Qadın hər zaman gözəl və yaraşıqlı görünmək istəyir. Hamiləlik dövründə də qadınların bu istəyi dəyişmir. Bu məqsədlə gələcək analar üçün xüsusi dəb hazırlanıb.
Hamilələr üçün üst geyimi xüsusi qayğı və zövqlə hazırlanır. Model, rəng, furnitur və material seçimi xüsusi əhəmiyyət kəsb edir. Üst geyimi tez çirklənə biləcək parçalardan hazırlanmır. Cins və ya kombinzonlar isə elə tikilməlidir ki, hərəkətdə maneə yaratmasın və qarın nahiyəsinə təzyiq göstərməsin.
Hamilə qadınlar bədən formasına uyğun geyim seçmək üçün bizim məsləhətlərdən faydalana bilərlər.
Boydan hündür olmayan qadınlar tünd rəngli cinslərə üstünlük verməlidirlər. Həmçinin şalvarın balağı bir qədər qısaldılmış da ola bilər. Düzbalaqlı şalvarlar da uyğun gəlir. Bu cür şalvarlar ayaqqabınızın yuxarısına qədər olmalıdır. Cinslər isə dikdabanın başlanğıcına qədər olmalıdır. Ombaları iri olan xanımlar isə tünd rəngli, nisbətən çanaqda olan cinslərə üstünlük verməlidirlər. Arxada iri cibləri olan və qalın cins parçadan hazırlanmış şalvarlar tam məqsədəuyğundur. Bir az dolu olan xanımlar isə nazik, yumşaq parçalı cinslər geyinməlidirlər. Şalvarlar enli olmamalı, bədən formasını gizlətməməlidir. Əksinə, bədən formasını büruzə verdirəcək şalvarlara üstünlük verin.
Vacib məqamlardan biri də ayaqqabı seçimidir. Hamilə qadının ayaqqabısı yüngül olmalıdır. Hündürdaban ayaqqabı isə məsləhət deyil. Çünki qarın böyüdükcə ağırlıq mərkəzi dəyişir. Ona görə də hündürdaban ayaqqabı vəziyyəti daha da çətinləşdirə bilər. Bu aylarda təhlükəli yıxılma halları ilə rastlaşa bilərsiniz.
Alt paltarına gəlincə, onlar da enli və geniş olmalıdır. Əgər şort geyinirsinizsə, nəzərə alın ki, göbəyinizi örtsün. Əgər nazik-bikiniyə üstünlük verirsinizsə, böyük ölçüdə alın ki, əyninizə tam otursun və qarnınızı sıxmasın. Byusqalterə gəlincə, o da rahat olmalıdır. Hamiləlik zamanı döşlər böyüyür buna görə də byusqalter seçiminə diqqət yetirin. Sintetik və bərk byusqalterlər almayın. Alt paltarları mütləq şəkildə pambıqdan olmalıdır.
XƏBƏR LENTİ
Hyustonun qızı ölüm ayağında
Əhvalınızı yüksəldəcək 9 qida
Ermənistanda hakimiyyət zorakılıqları genişlənir
Selana Gomezi ötüb keçdi-FOTO
Koronavirus nə vaxtadək yayılacaq? - Çinin baş epidemioloqu
90-60-90 - bu realdırmı?
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Prezident idmançılarımıza baş çəkdi
Azərbaycanda istilik sayğacları quraşdırılacaq
Qaymaqlı-qarağatlı keks (foto resept)
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Reza Deqati Xocalıdan danışdı: “Qulaqlarımda hələ də bədbəxt ananın dözülməz fəryadı eşidilir”
Eylatda hökmdarlar şəhəri
5 rayonda qaz olmayacaq
Ay tam tutulacaq: nə etməli?
Xanımlar üçün geyim nümunələri
Azərbaycanda çoxuşaqlı və aztəminatlı ailələrə yeni güzəştlərin tətbiqi üçün layihə hazırlanıb
"Ölü" su içirsiniz?
Bakıda valideyn uşağı üçün bağça tapa bilmir
Diş ağrısını azaldan üsullar
Ərdoğandan Azərbaycan xalqına BÖYÜK DƏSTƏK
Moruqlu peçenye (foto resept)
ÜST bütün dövlətlərə məktub göndərdi
“Hercai”nin baş rollarında onlar oynayacaqmış... - FOTO
Tom Kruz hamıdan gizlətdiyi oğlu ilə görüntüləndi - FOTO
Qənirə Paşayeva Dondar Quşçuda erməni mərmisi düşən evdə - VİDEO
Azərbaycan silah satacaq
Gecələr nə yemək olmaz?
Tarixi ada satışa çıxarılıb
Azər Türk Bankın müştəriləri banka gəlmədən ödəniş edəcəklər
Azərbaycanda təhsil alan afrikalı tələbə qız: "Məni ələ salırlar..."
Çox yaşamaq istəyirsən? Ətdən uzaq dur
“Avroviziya-2019”un keçiriləcəyi məkan açıqlandı
İstedadlı qadın rejissorların filmləri
Mikrobların ən çox olduğu yerlər
İngiltərədə ən yaxşı məşqçi və futbolçu seçildi
Cins geyim dəstləri
Qız uşaqları üçün otaq dekorasiyası
Tanınmış futbolçudan şok etiraf: "Xərçəng xəstəliyinə tutulmuşam"
Keramikadan hazırlanmış əl işləri
Tavada böyürtkənli piroq (foto resept)
0-2 yaş arası uşaqların zəka inkişafı
Yeniyetmələrin 71 faizi Facebookdan istifadə edir
Siqaretin qiyməti niyə qalxır?
Amerikalı alimdən şok proqnoz:-"Postpandemiya dövründə..."
Qurban bayramınız mübarək!
Sabahın HAVAsı
Bekhem Seriala Çəkildi - FOTO
İlk dərs gününə gözəl hava müjdəsi
Bel ağrısını azaldan hərəkətlər