Bakıda hava 17°
USD AZN
EUR AZN
15:21aysel hesenli Hər kəsə salam 09:55Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41074

Körpə haqqında doğru bildiyimiz 10 yanlış

Körpə haqqında doğru bildiyimiz 10 yanlış
1. İlk gün süd gəlmədi, körpəm ac qalır
Yeni doğulan körpənin ilk gün hər döş əmdiyi zaman qəbul etdiyi südün miqdarı təxminən bir çay qaşığı qədərdir. Südün az olduğunu düşünərək narahatlıq yaşamaq ana və körpədə stresə səbəb ola bilər.
Doğumdan dərhal sonra ananın yanına verilən körpə əmmə refleksinə malikdir. İlk gələn süd miqdarı körpənin ehtiyacı qədərdir. İlk günlərdə hər döş veriləndə bir çay qaşığı qədər süd gələ bilər. Hər əmizdirmədə ana südü artar. Südün çox gəlməsini istəyərək narahatlıq yaşamaq ana və körpədə stresə səbəb ola bilər.
2. Davamlı əmizdirməməli
Yeni doğulan körpə bir -iki gün sonra təxminən 2 saatdan bir əmizdirilməlidir. İlk həftələrdə bu, həm yarana biləcək fizioloji sarılığın tez keçməsi, həm də südün körpənin ehtiyacı qədər artması üçün əhəmiyyətlidir. Daha sonrakı günlərdə körpənin davamlı döşdə qalması südün yığılmasına mane olur, bu da körpənin doymamasına, sinə uclarının yara olmasına səbəb olur və körpə qidalanma problemi yaşaya bilər.
3. Evdəki pişik və ya iti uzaqlaşdırmayın
 İnsanlar, xüsusilə də körpələr həyat şərtlərinə görə anticisimləri inkişaf etdirərək immunitet qazanırlar. Həyat şərtlərinizi dəyişmək körpəni steril böyütmək mənasını verər. Buna görə də ailələr körpəyə görə deyil, körpələr ailəyə görə yaşamalıdır. Bu səbəblə heyvanları uzaqlaşdırmağa ehtiyac yoxdur.
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
4. Körpəni yatarkən yırğalamaq zərərli deyil
Körpələr ana bətnində yırğalanırlar. Yelləmə əməliyyatı orta qulaqdakı vestibulyar sistemin qıcıqlanmasına səbəb olduğu üçün tarazlıq qabiliyyətinin inkişafına köməkçi olar. Yüngül və kiçik ritmlərlə körpəni yırğalamaq olar.
5. Qaranlıqda və səssizlikdə yatsın
Körpə kifayət qədər əmibsə və köpü yoxdursa, yuxu problemi yaşamaz. Yeni doğulmuş körpənin gündəlik yuxu müddəti təxminən 20 saatdır. Gecə böyümə hormonu ifraz olunduğu üçün gecə lampası işığında yatması məsləhətdir. Doğulan gündən etibarən pərdələr açılmalı, hətta otaq havalandırılmalıdır. Gündüz aydınlıqda, gün işığında və səs-küydə yata bilər.
6. Körpəmə soyuqdur, əlcək taxaq
Körpələr olduqları mühitə görə immunitet qazanır və uyğunlaşır. Orta hesabla 20-22 dərəcə istilik körpələr üçün uyğundur. Bədənlərinin ən uc nöqtələri olan əl və ayaqlarındakı periferik qan sistemləri doğulduqdan sonra inkişaf edir. Buna görə əlləri və ayaqları normaldan daha soyuq ola bilər. Çəkisi 2500 qramda az olan körpələr bədən istiliklərini qorumaqda çətinlik çəkəcəkləri üçün daha isti saxlanmalıdır.
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
7. Yeni doğulmuş körpədə köp yoxdur
Südün çoxalması üçün tez-tez əmizdirilən körpələr süd əmərkən hava da  uda bilərlər. Buna görə ilk günlərdə belə körpə əmmə əməliyyatından sonra dik tutularaq qazı çıxarılmalıdır.
8. Böyük bayıra çox çıxır və nəcisi yaşıl rəngdədir, körpəni soyuğa verdik
Yeni doğulan bir körpənin hər altı açılanda nəcis varsa, demək, körpə yaxşı qidalanır. Yeni doğulan körpə gündə 4-9 dəfə nəcis çıxara bilər. Bu yoxdursa, qidalanma problemi ola bilər. Doğru və nizamlı əmən bir körpənin nəcisi sarı və hissəciklidir. Yaşıl nəcis körpənin çox əmdiyini göstərir. Bağırsaqlarda işlənmiş nəcis sarıdır. Yaşıl nəcis südün bağırsaqlarda işlənmədən atıldığını göstərir. Bunun soyuqdəyməylə hər hansı əlaqəsi yoxdur.
9. Körpəni hər açanda krem çəkməliyəm
Bişməcəyə qarşı kremlər çox qatıdır. Həmin bölgəni tamamilə steril edir və hava almadan qoruyur. Buna görə də həmin bölgənin müqaviməti də azalacaq. İrəliləyən dövrdə yeni bir maddəylə qarşılaşanda infeksiya və ya şiddətli bişməcə riski yaranacaq. Kremlər bişməcə olduqda sürtülməli və az istifadə edilməlidir. Bişməcə olmaması üçün diqqət ediləcək ən əhəmiyyətli nöqtələrdən biri də körpənin yanlarının tam quru olmasıdır. Körpənin yanları nəm olarsa, hava keçirməyən bezlər bişməcə yarada bilər.
