Bakıda hava 22°
USD 1.7000 AZN
EUR 1.9479 AZN
12:50Feride Sima Peri salam qizlar Sagolun Xeyale xanim 11:24PERI sima necesen canim 10:52Sima sabahiz xeyir necesiz bacilar 09:13Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər! 09:13Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram!
39333

Qadın.Netlə birlikdə hamiləlik (29-cu həftə)

Körpəniz

Körpənin çəkisi bu həftə - 1.25-1.5 kq, tam uzunluq- 37-38 sm.dir. Körpə çəki yığır, böyüyür. Onun ətrafında boş yer artıq əvvəlki kimi çox deyil. Uşaq kifayət qədər güclü tərpənir, dünyaya gəlməyə hazırlaşır. O, bədəninin temperaturunu tənzimləməyə öyrəşirSümük iliyi qan cisimciklərinin əmələ gəlməsini tam təmin edir. Amniotik mayeyə hər gün təxminən 0.5 l sidik ifraz olunur.

Körpənin burun pərələri selikli tıxacdan azad olunur və həmin amniotik maye indi ora düşür. Körpə ana bətnində qoxuları seçməyi öyrənir. Qaşları və kiprikləri artıq böyümüşdür, başında tükləri inkişaf edir, artıq gözləri fokuslaşdırmaya qadirdir.

Hamiləliyin 29-cu həftəliyində immun sistem müstəqil fəaliyyətə başlayır. Əgər o indi dünyaya gəlsə, sağ qalıb-qalmayacağı üçün narahat olmağa dəyməz. Əlbəttə, uşağa çox isti və xüsusi qulluq və diqqət tələb olunur.

Qadın.Netlə birlikdə hamiləlik (29-cu həftə)

Ana

Uşaqlıq göbək üzərində 7.5-10.5 sm, qasıq simfizinin çıxışı üzərində - 29-30 sm məsafədədirHazırda ağız südü gəlirsüd doğuşun ertəsi gün gələcək. Ağız südü duru maye halında və yapışqan kimidir. Doğuşdan sonra sizin orqanizm böyük həcmdə prolaktin hormonu ifraz etməyə başlayır, prolaktinin təsiri altında süd vəzilərində süd ifrazı başlayır.  

 Nəfəs almaq çətinləşir, nəbzin tezliyi artır. Təzyiqiniz yüksələ bilərHamiləliyin yeddinci ayında siz yorğunluq hiss edə bilərsiniz ki, bunun da səbəbi çoxdur. Onlardan biri sizin çəkinizdir.

Vaxtaşırı uşaqlığın yığılmasını hiss edə bilərsiniz. Daha çox istirahət etməyə çalışın, əsəblərinizi sakitləşdirməyi öyrənin. Tezliklə vaxt gələcək ki, gecə və gündüzlərinizi öz yeni doğulmuş körpənizə tam həsr edəcəksiniz və istirahət üçün vaxt az olacaq.

Hamiləliyin son aylarında ağırlıq mərkəzinin nisbətlərinin dəyişməsi səbəbindən öz bədəninizi həmişə yaxşı idarə edə bilmirsiz. Belə ki, özünüzə qarşı çox diqqətli və ehtiyatlı olun. Oynaq bağlarının boşalması körpənin düşməsinə gətirib çıxara bilər. Bu hallar üçüncü rübdə qadınlarda çox rast gəlinir.

Əgər birdən yıxılsanız, tez vahiməyə düşməyin. Əgər uşaqlıqda spazmlar yaranırsa və siz uşağın tərpənşini hiss etmirsinizsə, embrionətrafı su axmağa başlayıbsa, sizdə qanaxma varsa, dərhal təcili yardım çağırın.

29-cu həftədə uşağın normal fəallığı dölə gedən oksigenin miqdarından, ananın qidalanmasından, kifayət qədər vitamin və mineral maddələrinin tələbatından asılıdır. Sümük üçün kalsium və D vitamini tələb olunur, dəmir və K vitamini qan və qan damarlarının divarlarının möhkəmləndirilməsi üçün, C və E vitaminləri vaxtından əvvəl doğuş təhlükəsinin aradan qaldırılması üçün, yod və fol turşusu ürək-damar sisteminin və intellektin inkişafı üçün gərəkdir. 

Qadın.Netlə birlikdə hamiləlik (29-cu həftə)

Üçüncü rübdə çəkiyə nəzarət etmək çox vacibdir. Gündəlik çəki artımı 50 qram, həftədə isə maksimum 300 qramdan çox olmamalıdır. Maye qəbuluna da nəzarət etmək lazımdır ki, nə qədər maye içilmiş və nə qədər xaric olunmuşdur. 29-cu həftədə 1.5 litr maye, o cümlədən çay, şorbalar, meyvə, süd içməyi tövsiyə edirlər.

Əgər içdiyinizdən az maye ayrılırsa, orqanizmdə şişlər şəklində toplanmağa başlayır və hamiləliyin ikinci yarısında toksikoz inkişaf edə bilər.

Duz qəbulunu dayandırmaq lazımdır, öz yeməyinizi balanslaşdırın ki, körpənizi asanlıqla daşıya biləsiniz. Un, şirin və yağlı yeməklərin istifadəsini məhdudlaşdırın. Son iyirmi doqquz həftədə təbii məhsullara üstünlük verin.

Böyrü üstə uzanaraq istirahət edin. 

Qadın.Netlə birlikdə hamiləlik (29-cu həftə)

Hamilə qadın üçün arterial təzyiq normada - 120/70 mm, c.st. olmalıdır. Qan dövrünün həcmi 5-6 l.dir. Hamiləliyin 29-cu həftəsində arterial təzyiq normadan aşağı düşə bilər. Qan dövranının artması səbəbindən ürəyin işi çətinləşir və o daha yüksək tempdə işləməyə məcbur olur.

Hamiləlik - bu, təkcə yanaqların qızarması yox, gələcək analarda daim isti temperaturun olmasıdır. İstinin daim duyulmasının səbəbi ondadır ki, hamilə qadının da maddələr mübadiləsi 20% artıb. Siz hər yerdə bu istiliyi hiss edə bilərsiniz: küçədə, qışda, yazda, yayda və otaqda, lap soyuqda və amansız şaxtada da. Bir tərəfdən yaxşıdır, digər tərəfdən isə yox, xüsusilə də gecə saatlarında tərləmə güclənir, amma müsbət tərəfi də var: maddələr mübadiləsinin zərərli məhsulları tər ilə birlikdə ifraz olunur.

Çanaq dibi üçün çalışma əzələlərin boşalması üçün lazım olacaq

Arxası üstə döşəməyə uzanın və ayaqlarınızı dizdən qatlayaraq döşəməyə dirənin. Yüngülcə gərginləşin, sanki sidiyinizi saxlamağa çalışırsınız. Təsəvvür edin ki, siz özünüzə nəyisə öyrədirsiniz və bunu ritmik edin: gərginlik, pauza, bir az da gərginlik, pauza, daha çox gərginlik, dayanın. Bu hərəkətləri 10 dəfə təkrar edin. Bu məşğələni gündə ən azı 3-4 dəfə etmək lazımdır. Bu hərəkətləri nəinki uzanıb, həmçinin oturub və ayaq üstə də etmək olar kibu çanaq dibi əzələlərinin möhkəmlənməsinə kömək edir (körpənin keçməsi zamanı uyğunsuzluqların riskini azaldır).

Gələcək körpəniz üçün alış-veriş siyahısının tərtibinə indidən başlayın love

Səslərin sayı: 9
49
25840
loading...
Şərhlər
Offline
Aytac Mammedova
nilufer nesirova,
ULYA,
Amin inşallah ,bala baladı,fərq etməz,təki canları sağ olsun.
9 fevral 2014 20:52
Offline
ULYA
OGLAN VE YAXUD QIZ ESAS ODURKI,ALLAH VEREN PAYDI.ALLAH BUTUN XANIMLARIMIZA QISMET ELESIN AMIN!
9 fevral 2014 20:41
Offline
nilufer nesirova
Tewekkur inwallah hami balasini sag salamat qucagina alsin
8 fevral 2014 22:52
Offline
Aytac Mammedova
Melek Aliyeva,
İnşallah bacı ürəyinə pis şeylər gətirmə,üçüncü inşallah oğlan olar,sən şəxsi yerindən məktub yaza bilmirsən
21 dekabr 2013 20:15
Offline
Melek Aliyeva
Aytac inwallah 3 cunu oglan isteyersen yeqin,duzdu bizim istemeyimicun deil Allahin payidi verir.ilk korpem cox rahat doguldu oglandi qizin agrisi deiller cox pisdi mende cox qorxuram.qizlar vardiki 3 gun xeste xanada sanci cekirdiler.bayagda xeberlerde ana ve uwag olumu haqda danwirdilar inan daha cox qorxdum.inwallah sag salamat qurtararam.
21 dekabr 2013 20:12
Offline
Aytac Mammedova
Melek Aliyeva,
Yox bacım hamilə deyiləm,amma iki qızım var,üçüncüyə inşallah qismət olsa.Mənim birinci qızımda gec doğuldu,9 aydan sonra,oğlan qız,yalan sözlərdi ,inanmıram
21 dekabr 2013 16:58
Offline
Melek Aliyeva
Gece yuxum ceklib burda bawmi qatiram.Qaldiki hamileliye menimde bu ayin 23 9 ayim tamam olacag gorum bawima ne gelir.Guya qiz vaxtindan tez dogulurdu.

