Yeni doğulan körpənin ilk gün hər döş əmdiyi zaman qəbul etdiyi südün miqdarı təxminən bir çay qaşığı qədərdir. Südün az olduğunu düşünərək narahatlıq yaşamaq ana və körpədə stresə səbəb ola bilər.
Doğumdan dərhal sonra ananın yanına verilən körpə əmmə refleksinə malikdir. İlk gələn süd miqdarı körpənin ehtiyacı qədərdir. İlk günlərdə hər döş veriləndə bir çay qaşığı qədər süd gələ bilər. Hər əmizdirmədə ana südü artar. Südün çox gəlməsini istəyərək narahatlıq yaşamaq ana və körpədə stresə səbəb ola bilər.
2. Davamlı əmizdirməməli
Yeni doğulan körpə bir -iki gün sonra təxminən 2 saatdan bir əmizdirilməlidir. İlk həftələrdə bu, həm yarana biləcək fizioloji sarılığın tez keçməsi, həm də südün körpənin ehtiyacı qədər artması üçün əhəmiyyətlidir. Daha sonrakı günlərdə körpənin davamlı döşdə qalması südün yığılmasına mane olur, bu da körpənin doymamasına, sinə uclarının yara olmasına səbəb olur və körpə qidalanma problemi yaşaya bilər.
3. Evdəki pişik və ya iti uzaqlaşdırmayın
İnsanlar, xüsusilə də körpələr həyat şərtlərinə görə anticisimləri inkişaf etdirərək immunitet qazanırlar. Həyat şərtlərinizi dəyişmək körpəni steril böyütmək mənasını verər. Buna görə də ailələr körpəyə görə deyil, körpələr ailəyə görə yaşamalıdır. Bu səbəblə heyvanları uzaqlaşdırmağa ehtiyac yoxdur.
4. Körpəni yatarkən yırğalamaq zərərli deyil
Körpələr ana bətnində yırğalanırlar. Yelləmə əməliyyatı orta qulaqdakı vestibulyar sistemin qıcıqlanmasına səbəb olduğu üçün tarazlıq qabiliyyətinin inkişafına köməkçi olar. Yüngül və kiçik ritmlərlə körpəni yırğalamaq olar.
5. Qaranlıqda və səssizlikdə yatsın
Körpə kifayət qədər əmibsə və köpü yoxdursa, yuxu problemi yaşamaz. Yeni doğulmuş körpənin gündəlik yuxu müddəti təxminən 20 saatdır. Gecə böyümə hormonu ifraz olunduğu üçün gecə lampası işığında yatması məsləhətdir. Doğulan gündən etibarən pərdələr açılmalı, hətta otaq havalandırılmalıdır. Gündüz aydınlıqda, gün işığında və səs-küydə yata bilər.
6. Körpəmə soyuqdur, əlcək taxaq
Körpələr olduqları mühitə görə immunitet qazanır və uyğunlaşır. Orta hesabla 20-22 dərəcə istilik körpələr üçün uyğundur. Bədənlərinin ən uc nöqtələri olan əl və ayaqlarındakı periferik qan sistemləri doğulduqdan sonra inkişaf edir. Buna görə əlləri və ayaqları normaldan daha soyuq ola bilər. Çəkisi 2500 qramda az olan körpələr bədən istiliklərini qorumaqda çətinlik çəkəcəkləri üçün daha isti saxlanmalıdır.
7. Yeni doğulmuş körpədə köp yoxdur
Südün çoxalması üçün tez-tez əmizdirilən körpələr süd əmərkən hava da uda bilərlər. Buna görə ilk günlərdə belə körpə əmmə əməliyyatından sonra dik tutularaq qazı çıxarılmalıdır.
8. Böyük bayıra çox çıxır və nəcisi yaşıl rəngdədir, körpəni soyuğa verdik
Yeni doğulan bir körpənin hər altı açılanda nəcis varsa, demək, körpə yaxşı qidalanır. Yeni doğulan körpə gündə 4-9 dəfə nəcis çıxara bilər. Bu yoxdursa, qidalanma problemi ola bilər. Doğru və nizamlı əmən bir körpənin nəcisi sarı və hissəciklidir. Yaşıl nəcis körpənin çox əmdiyini göstərir. Bağırsaqlarda işlənmiş nəcis sarıdır. Yaşıl nəcis südün bağırsaqlarda işlənmədən atıldığını göstərir. Bunun soyuqdəyməylə hər hansı əlaqəsi yoxdur.
9. Körpəni hər açanda krem çəkməliyəm
Bişməcəyə qarşı kremlər çox qatıdır. Həmin bölgəni tamamilə steril edir və hava almadan qoruyur. Buna görə də həmin bölgənin müqaviməti də azalacaq. İrəliləyən dövrdə yeni bir maddəylə qarşılaşanda infeksiya və ya şiddətli bişməcə riski yaranacaq. Kremlər bişməcə olduqda sürtülməli və az istifadə edilməlidir. Bişməcə olmaması üçün diqqət ediləcək ən əhəmiyyətli nöqtələrdən biri də körpənin yanlarının tam quru olmasıdır. Körpənin yanları nəm olarsa, hava keçirməyən bezlər bişməcə yarada bilər.
10. Körpəni bələmək zərərlidir
Körpənin ana bətnindəki hərəkətləri məhduddur. Məsələn, qollarını uzadanda ana qarnının imkan verdiyi qədər uzada bilər və özünü etibarda hiss edər. Doğulanda istəksiz etdiyi əl-qol hərəkətləriylə özünü qorxudar. Buna görə də ilk həftələrdə onu beldən aşağı bələmək körpənin özünü qorxutmamasını və daha asan yatmasını təmin edər.