Hiss etdiklərini kağıza köçürənlər daha tez sağalır
Elə bir insan yoxdur ki, həyatının hansısa bir hissəsində nədənsə əziyyət çəkməsin. İstər daxili duyğularında, istər çevrəsində baş verənlərdən əziyyət çəkən əksər insan dərdini heç kimlə bölüşmür. Bu, etibar etməməkdən, güvənməməkdən, ya da özünü kiminsə qarşısında aciz hiss etməməkdən irəli gəlir.
İçində yığılıb qalan hissləri ilə boğuşan insanlar bir müddət sonra bu hissləri çox kobud formada büiruzə verirlər. Bu isə zamanla partlamağı gözləyən bomba effekti verir. Ətrafdakılar nə baş verdiyini başa düşmür, niyə belə aqressiv olduğunuza dair irad tutur, üstəlik nə yaşanıldığını bilmədən məsləhət belə verirlər. Xüsusən qadınlar daxili dünyasını paylaşmaqdan çətinlik çəkir, ən yaxınlarına belə hiss etdiklərini demirlər. Belə olan halda daxilə yığılan neqativ hisslər bir müddət sonra insanı depressiyaya sürükləyir.
Yazı yazmaq təkcə ruhu dincəltmir, eyni zamanda fiziki olaraq da sağlamlığa müsbət təsir edir. Yazı yazmaq stresi azaldır, bədənin öz-özünü sağaltmaq gücünü artırır. Alimlər bu fikirdədir ki, yazmaq insanın yaralarını da sağalda bilir. Belə ki, yazan və neqativ hisslərini kağıza tökən insanlar özünü daha rahatlanmış hiss edir və sağlığındakı problemlərin dərinliyinə enmir. Sağalmaqda psixoloji vəziyyət vacib olduğu üçün yazı yazmaq da bir növ insanı sağaltmağa xidmət etmiş olur. Duyğularını yazmaq dedikdə insanlar gündəlik tutmağı və günlük baş verənləri yazmağı düşünür. Buna isə çox insan risk etmir. Nəticədə o gündəliyin başqaları tərəfindən oxunma ehtimalı var və bu zaman daxili narahatlığı azaltmaq istəyi tam tərsi ilə nəticələnər. Elə isə duyğuları necə və nə formada yazmaq daha münasib olar?
Psixoloq Gülər Namazovanın sözlərinə görə, insanlar yazmaqdan çəkinir. Buna səbəb ətrafdakı insanlara etibar edə bilməməsidir. Başqasının şəxsi həyatına daxil olmamaq, ona qarışmamaq kimi hərəkətlər bizim ailələr tərəfindən qəbul olunmamış bir haldır. Qızımdırsa bilməliyəm, oğlumdursa baxmalıyam fikri hələ də aktuallığını saxlayır: "Yazın dedikdə hökmən gündəlik tutun demirik. Düzdür, gündəliyin məsuliyyəti ağırdır. Biz yazın deyirik, qadınlar bütün həyatlarını kağıza tökürlər. Bu da istər- istəməz həyatlarının hansısa bir hissəsində onlar üçün təhlükə yaradır. Yazmaq o demək deyil ki, səhər durub çay içəndən axşam yatağa girənə kimi yazasan. Hisslərinizi yazın. Bunun üçün allı-güllü, iri gündəlik tutmağa ehtiyac yoxdur. Kiçik cib dəftərini çantanızda daşıyın. Bu gün baş verən hər hansı hadisə ilə bağlı özünüzə "mən nə düşünürəm" sualını verin və bu sualın cavabını yazın. Cib dəftəri kimin əlinə keçirsə keçsin, qorxmayın. Nəticə etibarilə siz öz fikirlərinizi yazmısınız və bunun üçün sizi heç kim qınaya bilməz. Günün sonunda yazdıqlarınızı təkrar oxuyun. Özünüz üçün müzakirə edin. Yazmaq insanın düşüncə tərzini də dəyişir. Bir müddət sonra fərqli düşünməyə başlayırsınız".
