Emosiyalar
Emosiyalar insanların həyat fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Onlar orqanizmin yaşaması üçün optimal şəraitin yaradılmasına və bütün tələbatın ödənilməsinə yönəldilmişdir. Buna nail olduqda orqanizmdə müsbət, əks halda isə mənfi emosiyalar yaranır.
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, baş beynin limbik şöbəsi ilə beyin qabığı arasında, eləcə də retikulyar (retikulyar formasiya – baş beynin mərkəzi şöbələrinin dərinliyində yerləşən torabənzər sinir strukturlarının məcmusu. Müxtəlif istiqamətlərə gedən külli miqdarda sinir telləri ilə xarakterizə olunur. Əsas funksiyaları sinir sisteminin ümumi oyanıqlıq vəziyyətini tənzim etmək və onurğa beyninin reflektor fəaliyyətinə nəzarət etməkdən ibarətdir. Ayıqlıq, təşviş və fəal diqqət vəziyyətləri ilə əlaqədardır.) formasiya və hipotalamus (hipotalamus görmə qabarlarının aşağı hissəsində yerləşir. Bu sahə orqanizmin vegetativ funksiyaları ilə sıx əlaqədardır. Hipotalamusun zədələnməsi və yaxud güclü qıcıqlanması zamanı, orqanizmdə bir sıra vegetativ pozğunluqlar baş verir: yağ, su, duz mübadiləsi pozulur, tər ifrazı meydana gəlir, damarlar büzülür, qan təzyiqi yüksəlir. Qanda adrenalin və koradrekalinin
miqdarı artır. Mənfi emosiyalarda, ən çox da vahimədə yaranır) arasında mövcud olan qarşılıqlı əlaqələr bu mexanizmlərin yaranmasında əsas yer tutur.
Emosiyaların yaranması mexanizmlərinin öyrənilməsində P.K.Anoxinin, K.V.Sudakovun və başвЂђqalarının tədqiqatları böyük rol oynamışdır.
İnsanın həyat fəaliyyətində emosiyaların yaranması mövcud dinamik stereotiplərin pozulması və yeni stereotiplərin əmələ gəlməsi nəticəsində qarşıya çıxan çətinliklərdən irəli gəlir. Emosiya hər hansı bir hissin bilavasitə keçirilməsinin cərəyanıdır.
Bəzən emosiyalar öz təsir qüvvəsinə görə fərqlənir. Belə emosiyalara stenik emosiyalar deyilir. Onlar insanı hərəkətə, danışığa təhrik edir, ona qüvvə verir. Sevincindən insan “dağı‐dağ üstünə qoymağa” hazır olur.
Stenik emosiyalar orqanizmin tonusunun və qabiliyyətinin fəallığını artırır. Başqa hallarda isə emosiyalar passivliyi və fəaliyyətsizliyi ilə səciyyələnir, insanı zəiflədir. Bəzən qüvvətli bir hissi keçirən şəxs öz aləminə qapılır, cəmiyyətdən uzaqlaşır. Bunlar astenik emosiyalardır.
İcra olunan hərəkətlərin motivi kimi emosiyalar bəzən fəaliyyəti təşkil edir, bəzən də onu pozur. Emosional zəiflik halında insan fəaliyyəti öz məqsədyönlülüyünü itirir, təfəkkür və fantaziya zəruri stimulundan məhrum olur.
Lakin valideynlər qeyd etdiyimiz bu aləmə bilib‐bilmədən müdaxilə etdikdə sonu heç də sevindirici olmayan hallar baş verir. Uşaq psixikasında olan hər hansı bir cüzi zədə gələcək nəsildə, ya da gələcəkdə qurulacaq ailə həyatında öz əksini tapmış olur. Mənfi emosiyalar ardıcıllıqla müəyyən vaxt ərzində təkrar olunursa, stres reaksiyaları yaranır.
Stress
Çətin şəraitlərdə müxtəlif ekstremal təsirlərə cavab olaraq yaranmış hər hansı bir fəaliyyətin gərgin psixoloji halı stress adlanır. Stres fizioloji cəhətdən orqanizmin fəaliyyətinin daxili şəraitinin sabitliyinin pozulmasıdır. Stresin ilkin mexanizmlərini Kanada fizioloqu Hans Selye öyrənmişdir. O müəyyən etmişdir ki, orqanizmə mənfi qıcıq təsir etdikdə, ürək döyünməsi, adrenalinin miqdarının çoxalması və s. bu kimi cavab reaksiyaları müşahidə olunur. Bu reaksiyalar cəmini H.Selye stres adlandırmışdır. Stres ingilis dilində “gərginlik” deməkdir. Beləliklə, stres sinir gərginliyidir.
Qıcıqların növündən və səviyyəsindən asılı olaraq iki cür stres növünü qeyd etmək olar: destruktiv və konstruktiv stres. Bunların hər ikisinin fizioloji mexanizmi eyni, nəticələri isə müxtəlifdir. Destruktiv stres dağıdıcılıq xarakteri daşıyır. Yəni insanın əhvalı dəyişir, özünə nəzarət itir, onun özünü şüurlu şəkildə ələ alma qabiliyyəti zəifləyir.
Konstruktiv stresdə isə orqanizm özünü səfərbər edir, yeni enerji mənbəyi taparaq “xilas” olur, insan özünü tez ələ ala bilir. Reaksiya, məzmununa görə, affektiv və koqnitiv davranış hissləri kimi bölüşdürülür.
Koqnitiv reaksiyalar şəxsin şübhəli olduğu faktların araşdırılmasına səbəb və səbəbkarı axtarmaqla hadisələrin gedişini qurmağa proqnoz verməyə yönəldilib. Koqnitiv reaksiyalar astenik xarakterli intellektual şəxslərdə üstünlük təşkil edir.
