Qəlbimin səsi
Nəsibim olmayıb ata sözünü,
Ömrümdə dilimə gətirməmişəm.
Gördükcə saldığı gözəl izini,
Sanıram atamı itirməmişəm.
Öz əqlim əlim olubdu çıraq,
Həm pisdən, yaxşıdan tutmuşam soraq.
Aqil insanlardan mən dərs alaraq,
Nadandan nəsihət götürməmişəm.
Zatına layiqdi hər kəsin adı,
Seçmədim qohumu, tanışı, yadı.
Niyə arzularım mənim olmadı?
Mən ki, qanqal əkib bitirməmişəm.
Adım Zülfüqardı, bəllidi könlüm,
İnanma büdrəyim, əyilim, çöküm.
Halaldı bazarım, gövhərdi yüküm,
Əl atıb haramı götürməmişəm.
Yaşanmış ömür
Ömrün yarpaqları yaman saralıb,
Külək əsməsə də, töküləcəkdir.
Qocalıq əbası nə günə qalıb?
Bircə sapın çəksən, söküləcəkdi.
Başa qaxınc olduq, ömürə yamaq,
Mümkünmü günahı günahla yumaq?
Yağı qurtarıbsa, neyləsin çıraq,
Get-gedə şöləsi çəkiləcəkdir.
O ki, geri alır verdiyi canı,
Nəyimı gərəkdi şöhrəti, şanı.
İnsan dərk edin sirli cahanı,
Zəmisi biçilib əkiləcəkdi.
Zülfüqar, arzu, kam yetməyir sona,
Hər addım dəyişir, baş qoşma ona.
Ömür dedikləri möhtəşəm bina
Vaxt tamam olanda söküləcəkdir.
Olur
Yaxşı, yaman üzbəüzə gələndə,
Pis işlərin səbəbkarı xar olur.
Tutduğu işləri hamı biləndə
Dil topuq çalsa da, qulaq kar olur.
Tərlan könül zirvələrə ucalar,
Aqil olan müdrikləşər, qocalar.
Qurum basar, çəkməz əyri bacalar,
Xarabalar bayquşlara yar olur.
İnsan var, ölsə də, xəyala gəlir,
Onları yad edən ürək dincəlir.
Nadan öləndə də nadantək ölür,
Gedən gedir, qalanlara ar olur.
Öyüd götür, etdiyini ara sən,
Xeyir, şərdən uzaq qaçma yara sən.
Yaxşı ol ki, yaxşılıq da görəsən,
Bar verən ağacda meyvə bar olur.
Zülfüqar, ayıq ol, düşmə kəməndə,
Dərd var ki, zərbinə dözməyir bəndə.
Qurdlar ova çıxır dumanda, çəndə,
Gizli iş tutanlar canavar olur.
Müəllif: Zülfüqarov Zülfüqar
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Çuğundur salatı
Hay-küyü çox, faydası yox
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Monika Belluçidən yeni FOTOlar
Sosyopatı necə tanımalı?(1)
Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı
Hepatitdən qorunmağın yolları
Qiymət artıranlar sərt cəzalandırılacaq
Müəllimlərə veriləcək testlər
Günün ulduz falı
Bədən tipinə uyğun ətək seçimi
İlon Mask Marsda məskunlaşma üçün bütün sərvətini satacaq
Azərbaycan gimnastı Dünya Kubokunda finala çıxdı
Sevgi münasibətləriniz necədir?
Dedektivlər barədə
Abituriyentlərin NƏZƏRİNƏ: ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
Acun TV8-i neçəyə aldığını açıqladı-FOTO
Yeni girovun 15 yaşı var imiş
Yeni tikilən mənzillər ucuzlaşdı, köhnə tikililər isə əksinə
Zəlzələni 5 ay əvvəl proqnozlaşdıran türk alimdən - Qorxunc açıqlamalar
Azərbaycanda 15 yaşlı oğlanı zorla nişanladılar
31 il əvvəl itkin düşmüş oğlan ailəsinə qovuşdu - VİDEO
Atanın genləri ilə keçən xüsusiyyətlər
Qədim hamamlar dağılmaq təhlükəsi ilə üz-üzə
Əlillərə xəbər var
Beyin silkələnməsinin diaqnostikası üçün yeni test hazırlanıb
Monika Belluçidən YENİ FOTO
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
İstanbulda Şuşa sevinci - VİDEO
Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı İsmayıllıda keçiriləcək
Qarğalar haqqında maraqlı məlumatlar
Azərbaycanda 33 yaşlı kişini ildırım vurdu
“ASAN Xidmət” rüsumları açıqladı - SİYAHI
Türkiyə-Azərbaycan-Türkmənistan üçlər formatı yaradılır
Sergey Lazarev ilk dəfə qızını göstərdi-FOTO
Yalnız kişilər üçün!
Zəmzəm suyunun möcüzəsi
Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı
Bakıda Quba alması qıtdır, Qubada isə alıcı
Albalılı piroq (foto resept)
Gec evlənən kişilər bu yazını mütləq oxusunlar
Bu geyimlər koronavirusdan qoruyur
39083 brilyant qaşlı çəkmə göstərildi
"Bizim mobil telefonlar"
Ancelina Bredlə barışmaq istəyir?
Dəbli və zövqlü koftalar
Eyfel qülləsinin "kiçik bacı"sı
Paltaryuyan maşınınızın ömrünü sirkə ilə uzadın!
Sabahın HAVAsı
Yeni il şəkilləri
- ŞƏRHLƏR