Bakının mərkəzi hissəsində işləyən bir adam gündə 8 saat dayanacaqda maşınını saxlamaq üçün ayda 170 manat xərcləməlidir
“Təsəvvür edin, hər gün işə gedən adam saatı bir manatdan maşınını səkkiz saat avtomobil dayanacağında saxlamalıdır. Beş iş günündən hesablasaq, bu, aya 170 manat edir ki, hər kəsin bu pulu verməyə imkanı yoxdur. Yaxşı olar ki, avtomobil dayanacaqlarında qiymətlər tətbiq edilərkən əhalinin vəziyyəti nəzərə alınsın”.
Bu sözləri bizimlə söhbətində Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirdi. Müsahibimiz Bakı Şəhər İcra Hakimiyyətinin şəhərin mərkəzində yerləşən müəssisə və təşkilatlara xəbərdarlığını alqışlasa da, bunun mübahisə yaradacağını dedi.
Kim qaydaya əməl etməsə...
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, paytaxt meri Hacıbala Abutalıbovun “Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında” sərəncamına müvafiq olaraq, Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması məqsədilə paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlanıb. Məktubda deyilir ki, Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin və qanunsuz parklama, durma və dayanmanın aradan qaldırılması məqsədilə paytaxtın mərkəzi hissələrini əhatə edən küçə və prospektlərində, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin parklanması, durması və dayanması qəti qadağan edilib.
Məktubda qeyd olunub ki, paytaxtın mərkəzi küçələrində yerləşən və istifadələrində avtomobil olan bütün idarə və müəssisələrdən, yerli və xarici nümayəndəliklərdən, beynəlxalq təşkilatlardan, həmçinin qeyd olunan qurumlarda çalışan və istifadələrində avtomobil olan əməkdaşlarından xahiş olunur ki, avtomobillərin parklanması, durması və dayanması qaydalarına riayət etsinlər. Bakı Şəhər İcra Hakimiyyəti başçısı xəbərdarlıq edib ki, əks təqdirdə, nəqliyyatın sıxlığı və tıxacların qarşısının alınması məqsədilə adları qeyd olunan küçə və prospektlərdə, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin qanunsuz parklanması hallarının qarşısı sərt inzibati üsullarla alınacaq.
Şəhərdəki “parkovka” qiymətləri
Qeyd edək ki, Mərəkəzi Park Avtodayanacağı, yəni Qış bulvarının altındakı avtomobil dayanacağında 1 saat 50 qəpikdir. “Park Bulvar”ın yeraltı dayanacağında 1 saat 1 Azn, “Nizami” metro stansiyası tərəfdə yeni tikilən çoxmərtəbəli dayanacağın 6 saatı 1 Azn, “Park Center” ticarət mərkəzindəki avtomobil dayanacağının 1 saatı 1 Azn-dir.
Gördüyümüz kimi, parkların əksəriyyətində avtomobil dayanacağının bir saatı 1 manatdır. Müsahibimizin də dediyi kimi, hər gün işə gedən adamın avtomobilini dayanacaqda saxlaması üçün aya 170 manat xərcləməsi lazımdır. Buna görə də Bakı Şəhər İH-nin qərarı mütəxəssislər tərəfindən birmənalı qarşılanmır.
Mübahisəli məsələ
İlqar Hüseynlinin sözlərinə görə, əslində verilən qərar tıxacların aradan qaldırılması üçün gözəl addımdır: “Çünki Bakının mərkəzi küçələrindəki yollara pik saatları zamanı çıxmaq mümkün deyildi. Bundan ictimai nəqliyyatdan istifadə edən sərnişinlər də əziyyət çəkir. Bunun da birinci səbəbi şəhərin infrastrukturunda avtomobil dayanacaqlarının nəzərdə tutulmamasıdır. İnkişaf etmiş ölkələrdə yol kənarlarında çoxlu yeraltı və yerüstü dayanacaqlar olur. Kimin işi hansı dayanacağa yaxındırsa, orada saxlayıb rahat işə gedir. Amma bizdə bu şərait yoxdur. Dayanacaqlar iş yerlərindən çox uzaqdadır. Dediyim kimi, Bakı Şəhər İcra Hakimiyyətinin atdığı bu addım tıxacların aradan qaldırılmasına kömək edəcək. Amma insanlar üçün diskomfort yaradacaq. Əgər iş yerinə yaxın yerdə avtomobil dayanacağı yoxdursa, maşın sahibi nə etməlidir? Bu, mübahisəli məsələdir. Amma inanıram ki, gələcəkdə avtomobil dayanacaqlarının sayı artdıqca bu problem öz həllini tapacaq”.
