Avqustun 6-sından etibarən ölkəmizdə “Premium Avro-95” benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub. Bakıda və rayonlardakı yanacaqdoldurma mərkəzlərinin bir çoxunda “Premium” markalı benzin 97 qəpikdən satılır. Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilib. Tarif Şurasının benzinin bahalaşmağı ilə bağlı məlumatında qeyd olunur ki, Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarına əsasən, ölkəyə idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Bu, “Premium Avro-95” və “Super Avro-98” benzininin daxili bazarda sərbəst qiymətlərlə satışına imkan verir.Ekspertlər bunu Azərbaycanda “Premium Avro-95” benzinin istehsalının dayandırılması ilə əlaqələndirirlər. Ekspertlər hesab edirlər ki, Ümumiyyətlə Azərbaycanda əvvəllər də yüksək oktanlı benzinin istehsalı üçün texnologiya olmayıb. Bu 92 markalı benzinə aşqarların əlavə edilməsilə onun oktan dərəcəsi artırılıb. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ANS PRESS-ə açıqlamasında bildirib ki, ölkədə benzinə olan təlabat artdığından hökumət belə qərara gəldi ki, bütün gücü 92 markalı benzinin istehsalına sərf etsin. 95 markalı benzinin isə artıq aşqarlarla deyil, normal keyfiyyətdə olan AVRO4 standartlı premium klaflı 95 markalı benzin gətirilsin. Ekspert bunu ölkə rəhbərliyi tərəfindən vaxtında və düzgün atıan addım kimi qiymtələndirir.“Əvvəllər istehsal olunan benzinin oktan dərəcəsi kimyəvi yolla artırılırdı. Bu baxımdan da, sürücülər narazılıq edirdilər. Çoxu 95 markalı benzini şəhərlərarası yola çıxanda vururdular. Onlar benzinin havaya uçduğunu bildirirdilər. Tıxaca düşən, yaxud benzin bir neçə gün qalanda, ona vurulan aşqarlar buxarlanırdı. Onun da yerinə 92 markalı benzinin tərkibi qalırdı”, - deyə İlham Şaban bildirib. Qeyd edək ki, 2012-ci ilin hesabında Dövlət Neft Şirkətinin hesabatında göstərilirdi ki, 95 markalı benzin təqribən 65 min ton istehsal olunmuşdu. Ölkə daxilində avtomobil benzini isə 1,3 milyon ton benzin istehlak olunurdu. Təxminən 5 faiz 95 markalı benzina təlabat olub.İlham Şabanın sözlərinə görə, indi bu təlabat daha da azalıb: “Baxmayaraq ki, küçədə bahalı maşınların sayı artıb. Lakin mən müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, “Premium Avro-95”a olan təlabat daha da azalıb. Mən yanacaqdoldurma məntəqələrindən mütəmadi olaraq sorğular aparıram ki, 95 markalı benzinə təlabat nə qədərdir. Bütün yanacaqdoldurma məntəqələrindən bildirilir ki, bu benzinə təlabat daha da azalır”.Ekspert bildirir ki, Azərbaycanda “Super Avro-98” benzininə olan təlabat çox aşağıdır: “Bəzən yanacaqdoldurma məntəqələrində 98 markalı benzin yazılır. Lakin həmin benzindən heç aylarla istifadə etmirlər. Bir çox yanacaqdoldurma məntəqələrində həmin markalı benzin heç yoxdur. Sadəcə görüntü xatirinə yazırlar. Dövlət Statistika Komitəsinin rəqəmlərinə nəzər saldıqda görərik ki, 2013-cü ildə bir il ərzində Azərbaycana 98 markalı benzindən cəmi 3 min ton yanacaq gətirilmişdi”.Rəsmi statistikaya nəzər saldıqda görərik ki, bu ilin 7 ayı ərzində ölkəyə 38 min avtomobil gətirilib. İlin sonuna qədər bu rəqəm 60 min olacaq. Hər avtomobil də, gündə orta hesabla 5 litr yanacaq işlədərsə, günə 25 min litr yanacaq tələb olunur. Bu təlabat da nəyinsə hesabına ödənilməlidir.Bu səbəbdən, İlham Şaban hesab edir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların yaradılmasına ehtiyac var.