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
10. Körpəni bələmək zərərlidir
Körpənin ana bətnindəki hərəkətləri məhduddur. Məsələn, qollarını uzadanda ana qarnının imkan verdiyi qədər uzada bilər və özünü etibarda hiss edər. Doğulanda istəksiz etdiyi əl-qol hərəkətləriylə özünü qorxudar. Buna görə də ilk həftələrdə onu beldən aşağı bələmək körpənin özünü qorxutmamasını və daha asan yatmasını təmin edər.
Səslərin sayı: 4
27
10619
loading...
Şərhlər
Offline
Deniz N-va
Maraqlı xəbərdi təşəkkür
27 aprel 2014 22:06
Offline
Qizil Gul
Yasemen,
aylin youlin,
ZEHRAM,
Tesekkrler serhleriniz üçün give_ros give_ros give_ros give_ros
23 aprel 2014 22:22
Offline
Yasemen
Ana namizedleri ucun ela bir movzudur
19 aprel 2014 23:25
Offline
aylin youlin
Teşkkurler faydali meslehetlerdir.
19 aprel 2014 19:57
Offline
ZEHRAM
Men bunlari emel etmisem.qaynanam deyinirdi men ise bildiyimi edirdim.duzde etmisemmis.melumata gore tesekkurler
10 aprel 2014 20:36
Offline
Qizil Gul
Qizlar serhleriniz ucun tesekkur edirem. Allah her bir qadina ana olmagi nesib etsin. Amin
10 aprel 2014 20:32
Offline
AFET
Genc analar ucun faydali meslehetlerdi tesekkurler canim dance1
2 aprel 2014 16:08
Offline
surikselale
Faydali meslehetlerdir, cox sag olun,.men qizimi 2ay belemisem, indi 2ci ovladimin dogulmagina az qalib yeqin onu da belerem.
2 aprel 2014 15:32
Offline
Sevgi.
Burda yazilanlarin coxsunu emel etmisem oglumda Amma qardasimin yoldasi yaziq usaqlari oldururdu istiden usaqlarin basina 2-3 papaq qoyurdu evde indide yanlarinda kulek esmemis xestelenirler
2 aprel 2014 11:44
Offline
Sonay Quluzade
Allah bütün arzusunda olan qadınlara yaşatsın belə təlaşları, bunların ayrı ləzzəti var. Mən oğlumu 4-5 ay bələmişəm, 2 ay bütöv, sonra qolları açıq. Amma qızımı heç bələməmişəm, uzağı 1 ay, o da qolu açıq. Oğlan səsdə yatmağa öyrəşmişdi, çünki o vaxtlar evdə adam çoxuydu, amma qız cray O yatanda oturduğum yerdən tərpənmirdim ki, indicə qalxacaq.
Çox sağ ol, Qızıl Gül.
2 aprel 2014 09:39
Offline
ღМоя большой любовьღ(Ailəli)
Çox gozel faydalı meslehetlerdi, gələcəkdə lazım olar feel ,ALLAH olmayanlara qismet etsin inşaALLAH tesekkurler give_ros
1 aprel 2014 23:51
Offline
toma676
eh siz meni bacimin usaq saqlamasini gorseniz , tek bir fikriniz olar usaq yalniz dermanla yasayir,usaqi o qeder qoruyurlar ki her gun hekime getmeye mecburdurlar.usaqi normal aqlamaqa imkan vermirler tez aparirlar hekime ,hekim yaziqda qalir ne etsin derman yazir
1 aprel 2014 23:32
Offline
Gulnarə
He indi uwaqlari belemirler. Amma men 2 oqlumu da belemiwem korpe vaxti...
1 aprel 2014 23:18
Offline
MİRiyeva
1. İlk gün süd gəlmədi, körpəm ac qalır

Məndə 30 həftədən su kimi şirə gəlirdi indi uje südə çevrilir

Hə uşağı bələmiyəndə tez tez diksinir, ilk aylar bələmək lazımdır

Faydalı məlumat üçün çox sağolun, çoxun bilirdim
1 aprel 2014 23:10
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
lala
Faydali meslehetlerdir tesekkurler
1 aprel 2014 23:03
Offline
Qəribə
Allah bütn körpələri qorusun Amin. girl_ang give_ros
1 aprel 2014 22:33
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Qəribə
Allah bütn körpələri qorusun. Amin. give_ros
1 aprel 2014 22:32
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥AyTaDj HəSəNzAdə♥
faydali mesleetlere gore cox sag olun olmuyanlarcin olsun insAllah
1 aprel 2014 22:32
Offline
M...A .Zeynalli
Coooox sagolun bu xebere gore men gunlerimi sayiram artiq ilk bebisimi qucagima almaq ucun.Allah olmayanlara qismet elesin amin insallah
1 aprel 2014 22:29
Offline
Ruhəngiz
Bacım çox gözəl,faydalı məsləhətlərdir.Çox sağ ol.
1 aprel 2014 22:25
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!