Dövlətin tikdiyi dayanacaqlar ucuz olmalıdır
Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirdi ki, əgər işin yaxınlığında avtomobil dayanacağı varsa, Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əməl olunmalıdır: “Amma dayanacaq işdən kilometrlərlə uzaqdadırsa və sürücü maşını dayanacağa qoyub kilometrlərlə yolu işə piyada qayıdacaqsa, təbii ki, bu, problem yaradacaq. Düşünürəm ki, verilən bu göstəriş dayanacaqların dolmasına hesablanmış addımdır”.
M.Rüstəmov merin göstərişinin tıxacların aradan qaldırılmasına kömək edəcəyini desə də, qeyd etdi ki, dayanacaqlardakı qiymətlər də problem yaradacaq: “Çünki bir nəfər ay ərzində təkcə avtomobil dayanacağına 100-150 manat verə bilməz. Qərar verərkən insanların maddi vəziyyətini də nəzərə almaq lazımdır. Dayanacaqların bir hissəsi, məsələn Qış Bulvarı və Azadlıq meydanındakı dayanacaq dövlət hesabına tikilib. Düşünürəm ki, heç olmasa, dövlət hesabına tikilən dayanacaqlarda qiymətlər sürücülərin cibinə uyğun olsun. Əgər qiymət yüksəkdirsə, sürücülər maşınlarını dayanacaqlarda saxlamaqda maraqlı olmayacaqlar və hansısa üsullarla bundan yayınacaqlar”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Əhval-ruhiyyəni yüksəldən təmizlik işləri
Baş gicəllənməsinin dərmanı məşq
ABŞ-da COVID-19-dan ölən adam seçkidə qalib gəldi
Heyva mürəbbəsi (foto resept)
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Zerrin Özer evlilik təklifi aldı
Dayə seçərkən nələrə diqqət vermək lazımdır?
Meqan Marklın adı NARKOTİK qalmaqalında hallandı-FOTO
Bananlı bonjur (foto resept)
Tərcümə olunmayan sözlər
Baş rol ifaçısı “Sen anlat Karadeniz”dən ayrılır
Müəllimlərin işə qəbulu ilə bağlı YENİ QAYDALAR hazırlanır
Maraqlı faktlar
Gözlərinə tütün basanlar
Pizza sevgisini belə göstərdi-FOTO
Professor koronavirus haqqında BİLMƏDİYİMİZ FAKTLARI AÇDI
Döyüş təyyarələrimiz səmaya qaldırıldı.
Bunları bilmək maraqlıdır!
Türkiyədə seçkilərin nəticələri açıqlandı: AKP öndədir
Avropa Oyunlarını keçirmək istəyən ölkələrin sayı artıb
"DUMANLI GÖZLƏR" MAKİYAJININ FOTODƏRSİ(2)
Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
Nazirlikdən hava xəbərdarlığı
Ərdoğan bizdən danışdı
Fərqli çığırtma (foto resept)
Azərbaycanda 4 ayda 10 mindən çox məhkum barəsində amnistiya tətbiq olundu
Utancaqlıq
Qaz smart-kartlarına 10 manat hədiyyə edilməsi ilə bağlı söhbətlərə aydınlıq gəldi - RƏSMİ
Acun Zuhal Topalı məhkəməyə verir
Rəngli kağızlar gül düzəldək
Filiz Akın koronavirusa yoluxub?
Yaqut Qarayeva: “Koronavirusa yoluxanlarla sağalanlar arasında fərq azalır”
HAVA necə olacaq?-19 Sentyabr
Qızlar, ərə getməyin!
Məşhur aktrisa ölümdən döndü-FOTO
İradəliliyin qiymətləndirilməsi
II Yelizavetanın işçisi oğru imiş
Boksçumuz erməni rəqiblə üz-üzə
Düşmən Ağdam və Ağcabədini atəşə tutur - RƏSMİ
Bakının mərkəzi yollarından biri gölməçəyə çevrildi
Təcili yardım niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Leysan 12 nəfərin ölümünə səbəb oldu
Keçmişdən gələn trend: bel çantaları
Qənaətcil olmaq üçün 5 təklif
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Ebru Gündeşdən gözlənilməz addım
Trampın son rəqibi prezident postu uğrunda mübarizəni dayandırıb
Üz üçün losyonlar
Milli Məclis təhsil qanununu dəyişdirəcək
Günün qoroskopu:Diqqətli olun!
- ŞƏRHLƏR