəriksiz olmasına dəlil gətirmək olar. Uca Allah buyurur: “Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?” (əz-Zariyat, 20-21). Uca Allah həmçinin
buyurur: “And olsun nəfsə və onu yaradıb kamilləşdirənə” (əş-Şəms, 7). Əgər insan özü haqda, habelə Allahın onu qəribə biçimdə
yaratdığı barədə dərindən düşünsə, başa düşər ki, onun Yaradan, Müdrik və (hər şeydən) Xəbərdar olan Rəbbi var. Axı insan özünün
yaranmış olduğu nütfəni yarada bilməz, yaxud bu nütfəni laxtalanmış qana, qan laxtasını bir parça ətə və o bir parça əti sümüklərə çevirə bilməz, yaxud bu sümükləri ət ilə örtə bilməz.
İkinci yol: Allahın kainatı yaratmasındakı möcüzələrə nəzər salmaqdır ki, buna da kainat dəlilləri deyilir. Bu da Allahın rübubiyyətinə dəlalət edən ən böyük möcüzələrdən hesab olunur. Uca Allah buyurur: “Quranın haqq olduğu onlara aydın olana qədər Biz
dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?”
(Fussilət, 53). Hər kim kainata, yerə, göyə, ulduzlara və planetlərə, günəşə və aya, yer üzərindəki dağlara, ağaclara, dənizlərə və çaylara, gecə ilə gündüzün bir-birini əvəz etməsinə, kainatın tam dəqiqliklə hərəkət etməsinə nəzər salarsa, bütün bunları yaradan, yoxdan var edən və sahmana salan bir varlığın olmasına əmin olur. Ağıllı adam hər dəfə bu məxluqatlar barədə düşündükdə, kainatın bu ecazkarlığına nəzər saldıqda, onların həqiqətən haqq üçün və haqq ilə yaradıldığını, habelə bu kainatın, Allahın Özü haqda verdiyi xəbərləri təsdiq edən möcüzələrlə dolu səhifələr və dəlil-sübutla dolu kitablar, həmçinin, Onun Təkliyini sübut edən dəlillər olduğunu dərk edir.
Rəvayət olunur ki, bir dəfə bir qrup şəxs Allahın Rübubiyyəti barəsində İmam Əbu Hənifə ilə mübahisə etmək istəyir. İmam da onlara belə deyir: “Söhbətimizə başlamazdan əvvəl, bir mənə deyin görüm, Dəclə çayında öz-özünə gedib (göyərtəsini) ərzaq və sairə ilə dolduran, öz-özünə gedib-gələn, heç kəsin idarə etmədiyi bir gəmi haqda nə düşünürsüz?” Onlar dedilər: “Belə bir şeyin olması əsla mümkün deyil.” İmam dedi: “Əgər bunun gəmiyə aid edilməsi mümkün deyilsə, bu aləmdə–göydə və yerdə baş verməsi necə mümkün ola bilər?” Bununla da o bildirmişdir ki, bu aləmdə olanlar arasındakı bağlılıq, habelə bu aləmin dəqiq və kamil biçimdə yaradılması, onun tək olan Xaliq tərəfindən yaradıldığına dəlalət edir.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Növbəti xəbərimizdə tövhidin bu növünü təsdiq etməyin əzabdan qurtulmaq üçün kifayət etmədiyinin bəyanı barədə də söhbət açacayıq. Ona görə də xəbərimizin ardını mütləq izləyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Üçgözlü ilan
Köhnə kitablar üzərində rəsm əsəri
İlham Əliyevlə eyni fikirdəyik
Bülent Ersoydan Tarkana gecikmiş toy hədiyyəsi
"Səkkizinci qitə"yə dair yeni dəlillər tapıldı
2014-cü ilin babet modelləri
Günün ulduz falı - 28.02.2014
Həyatı üç il uzatmaq üçün cəmi beş dəqiqə lazımdır
BÜRCLƏR bizə nə vəd edir?-31 Mart
Hava haqqında
Payızda yaz havası
Şagirdlərə VACİB XƏBƏRDARLIQ: Sabahdan etibarən...
Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib - VİDEO
Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu - RƏSMİ
Depressiyadan qorunmağın yolları
Bəlğəmi nə təmizləyər?
Con Frenç Sloanın rəsmləri (4)
Erməni silahı susmur
Türkiyədə dəhşətli həbsxana tapıldı
Azərbaycanın Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna dəyişiklik edilib
Aforizmlər
Dünyanın ən təmiz dənizləri
Bulvarda fləşmob – “Himnimizi bir yerdə oxuyaq” - FOTO
LCD monitor və LCD TV necə təmizlənməlidir?
Bakıda daha bir "yol ələyi" yaradılır
Nataşa Korolevaya keçmiş ərindən danışdı
“Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edilə bilər
82-ci Oskar(2010) mərasimindən platyalar
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI
Azərbaycanda sabahdan daha bir məhdudiyyət LƏĞV OLUNUR
Cəlilabadda unikal tapıntı: tarixi salnamə aşkarlandı
İşçilərin hüquqlarını pozan sahibkarlar həbs olunacaqlar
Zəngilansız 22 il
Sevənləri "Tez evlənin" yazdılar-FOTO
Metronun bağlanmasının əsas səbəbi açıqlandı
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Üç gün toy edən modelyer
Əhaliyə xəbərdarlıq
Hacılarımız qayıdır
Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi qatılıb
Ən istedadlı bürclər hansıdır?
Hava haqqında - 01.02.2014
Günün qoroskopu: məsləhət üçün təcrübəli insanlara müraciət edin
Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Şəhid atasından qürurverici sözlər - VİDEO
Maradona vəfat etdi
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
Aralıq dənizində raket müharibəsi başladı?
Arıqladan cəfəri suyu
- ŞƏRHLƏR