Affektiv reaksiyalar emosional surətdə hadisəni keçirtmə vəziyyətidir. Ümidsizlik, qorxu, qəzəb, nifrət bu reaksiyalara aiddir.
Davranışlı reaksiya isə fiziki mübarizə və imtina ilə xarakterizə olunur. Bir şəxsin davranışı stres səciyyəsi daşıyan yerdə qüvvətli sinir sisteminə malik olan digər şəxsdə heç bir gərginlik əlaməti müşahidə edilmir. Stres şəraitində davranışın pozulmasının qarşısını alan ən mühüm amil məsuliyyət hissidir.
Faktlara müraciət edək:
Otuz yaşlı qadın ağır isteriyadan əziyyət çəkir. Belə ki, güclü stress zamanı nitqində qırıqlıq, rabitəsiz hərəkətlər, hətta kəkələmə hiss olunur. Artıq ani həyəcandan və konfliktdən onda qıcolma, ürəkbulanma, qusma, qarın nahiyəsində ağrılar başlayır. Bu isə onu tez‐tez həkimə müraciət etməyə məcbur edir. Həmin qadınla söhbətdən məlum olur ki, körpəlikdə evin ən sevimli övladı olub, əgər istəyi yerinə yetirilmirdisə, yerə yıxılıb ayaqlarını döşəməyə vurar və ağlayarmış. Nənə, baba, valideynlər isə ona həmin an istədiyini verərmişlər.
Təklikdə və ailəsində mahnı oxuyan, şer deyən 10 yaşlı oğlan (hətta skripkada çala bilir) məktəbdə, dostları, qohum‐qardaş yanında özünü itirir, tez‐tez səhvlərə yol verir. Məlum olur ki, o, uşaqlıqda valideynləri tərəfindən daim “Adam arasına çıxa bilmirsən! Utancaqsan, qız kimisən. Heç belə də oğlan uşağı olar? Bir də səhv etsən, gör sənə nə edəcəyəm!” kimi danlaqlara məruz qalmışdır. Halbuki, valideynlər bilməli idilər ki, bu sözlərlə uşağı güclü stress vəziyyətinə salırlar. Bu zaman isə orqanizmdə maddələr mübadiləsi pozulur, uşağın rəngi avazıyır, əlləri titrəyir, ürək döyüntüsü artır. Bu hal daim davam etdiyi müddətdə uşağın hərəkətlərində nizamsızlıq, nitqində kəkələmə halları müşahidə olunur.
Belə misalları çox göstərmək olar. Ona görə də istər nənə, baba, istərsə də ata, ana, ya da uşağa tərbiyə verən digər şəxslər bilməlidirlər ki, hər bir uşaq çiçəklər kimi rəngarəng və təkrarolunmazdır. Əgər onlara vaxtlı‐vaxtında qulluq olunmasa, əlbəttə ki, solar, öz təravətini itirərlər.
Körpələr bizim gələcəyimizdir. Onların gələcəkdə yaxşı və ya pis olmaları isə bizim özümüzdən asılıdır.
Hüseyn Xəlilov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Putin: “Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər” - VİDEO
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Mayli Sayrus qəribə paylaşımları ilə DİQQƏT çəkdi-FOTO
Çiy bibərin faydaları
(cizgi filmi)
Blinçik boğçası (foto resept)
Paranoyaya kişilərdə daha çox rast gəlinir
Vahid məktəbli forması necə olacaq?
Keramikadan təbiətin imtasiyası
Bir-birindən gözəl eyvan dekorasiyası
Turabi ABŞ-da çempiyon oldu-VİDEO
Burnunuzu kəsirsiniz, yoxsa səsinizi?
Neslihan Atagül Bakıya gəlir
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
Ağız qoxusunun çarəsi
Beren Saat ilk dəfə evliliyindən danışdı - VİDEO
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Məşhur aktrisa ərə getdi
“Hercai”nin “Miran”ı sevgilisi ilə - FOTO
Azərbaycanda güclü qar yağdı
Azərbaycan güləşçiləri beynəlxalq turniri 24 medalla tamamlayıblar 16:10, 25 noyabr 2013
Ana südü hansı orqanın məhsuludur?
Qvinet Paltrou makiyajsız halı ilə QORXUTDU
Nə qədər sayt işləyir?
Qız kabab yeməklə 15 min qazanaraq birinci oldu
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Üzr istəməsən, ölərəm
Prezident İlham Əliyev: "Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin qətlə yetirilməsi növbəti hərbi cinayətdir"
Samsung sağlamlıq platforması yaratdı
Günün qoroskopu: Pozitiv gündür!
Nazim ilə Piraye
Şahzadə Yevgeniya: Çapığımdan utanmıram - FOTO
Bakıda 3000-ə yaxın müəllimin maaşı artırıla bilər
Yatmadan əvvəl dəri baxımı
Saç sağlamlığı üçün saçları necə yumalı?
“Formula-1”ə görə bağlanan yollar
Sağlıqlı və xoşbəxt olmağın 20 yolu
Prezident onu vəzifədən AZAD ETDİ
Özünüzü idman etməyə məcbur edirsiniz?
Qadın boksçularımız Almatı turnirində yarımfinalda
Evdə saç jelesi hazırlayaq
İrem Derici Bakıya gəlir
Mitinq çağırışı edən saytlar bağlanacaq
Samsung smartfon kimi saat buraxacaq
Gözəl jaketlər
Saç boyasını dəridən təmizləməyin üç asan yolu
Aya bilet alan ilk vətəndaşın pulu geri qaytarılıb
Qatarlara “ağıllı” pəncərələr quraşdırılacaq-VİDEO
Günün ulduz falı
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
- ŞƏRHLƏR