Tofiq düşmənə təslim olmadı, özünü ermənilərlə birlikdə partlatdı.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, “Mixaylo” kimi tanınan mayor Tofiq Hüseynovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Tofiq Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulub. 1961-1971-ci illərdə burada məktəbə gedib. 1974-cü ildə sovet ordu sıralarına çağırılıb, 1976-cı ildə ordudan tərxis olunub.
1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra komandir təyin edilib. Onu Xocalıda “Mixaylo” adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular. Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir.
Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası “Alazan” qurğusu partladılıb, ferma darmadağın edilib. Tofiq burada on erməni yaraqlısını əsir götürüb. El oğlunun adı cəbhə boyu dolaşdı. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilib. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevralda oldu, əsrin ən böyük soyqırımlarından olan bu hadisə törədilən zaman o, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilib. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv etdi, son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı. O, həmin gecə doğma yurdunda gözlərini əbədi yumdu...
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Mənbə:oxu.az
XƏBƏR LENTİ
Evinə dönən əsgərin övladı ilə qarşılaşması hər kəsi duyğulandırdı - VİDEO
2 dəqiqəyə qarın nahiyəsindəki yağları necə əritməli?
Kökəlməyin yolları
Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi başlayıb
Facebook-un yararlı 5 funksiyası
Soyuq şorba ( foto resept)
"Gozinak" (foto resept)
Cəfəri ilə xəstəlikləri sağalt - Xanımlar üçün.
Kaliforniyalı qadın 10 dəqiqəyə 32 burger yedi
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Əl işlərim
Abituriyentlərin diqqətinə: qaydalar açıqlandı
Aleyna 1 milyon qazandı
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Ən yaxşı kosmetik vasitə - yuxu
"Çukur"un aktyoru evlənir?-FOTO
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır
Şəhzadə kababı (foto-resept)
Noyabr üçün dəbli kombinlər
Dünyanı telefonla ölçmək olacaq
Hərbi qulluqçular ehtiyata buraxıldılar
Tökülən saçlara qulluq
Türkiyə günə terrorla başladı
Sevgilisinin boğazına xalta keçirib gəzdirdi - FOTO
Dünyanın ən eybəcər kişisi
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Cehizlik qablar
Ananas maskası
Əncirli truffel (foto resept)
Sümük və oynaq ağrılarını aradan qaldıran üsullar
10 min hektar ərazi quraqlıqdan qurtulacaq
Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Azərbaycanda üçəm qız dünyaya gəldi - Zeynəb, Zəhra, Rüqəyyə
Şuşa 2014-cü ildə
Dövlət Sərhəd Xidmətinin rəisi vətəndaşları qəbul edib
Ermənistanda güclü zəlzələ oldu
Müdafiə Nazirliyindən düşmənin yaydığı növbəti yalana SƏRT REAKSİYA
Çinin hüdudlarından kənarda koronavirusdan ilk insan ölüb
Qadınlar və kişilər haqqında maraqlı məlumatlar
Azərbaycanda benzin və dizel yanacağının qiyməti bahalaşdı
Bu şagirdlər buraxılış imtahanlarından azad edilib - SİYAHI
Qısqanclığın səbəbləri
Sürücülərin işi asanlaşdı
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Ölkələrə görə gəlin və bəy
Qəbul imtahanları ilə bağlı YENİLİK: abituriyentlər...
Niyə xosbəxt ola bilmirik?
Səudiyyə Ərəbistanı qadınlarla bağlı daha bir QƏRAR verdi
Heyvanlar aləmində - FOTOSESSİYA
- ŞƏRHLƏR