“Ona görə də, ölkə başçısı birinci yarımilliyin yekunlarına həsr olunmuş hökumətin iclasında ARDNŞ-ə tapşırıldı ki, yaxın 3 il ərzində Avro 5 standartına uyğun yanacaq istehsalına keçirilsin. Bununla da, Azərbaycan artıq başqa ölkələrdən benzin almayacaq. Bu da ölkənin daxili təlabatını yeni zavod işə düşənə qədər ödəmək üçün nəzərdə tutulub”, - deyə İlham Şaban bildirib.Mütəxəssislər “Premium" markalı benzinə olan tələbatı tam şəkildə yerli istehsalatla təmin etdikdən sonra qiymət dəyişikliyini də istisna etmirlər. Bundan sonra "Premium" markalı benzinin qiymətinin bir qədər ucuzlaşacağı gözlənilir. Məsələ ilə bağlı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanda yeni zavodlar inşa etmək vacibdir: “Heydər Əliyev adına Neft Emalı Zavodunun ömrünü uzatmağa çalışırıq. Bunun üçün də modernizasiya etmək lazımdır. Məqsədimiz yeni zavodlar işə salınana qədər “Avro 4”, “Avro-5” standartlarına cavab verən benzin istehsal etməkdir. Yeni neft emalı zavodları 2023-cü ildə işə salınacaq. O müddətə kimi bu yenilənmə işlərini yekunlaşdırmalıyıq”.
Rövnəq Abdullayevin sözlərinə görə, emal zavodlarının inşası çətin proses olduğu üçün onu tez bir zamanda etmək mümkün olmur: “Dünyanın nüfuzlu şirkətləri ilə neft emal zavodlarının layihələri üzərində çalışırıq. Heydər Əliyev adına Neft emalı zavodunun ömrünü uzatmağa çalışırıq. Bunun üçün də modernizasiya etmək lazımdır. Məqsədimiz yeni zavodlar işə salınana qədər Avro 4, Avro-5 standartlarına cavab verən benzin istehsal etməkdir. Yeni neft emalı zavodları 2023-cü ildə işə salınacaq. O müddətə kimi bu yenilənmə işlərini yekunlaşdırmalıyıq”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Dünya mətbəxi - Hindistan
Ən faydalı 10 qida maddəsi
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Xoşbəxt ailə qaydaları
''Ali Müsəmma" plovu (foto resept)
Rəqəmlər (6)
İnternetin qiyməti enəcək?
TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb
Brabus Mercedes-Benz yeniləndi
Hər kəs bu yeniyetmədən danışır
Sabahın havası
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
İŞİD qorxuya düşüb
Yeni ildə işıqsız qalmayacağıq
Ermənistan hökuməti Qarabağın "müstəqilliyi" layihəsinə rəy verdi
Seda Sayan Bakıya gəlir
Yaz salatı (foto resept)
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Yuxusuzluq üçün şəfalı daşlar
7 gün ərzində pomidor yeməyin faydaları
Yapon alimindən oruc tutmaqla başlı AÇIQLAMASI
Günün ulduz falı
Bakıdan Sumqayıta 80 qəpiyə
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
Toyuqlu rizotta(foto resept)
Yuxu
Türkiyədə ən populyar qız adı Zeynəbdir
Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir
"Nar Bağı" filmi Oskar mükafatına təqdim edilib
Turistlər üçün ən ucuz Avropa şəhərləri
Bu ay böyük savaş başlayır
BÜRCLƏR bizə nə vəd edir? -24 İyun
Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
“Aşk-ı memnu”nun Bülənti illər sonra – FOTO
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Rianna ərəb milyarderlə nişanlandı - FOTO
Sən bu gün çox gözəlsən! Bəs sabah?..
Dərman bitkilər
Yeni doğulan körpəni necə bəsləmək lazımdır?
Leyla Əliyevanın doğum günüdür
Məkkə gülü haqqında eşitmisinizmi?
Yumruğunuza görə xarekteriniz
Hava haqqında
Qatillə mübarizəyə 100 milyon dollar
İŞİD Türkiyəyə top atdı
ABŞ-ın yeni erməni qorxusu
Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
Qırmızı şərabın faydaları
Cəbhədə uşaq yaralandı
- ŞƏRHLƏR