Psixoloq bildirir ki, yolda, ya da başqa yerdə çox hirsləndiyiniz zaman bəlkə də heç istəmədiyiniz bir şeylər etmək məcburiyyətində qalırsınız və ya edə bilmədiyiniz üçün beyninizin içində o hadisəni davamlı xatırlayıb "kaş ki bunu etsəydim" deyirsiniz. İndi yaşadığınız şeyi və hirsinizi qeyd edərək ola biləcək istənilməyən bir vəziyyətdən özünüzü qurtara bilərsiniz. Üstəlik yazdığınız zaman bəlkə də çox axmaqca bir şey etdiyinizi, ya da hadisəyə özünüzün səbəb olduğunuzun da fərqinə vara bilərsiniz: "Ola bilər ki, yazmağı belə bacarmayasan. Amma buna cəhd etmək çox önəmlidir. Problemi dilə gətirmədikcə o sənin dərdindir. Elə ki, dedin, yaxud yazdın, paylaşdın, demək olar, yüngülləşəcəksən. Çünki o, artıq sənin problemin olmaqdan az da olsa çıxır. Biz özümüzlə olan əlaqələrimizi diqqətə almırıq və hətta belə bir şeyin olduğunu belə qəbul etmirik. Halbuki özümüzü anlamaq və kəşf etmək bəlkə də səfərimizin ilk çıxış nöqtəsi olmalıdır. Əgər yazmağa başlasaq düşüncələrimizin və xəyallarımızın hansılarının daha əhəmiyyətli və mənalı olduğunu yavaş-yavaş kəşf etməyə başlayacağıq. Belə olan halda, həqiqətən həyatdan nə istədiyimizi başa düşəcəyik. İnsan özü özünün oxuyucusu olmalıdır ki, özünü başa düşsün".
Yazmaqdan çəkinən və yazdıqlarının kiminsə oxuyacağından qorxan insanlar bunun üçün çıxış yolu tapa bilərlər. Təbii ki, yazmaq istəyində olanlar. Bunun üçün virtual qeydlər aparmaq olar. Telefonda, yaxud internet poçtunuzda. Bloq yaratmaq mümkündür, hansı ki, bu bloqun şifrəsini bilmədən kimsə qeydlərinizi oxuya bilməz. Yaxud yazdığınız dəftəri axşam özünüzlə müzakirə etdikdən sonra cırın. Bu, eyni zamanda gün boyu yığılan mənfi hisslərdən qurtulmağınıza da kömək edəcək.
Müsahibimiz qeyd edir ki, yazmaq həm də özünə qapanan insanların vaxt keçdikcə digərlərinə açılmasına səbəb ola bilir. Bu gün həmyaşıdı ilə söhbət etməyə çəkinən bir insan yazmağa başladıqdan 3 ay sonra normal ünsiyyətə girməyi bacarır. Fikirlərini ifadə etməkdən çəkinmir. Təbii ki, belə insanların yazdıqlarını istər gizli, istər aşkar oxumaq onu indiki vəziyyətindən daha ağırına sürükləmək deməkdir. Ən yaxşısı insanları qeydləri ilə baş-başa buraxmaqdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanın adı dünyaca məşhur serialda
Məşhur vulkan yenə püskürdü
Dünyanın Ən Gənc Nənəsi 23 yaşındadır-FOTO
Yaddaşınızı zəiflədən səbəblər
"Uşağım" dəniz qırağında
Sabahın HAVASI
“Recep İvedik 6”nın çəkilişləri başladı - İlk FOTO
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Özcan Dəniz ata olacaq!
İşsizlər işlə təmin olunub
Ebolaya qarşı virus sınanır
Badamlı çörək (foto resept)
Xiaomi Apple-ı ötdü
Bakıda Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO
Allergiya
Atatürk sevgisi Ginnesə sığmadı
Erməni yalanları ifşa edilir
Sinəsini böyütdü: yaddaşından və işindən oldu - FOTO
Aya Sofyaya imam və müəzzin təyinatı olub
Qeyri-peşəkarların "psixoloqluğu": həyatınız məhv ola bilər
Google Glass yasaqlandı
Yaşlanmanı gecikdirən bəsit üsul
Soyuq havalar üçün manikür modelləri
Beynəlxalq mükafata layiq görülmüş şəkillər
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Ən dayanıqlı ev tikildi
Smurfiklər şəhəri - FOTO
Pendirli kotlet (foto-resept)
Təhsil Nazirliyi vətəndaşların qəbulunu avqustun 31-dək dayandırdı
10 illik koma: sərxoşa elə dərs verdilər ki...
Aforizmlər
Prezident İlham Əliyev: "Sankt-Peterburq görüşünün müsbət nəticələri var"
Ebru Şallının 3 qızıl qaydası
Karton qıza aşiq olan pinqvin öldü - FOTO
Məşhurların doğulduğu evlər (foto)
Kraliça işçi axtarır - 100 min manat maaş verəcək
Kainatımızın forması-Qaranlıq maddə(2)
Ramazan müxtəlifliyi
Üz dərisi üçün gimnastika
Ramazan ayına görə 500 məhsulun qiyməti endirildi
“Avroviziya”nın qalibi bəlli oldu
Seksin səkkiz möcüzəsi
Serenay Sarıkaya Cem Yılmazı belə təbrik etdi-FOTO
Günün qoroskopu:Qətiyyətli olun
Yeni iş imkanı
Nişan şirniyyatları
Makiyaj etmədən gözəl görünməyin yolları
TQDK-dan abituriyentlərə ciddi xəbərdarlıq
Sakitlikdirsə, bir şeylər tərs gedir.
Günün ulduz falı - 21.02.2014
- ŞƏRHLƏR