Qadin.NET / Hamilə qadınların geyimi necə olmalıdır?

Hamilə qadınların geyimi necə olmalıdır?

Hamilə qadınların geyimi necə olmalıdır?

Qadın hər zaman gözəl və yaraşıqlı görünmək istəyir. Hamiləlik dövründə də qadınların bu istəyi dəyişmir. Bu məqsədlə gələcək analar üçün xüsusi dəb hazırlanıb.
Hamilələr üçün üst geyimi xüsusi qayğı və zövqlə hazırlanır. Model, rəng, furnitur və material seçimi xüsusi əhəmiyyət kəsb edir. Üst geyimi tez çirklənə biləcək parçalardan hazırlanmır. Cins və ya kombinzonlar isə elə tikilməlidir ki, hərəkətdə maneə yaratmasın və qarın nahiyəsinə təzyiq göstərməsin.
Hamilə qadınlar bədən formasına uyğun geyim seçmək üçün bizim məsləhətlərdən faydalana bilərlər.
Boydan hündür olmayan qadınlar tünd rəngli cinslərə üstünlük verməlidirlər. Həmçinin şalvarın balağı bir qədər qısaldılmış da ola bilər. Düzbalaqlı şalvarlar da uyğun gəlir. Bu cür şalvarlar ayaqqabınızın yuxarısına qədər olmalıdır. Cinslər isə dikdabanın başlanğıcına qədər olmalıdır. Ombaları iri olan xanımlar isə tünd rəngli, nisbətən çanaqda olan cinslərə üstünlük verməlidirlər. Arxada iri cibləri olan və qalın cins parçadan hazırlanmış şalvarlar tam məqsədəuyğundur. Bir az dolu olan xanımlar isə nazik, yumşaq parçalı cinslər geyinməlidirlər. Şalvarlar enli olmamalı, bədən formasını gizlətməməlidir. Əksinə, bədən formasını büruzə verdirəcək şalvarlara üstünlük verin.
Vacib məqamlardan biri də ayaqqabı seçimidir. Hamilə qadının ayaqqabısı yüngül olmalıdır. Hündürdaban ayaqqabı isə məsləhət deyil. Çünki qarın böyüdükcə ağırlıq mərkəzi dəyişir. Ona görə də hündürdaban ayaqqabı vəziyyəti daha da çətinləşdirə bilər. Bu aylarda təhlükəli yıxılma halları ilə rastlaşa bilərsiniz.
Alt paltarına gəlincə, onlar da enli və geniş olmalıdır. Əgər şort geyinirsinizsə, nəzərə alın ki, göbəyinizi örtsün. Əgər nazik-bikiniyə üstünlük verirsinizsə, böyük ölçüdə alın ki, əyninizə tam otursun və qarnınızı sıxmasın. Byusqalterə gəlincə, o da rahat olmalıdır. Hamiləlik zamanı döşlər böyüyür buna görə də byusqalter seçiminə diqqət yetirin. Sintetik və bərk byusqalterlər almayın. Alt paltarları mütləq şəkildə pambıqdan olmalıdır.
16 aprel 2009
GO BACK