Mütəxəssislərin verdikləri məlumata görə, sağlam insanda saçların təxminən 90%-i davamlı olaraq uzanır. Bu böyümə mərhələsi 2-6 il çəkə bilər. Digər 10% insanarda isə 2-3 aya qədər sürən "istirahət mərhələsində" saçın böyüməsi fasilə verir. Bu "istirahət mərhələsi" nəticəsində saçlar tökülür, tökülən saç köklərindən yeni saçlar böyüməyə başlayır və proses bu şəkildə davam edir. Saç tökülmələrinin çoxu da məhz bu normal saç böyümə dövründən qaynaqlanır. Gündə 50-100 ədəd saç telinin tökülməsi isə normal qəbul edilir.
Sizi bu əhəmiyyətli problemdən qurtaracaq saç tökülməsinin başlıca səbəbləri bunlardır:
1. Mütəxəssislərə görə boya, rəng açma, düzləşdirmə və digər üsullar müvafiq şərtlərlə edilməzsə, saça zərər verə bilir. Bu üsulların tez-tez və ya eyni anda tətbiq olunması da saçı zəiflədib qırılmasına səbəb ola bilir. Saçı dartan hörük, möhkəm broşlarla yığmaq kimi saç düzümləri əsla məsləhət deyil. Çünki saç diblərinə təsir edən sabit çəkmə qüvvəsi saç itkisinə səbəb ola bilir. Tez-tez yumaq, daramaq və fırçalamaq isə saçı qıra bilir. Şampundan sonra krem istifadəsi saç daramasını asanlaşdırır. Nəm saçlar daha kövrək olduğu üçün saçı dəsmal ilə ovxalayaraq qurutmağa çalışmayın. Mütəxəssislər saçın qırılaraq tökülməsinin qarşısını almaq üçün fırça yerinə, geniş ağızlı və düz uclu daraqları seçməyi məsləhət bilir.
2. Hamilə qadınlarda saçların böyük bir qisminin böyüyüb uzanma halında olduğunu ifadə edən mütəxəssislər bildirir ki, doğumdan sonra da saçlarım uzanıb böyümə dövrü "istirahət vaxtına" keçir, 2-3 ay içərisində həddindən artıq miqdarda tökülür, bu proses isə 1-6 aya qədər davam edə bilər və əksəriyyətində yenidən böyüyərək əvvəlki miqdarına çatma ehtimalı böyükdür.
3. Saçların passiv böyümə mərhələsinə daxil olmasına xəstəliklərin səbəb ola bildiyini ifadə edən mütəxəssislər deyir ki, yüksək temperatur və ağır bir xəstəlikdən 4 həftə ilə 3 ay sonra çoxlu saç itkisi ola bilər, ancaq zaman keçdikcə saçlar öz əvvəlki halını bərpa edəcək.
4. Proteini az olan pəhrizlər saxlayan və ya anormal qidalanma vərdişinə sahib olan kəslərdə zülal əskikliyi meydana gəlir və bədən zülalı mühafizə etmək üçün saçları "istirahət mərhələsinə" salır. Bundan 2-3 ay sonra da çoxlu saç itkisi olur. Mütəxəssislər bu vəziyyətin kafi miqdarda tərkibində zülal olan qidaları yeməklə düzələcəyini deyir.
5. Bəzi xərçəng müalicələrin saç hüceyrələrinin bölünməsini dayandırır, xəstələr saçlarının 90%-ni itirir, ancaq müalicə sona çatdıqdan sonra saçların təkrar böyüyür və əvvəlki halına qayıdır.
6. Doğuma aid bəzi həblərdən istifadə edən bir xanımın saç tökülməsinin ancaq irsi yolla meydana gələ biləcəyini qeyd edən mütəxəssislər onu da bildirir ki, tökülmə reallaşsa, həblərin həkim nəzarəti altında dəyişdirilməlidir.
7. Dəmir çatışmazlığı də saç tökülməsinə səbəb olur, bəzi insanların orqanizmində dəmirin miqdarı az olur. Qadınlarda menstruasiya səbəbindən dəmirin azlığı daha çox müşhaidə edilir, mürtəxəssilər bu vəziyyətin mütləq müalicə edilməsinin lazım olduğunu deyir.
8. Böyük cərrahi əməliyyat keçirən xəstələrin 1-3 ay içində həddindən artıq saç tökülməsini özlərində hiss edəcəklər, bu vəziyyətin bir neçə ay içində keçə biləcəyini, ağır xroniki xəstəliyi olan kəslərdə isə saç itkisinin ömür boyu davam edəcəyi mümkündür.
9. Kiçik dəliklər halında qabıq vermə yayılmağa, saçlarda qırılma, başın dərisində qızartı və şişkinlik, hətta sızıntıya səbəb ola bilən göbələk xəstəliyin uşaqlarda daha tez-tez müşahidə edilir, bu xəstəliyin mütləq dərmanla müalicə edilməsi lazım olduğunu bildirir.
10. Uşaqlar və bəzən yeniyetmələr saç, qaş və ya kirpiklərini qoparır və bunu bir vərdiş halına gətirir. Mütəxəssislər belə vəziyyətlərdə psixoloji kömək alınmasını təklif edir.
11. Saç tökülmələrinin ən çox rast gəlinən səbəbi genetik xüsusiyyətdir, bu genetik xüsusiyyəylərə sahib olan qadınlarda da saçlarda azalma olur, ancaq keçəllik xüsusiyyətini özlərdində daşımır. Bu vəziyyətə "kişi tipi keçəllik" deyilir və 10-30 yaşlarında başlaya bilir.