Bakıda hava 23°
USD AZN
EUR AZN
09:19Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 09:18Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi xoş gördük!
41062

Saç tökülməsinə qarşı məsləhətlər

Saç tökülməsinə qarşı məsləhətlər
Mütəxəssislərin verdikləri məlumata görə, sağlam insanda saçların təxminən 90%-i davamlı olaraq uzanır. Bu böyümə mərhələsi 2-6 il çəkə bilər. Digər 10% insanarda isə 2-3 aya qədər sürən "istirahət mərhələsində" saçın böyüməsi fasilə verir. Bu "istirahət mərhələsi" nəticəsində saçlar tökülür, tökülən saç köklərindən yeni saçlar böyüməyə başlayır və proses bu şəkildə davam edir. Saç tökülmələrinin çoxu da məhz bu normal saç böyümə dövründən qaynaqlanır. Gündə 50-100 ədəd saç telinin tökülməsi isə normal qəbul edilir.
Sizi bu əhəmiyyətli problemdən qurtaracaq saç tökülməsinin başlıca səbəbləri bunlardır:
1. Mütəxəssislərə görə boya, rəng açma, düzləşdirmə və digər üsullar müvafiq şərtlərlə edilməzsə, saça zərər verə bilir. Bu üsulların tez-tez və ya eyni anda tətbiq olunması da saçı zəiflədib qırılmasına səbəb ola bilir. Saçı dartan hörük, möhkəm broşlarla yığmaq kimi saç düzümləri əsla məsləhət deyil. Çünki saç diblərinə təsir edən sabit çəkmə qüvvəsi saç itkisinə səbəb ola bilir. Tez-tez yumaq, daramaq və fırçalamaq isə saçı qıra bilir. Şampundan sonra krem istifadəsi saç daramasını asanlaşdırır. Nəm saçlar daha kövrək olduğu üçün saçı dəsmal ilə ovxalayaraq qurutmağa çalışmayın. Mütəxəssislər saçın qırılaraq tökülməsinin qarşısını almaq üçün fırça yerinə, geniş ağızlı və düz uclu daraqları seçməyi məsləhət bilir.
2. Hamilə qadınlarda saçların böyük bir qisminin böyüyüb uzanma halında olduğunu ifadə edən mütəxəssislər bildirir ki, doğumdan sonra da saçlarım uzanıb böyümə dövrü "istirahət vaxtına" keçir, 2-3 ay içərisində həddindən artıq miqdarda tökülür, bu proses isə 1-6 aya qədər davam edə bilər və əksəriyyətində yenidən böyüyərək əvvəlki miqdarına çatma ehtimalı böyükdür.
3.  Saçların passiv böyümə mərhələsinə daxil olmasına xəstəliklərin səbəb ola bildiyini ifadə edən mütəxəssislər  deyir ki, yüksək temperatur  və ağır bir xəstəlikdən 4 həftə ilə 3 ay sonra çoxlu saç itkisi ola bilər, ancaq zaman keçdikcə saçlar öz əvvəlki halını bərpa edəcək.
Saç tökülməsinə qarşı məsləhətlər
 4. Proteini az olan pəhrizlər saxlayan və ya anormal qidalanma vərdişinə sahib olan kəslərdə zülal əskikliyi meydana gəlir və bədən zülalı mühafizə etmək üçün saçları "istirahət mərhələsinə" salır. Bundan 2-3 ay sonra da çoxlu saç itkisi olur. Mütəxəssislər bu vəziyyətin kafi miqdarda tərkibində zülal olan qidaları yeməklə düzələcəyini deyir.
5. Bəzi xərçəng müalicələrin saç hüceyrələrinin bölünməsini dayandırır, xəstələr saçlarının 90%-ni itirir, ancaq müalicə sona çatdıqdan sonra saçların təkrar böyüyür və əvvəlki halına qayıdır.
6. Doğuma aid bəzi həblərdən istifadə edən bir xanımın saç tökülməsinin ancaq irsi yolla meydana gələ biləcəyini qeyd edən mütəxəssislər onu da bildirir ki, tökülmə reallaşsa, həblərin həkim nəzarəti altında dəyişdirilməlidir.
7. Dəmir çatışmazlığı də saç tökülməsinə səbəb olur, bəzi insanların orqanizmində dəmirin miqdarı az olur. Qadınlarda menstruasiya səbəbindən dəmirin azlığı daha çox müşhaidə edilir, mürtəxəssilər bu vəziyyətin mütləq müalicə edilməsinin lazım olduğunu deyir.
Saç tökülməsinə qarşı məsləhətlər
8. Böyük cərrahi əməliyyat keçirən xəstələrin 1-3 ay içində həddindən artıq saç tökülməsini özlərində hiss edəcəklər, bu vəziyyətin bir neçə ay içində keçə biləcəyini, ağır xroniki xəstəliyi olan kəslərdə isə saç itkisinin ömür boyu davam edəcəyi mümkündür.
9. Kiçik dəliklər halında qabıq vermə yayılmağa, saçlarda qırılma, başın dərisində qızartı və şişkinlik, hətta sızıntıya səbəb ola bilən göbələk xəstəliyin uşaqlarda daha tez-tez müşahidə edilir, bu xəstəliyin mütləq dərmanla müalicə edilməsi lazım olduğunu bildirir.
10. Uşaqlar və bəzən yeniyetmələr saç, qaş və ya kirpiklərini qoparır və bunu bir vərdiş halına gətirir. Mütəxəssislər belə vəziyyətlərdə psixoloji kömək alınmasını təklif edir.
11. Saç tökülmələrinin ən çox rast gəlinən səbəbi genetik xüsusiyyətdir, bu genetik xüsusiyyəylərə sahib olan qadınlarda da saçlarda azalma olur, ancaq keçəllik xüsusiyyətini özlərdində daşımır. Bu vəziyyətə "kişi tipi keçəllik" deyilir və 10-30 yaşlarında başlaya bilir. 
Səslərin sayı: 6
41
13584
loading...
Şərhlər
Offline
Elvida
gozel eliyeva,
Nailə Aliyeva,
sizde sagolun serhe gore
3 may 2014 21:24
Offline
Deniz N-va
Sacim tokulmur amma zeifdir o yuzden yaxsi malumatdir tesekkur ederim tatlimm empathy
27 aprel 2014 14:08
Offline
Nailə Aliyeva
Cox sag give_ros girl_ang ol menim sacim tokulmur amma yende xebere gore tesekkurler air_kiss
26 aprel 2014 18:21
Offline
Elvida
Arzu,
deymez give_ros
10 aprel 2014 14:18
Offline
Arzu
Deyerli xeberlercun tewekkurler
5 aprel 2014 17:29
Offline
Elvida
Bir bir adiniz yazmayim kim serh yazib ona coxlu coxlu tesekkurumu bildirirem!
1 mart 2014 15:16
Offline
Ayan Qasimova
Təşəkkürlər,məsləhətlərə görə[hide][/hide]
23 yanvar 2014 10:45
Offline
Naile Ehmedli
mendede əməliyyatdan sonra saçım hedsiz derecede tokuldu indide berpa ede bilmirem
13 yanvar 2014 14:32
Offline
Sabina quliyeva
Salam. xanimlar xahis edirəm sinemaki otu haqqinda məlumatiniz var??
həqiqətən bu otun saca faydasi var və uzatmaga komək edir??
bu otun tərcuməsi nədir ki azərbaycan dilində??
hansi aapteklərdən əldə etmək olarki??
6 yanvar 2014 17:42
Offline
♥NiLuFeR♥
MENIM DE SACLARIM TOKULUR girl_cray
3 yanvar 2014 20:37
Offline
♥Selena♥
Mütəxəssislərə görə boya, rəng açma, düzləşdirmə və digər üsullar müvafiq şərtlərlə edilməzsə, saça zərər verə bilir.

Mən boyadan istifadə etmirəm. Rəng açma da olmayıb. Saç düzləşdiricidən isə həftədə iki dəfə istifadə edirəm, amma mənim saçlarım tökülür. Heç adicə kermlərdən də istifadə etmirəm, qorxuram ki, zərər edər. Mənim qrup yoldaşlarım isə hamısından istifadə edir, maşAllah, saçları superdir, yəni parlaq, gözəl saçları var. Allah bir az da gözəl və sağlam etsin. Amin.
Yəqin ki, məndə vitamin çatışmazlıqları var, ya da maddələr mübadiləsi yaxşı deyil.
Xəbər çox faydalı idi, maraqla oxudum, təşəkkürlər give_ros
30 dekabr 2013 00:06
Offline
Shefa Ahmedova
DÜZDÜR.MƏNİM DƏ SAÇIM TÖKÜLÜR. AÇIQ SAXLAYA BİLMİRƏM
12 dekabr 2013 22:35
Offline
Aydan
Manimda sacim cox tokulur
10 dekabr 2013 23:51
Offline
Semra(F)
Bacilar maraqli melumatdi.Amma sac tokulmesin qarsin nece almaq olar o haqqdada melumat vererdizde
10 dekabr 2013 22:16
Offline
memmedova
Bu maraqli melumat cox tesekurler winked laughing winked laughing
10 dekabr 2013 21:31
Offline
Gulka
Maraqlı məlumat ucun tesekkurler
10 dekabr 2013 20:46
Offline
♥A.Ravana♥
Dəyərli məsləhətlər üçün təşəkkür edirəm
10 dekabr 2013 19:58
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Elvida
Cox sag olun serheler gore qizlar tesekkur edirem haminiza elleriniz var olsun
10 dekabr 2013 19:55
Offline
lala aliyeva
Cox sag olun butun xanimlarin yarali yeridi bu sac tokulmesi amma mence sac tokulub,yerine yenisi cixir hemde mende beledi shexsen cox sagolun
10 dekabr 2013 19:43
Offline
Alina
Məndə axır vaxtlar nədənsə çox tökülür.Hamiləlikdən əvvəl belə bir şey yox idi.Qızım doğulandan sonra saçlarım tökülməyə başladı.Nəysə xəbərə görə Təşəkkürlər
10 dekabr 2013 19:25
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )