Qarlı və yağışlı hava şəraitindən sonra çay və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-200, Kiçik Qafqazın çaylarında 150-220, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, ötən gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 150 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 85 m3/s olmaqla, ongünlük normanın 113 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə isə, ötən gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6 sm artım, Bankədə 16 sm azalma qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 463 sm (2015-ci il dekabrın 16-da 440 sm), Salyanda 325 sm (2015-ci il dekabrın 16-da 277 sm), Bankədə 243 sm (2015-ci il dekabrın 16-da 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 180 sm (2015-ci il dekabrın 16-da 173 sm) təşkil edir.
Milli.Az

XƏBƏR LENTİ
Allergiyaya nə səbəb olur?
Tətildə yaranmış günəş ləkələri üçün maska
İstirahət günü Azərbaycanda çimərlik havası olacaq
Qərbə getmək asanlaşdı
“Oskar” mükafatına kimlər şanslıdır?
Sodanın fantastik xüsusiyyətləri
Qarabağda Rusiya və Türkiyə hərbçiləri harada yerləşdiriləcək? - VİDEO
Uşağınız hələ dil açmayıb?
Zəlzələ anında nə etmək lazımdır?
DSX-dən hərbi salamı ilə sosial şəbəkədə məşhurlaşan məktəbliyə jest - FOTO
Ajda Pekan Sevil Əliyevanın mahnısını oxuyacaq
Daha iki millimiz olacaq
Azərbaycan gölləri
Sobada limonlu mezgit (foto resept)
3D formatlı yataq dəstləri
Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI
Günün ulduz falı
Hande Erçeldən Gözlənilməz Qərar
Qarın yağlarının sürətlə əridilməsi
Xocalı Soyqırımı İstanbulda böyük mitinqlə anılacaq
"Mars" və "Snickers"də virus var
Diktatorların fobiyası
Güllə yağışı altında məhsul yığımı ilə məşğul olan Azərbaycan qadınıları
Keyt Apton ana olacaq
İrəvanın mərkəzində İlham Əliyevin çıxışı yayımlandı - VİDEO
Berkay yeni avtomobili ilə diqqət çəkdi
Azərbaycanda köhnə problem: qiymətlilərin qiymətsizliyi
İspandillilər ən yaxşı maşınları seçdilər
Yeni İl gecəsi Bakıda bu avtobuslar səhərə qədər işləyəcək
Çanta modelləri
Azərbaycanda daha 5 nəfər koronavirusdan öldü – 471 yeni yoluxma
Ahmet Kayanın həyatı film olur
Günün qoroskopu - 29.11.2013
Sabah şaxta olacaq
"Ronaldu və Messi hazırda dünyanın ən yaxşı futbolçularıdır"
Ən gözəl dəvə seçildi
Yeni müdafiə naziri general-polkovnik poqonu taxdı
Azərbaycanda terrora qarşı mübarizə gücləndirilir
Yalnız üzündəki döymələri sildirir, səbəbi... - FOTO
Ceyn Oldric
COVID-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA
Xərçənglə mübarizə aparan 4 ərzaq
“Taxt oyunları” həvəskarlarına BƏD XƏBƏR - Final gəlir - FOTOLAR
Yaz üçün gözəl donlar
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
İlham Əliyev mükafatlandırıldı
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
"Formula 1"ə görə Bakıda bu yollar bağlanır
Tayson Eminemi nokauta saldı - VİDEO
Fincan şirniyyatı (foto-resept)

- ŞƏRHLƏR