Aytac sende hamilesen baci?Mende nece gundu sebirsizlikle korpemi gozleyirem,menden qabag korpeleri olanlarin yaninda idim bugun nece incidirler analarini lap qorxdum,oglum 2 yaw yarimdi Allahindan nadicdi qizimda aglagan olsa vay halima.
İnwallah her wey yaxwi olar Allahima inanib siginiram.
21 dekabr 2013 01:18
Offline
♥NiLuFeR♥
ALLAH HAMIYA KOMEK OLSUN girl_ang
20 dekabr 2013 20:38
Offline
Aytac Mammedova
Melek Aliyeva,
Allah saxlasın bacım balanı,obiridə inşallah dünyaya gələr.O da mənim qızım kimi nazlıdı deyəsən.Qızım 9 aydan sonra,10-cu ayda oldu.İnşallah o da olar,Mənə ayın 12-nə son vaxt qoydular,ondan o tərəfə keçə bilməzdi,hələ mənə doğuş tez olsun deyə 3 dənə iynədə yazdı.İkisin vurdum,4 gün oldu ölürəm sancıdan amma ortada heçnə yoxdu,məndə iynənin birin saxladım.Ondan sonra düzəldim,sancılarım kəsildi.Həkimədə getmədim acığımdan,ayın 29-u normal doğuş oldu.Deməyimdiki bacı,tələsmə,meyvəni yetişməmiş dərmək olmaz.
Niyə məktub yaza bilmirsən?Nəsə çətinliyin var kömək edim
20 dekabr 2013 17:08
Offline
Melek Aliyeva
Salam Aytac baci hesaba gore 39 heftemdir amma ki hele ortada hecne yoxdu aparat ayin 31 1 ne deyib.Hekim.24 den yanvarin 8 .İndi menim sebrim qalmayib her gun onun geliwni gozleyirem.Coxda qorxuram.Onu bu qeder isteyib gozleyirem goresen Allaha acig getmezki.Bir balamda var.
Men burda yeniyem,bu sayti coxdan oxuyub izleyirem amma bele werh yazmagda yeniyem.Ne kimese yaza bilirem nede bawka hecne yanliz sizleri gorurem ve fikirlernizi oxuya bilirem cox gozel movzular ve fikirler var burda her birnize tewekur.Her gun bir wey oyrenirik qadin.net vaistesiyle.
20 dekabr 2013 05:17
Offline
fatime eliyeva
nijat_nilufer,
Aytac Mammedova,
Çox sağ olun canlarim give_ros
19 dekabr 2013 23:49
Offline
Aytac Mammedova
fatime eliyeva,
inşallah bacı.Sizin yerinizə mən birtəhər oldum,Allah köməyin olsun.O ki,sancıdan özünü az qala öldürəsən,amma körpəni qucağa alıb,onun iyini hiss edəndə bütün dünyalar sənin olur.Allah bütün anaları daim sevindirsin
19 dekabr 2013 23:00
Offline
♥NiLuFeR♥
fatime eliyeva,
SAG SALAMAT KORPEVIZI QUCAGIVIZA ALASIZ,ALLAH KOMEK OLSUN SIZE VE BUTUN ANA OLMAGA HAZIRLASAN XANIMLARA,AMIN girl_ang
19 dekabr 2013 22:45
Offline
fatime eliyeva
Aytac Mammedova, Ay Allah lap heyecanlandim men...Demek uzaği 3-4 hefteden sonra körpemi qucağima ala bilecem... girl_ang
19 dekabr 2013 22:40
Offline
Aytac Mammedova
Melek Aliyeva,
Salam bacı,körpə 39-40 həftəlik olur.Xeyr deyilişə görə elədi,amma mənim qızım 9 aydan keçəndən sonra oldu.Mən elə şeylərə inanmıram,öz təcrübəmdən bilirəm
19 dekabr 2013 22:37
Offline
Melek Aliyeva
Salam qizlar nece hefte tamaminda uwag dunyaya gelir?Deyiller qiz oglana nisbeten tez dunyaya gelir.
19 dekabr 2013 21:11
Offline
gulnar qehramanli
Men 32,33heftedeyem
19 dekabr 2013 15:36
Offline
Melek Aliyeva
Salam men bu hiss yawamiwam ve yene yawayiram ikinci defe ana olmagima bir nece gun qalib.Heycan icinde korpemin geliwini gozleyirem,bu tam ferqli oldu ilk hamileliyimden bu doguwumun sebirsizlikle gozleyirem.Her kese qismet olsun.
19 dekabr 2013 01:59
Offline
Aytac Mammedova
Angel,
Amin inşallah bacı,yaxşı hislərdi,qoy olmayanlara qismət olsun
18 dekabr 2013 20:30
Offline
Angel
Ay ne gozel, biz ele 29cu heftemizdeyik, Allah butun arzusunda olanlara qismet etsin bu sevincden, bizde balamizi sag salamat qucagimiza alaq, Amin
18 dekabr 2013 18:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış